Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi
Gənc müəllim Günel Əliyeva özünün fasebook səhifəsindən ölkə müəllimlərinə çağırış edib ...
Qeyd edək ki, Günel müəllimə Bakı şəhərində anadan olub böyüməsinə baxmayaraq , müəllimlərin işə qəbulu müsabiqəsi ilə imtahan verərək artıq 3-cü ildir ki, ucqar kənd məktəblərinin birində peşə fəaliyyətini davam etdirir.Yaxın günlərdə onunla bağlı hazırladığımız xüsusi məqaləni sizə təqdim edəcəyik
"Bu il 3- cü ildir ki , müəllimə işləyirəm. Və 3 ildir ki, şagirdlərim mən hansı sinifdə oluramsa, inad edir, mənim dərsimi dinləmək istədiklərini bildirirlər.Mən də etiraz etmirəm. Çünki öyrənmək istəyən şagirdlərin öyrənmə eşqini boğmaq olmaz.Ən önəmlisi isə odur ki, mən bu sevgini qorxuyla, zəhmlə deyil, sözlə təsir edərək qazanmışam.
Əsl müəllim şagirdlərə qorxuyla təsir etməz, onlarda elmə maraq yaradar."