Azərbaycanlı şahmatçı beynəlxalq turnirinin qalibi olub

Azərbaycanlı şahmatçı beynəlxalq turnirinin qalibi olub
Bölmə adı Xəbərlər
Yayımlandı 15 Mart 2026, 01:12

Azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva Özbəkistanın Buxara şəhərində keçirilən "IV Women's Chess Championship" beynəlxalq turnirinin qalibi olub.

Aztəhsil.az məlumat verir ki, 9 turdan 6,5 xal toplayan şahmatçımız yarışı zirvədə tamamlayıb.

Qeyd edək ki, bu, Ülviyyənin 2026-cı ildəki ikinci böyük uğurudur. Ötən ay o, ilk dəfə Azərbaycan çempionu titulunu qazanıb. 

Xatırladaq ki, Ülviyyə Fətəliyeva 3 avqust 1996-cı ildə Gəncə şəhərində doğulub və Gəncə şahmat məktəbinin yetirməsidir.

ƏN ÇOX OXUNANLAR
Gün
Həftə
Ay
REDAKTOR SEÇİMİ