AzTehsil.com

Xəbərlər / Müəllim
17 oktyabr 2016
3 835

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu müsabqəsindən uğurla keçərək pedaqoji fəaliyyətə başlayan yeni müəllimlərdən biri də Araz Qurbanovdur. Orta məktəbi bitirdikdən sonra AMİ- nin Qazax filialının Pedaqoji fakültəsinin Tarix- coğrafiya ixtisasına qəbul olub. Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin işə qəbulu müsabiqəsində Araz  54 bal toplayaraq Düzqışlaq kənd tam orta məktəbinə işə qəbul olub.
Necə oldu qərara gəldiniz ki, müəllim olmalısınız?
-Düzünü desəm mən uşaqlıqda polis olmaq istəyirdim. Böyüdükcə müəllimliyə maraq yarandı. Axı bu cəmiyyətə həkimi də, polisi də, hərbiçini də yetişdirən müəllimdir. Bu ad çox böyük addır. Bilirsiniz , müəllim olmaq böyük məsuliyyətdir, hər zaman bu adı doğrultmağa, bu ada layiq olmağa çalışırsan. Sözün həqiqi mənasında "müəllim" ola bilməkçün hər zaman çalışmaq lazımdır.
Sizcə ideal şagird-müəllim münasibətini necə qurmaq olar?
-Məncə, bir müəllim çox sərt olmamalıdır, uşaqları gərgin şəraitdə saxlamaq lazım deyil. Kimisə qorxutmaqla, hansısa yaxşı nəticəyə gəlmək olmaz. İlk öncə uşağın psixoloji inkişafını, şəxsiyyətinin formalaşmasını nəzərə almaq lazımdır. Uşaq hər zaman müəllimin diqqətində olmasını hiss etməlidir. Əlbəttə, bütün bunlarla yanaşı müəyyən  sərhədlər də saxlanmalıdır.
Hər dərs ili, eyni ünvan, eyni mövzular. Sizinçün yorucu olmaz ki?
-Uşaqlarla işləmək maraqlıdır. Bu zaman daha çox özümü kəşf edirəm. Mən nəyisə uşaqlara öyrədəndə bundan zövq alıram. Coğrafiya elə bir fəndir ki, nəinki şagirdlər, həmçinin insanlar üçün də maraqlıdır. Belə maraqlı bir fənni tədris etmək çox gözəldir. Mən işimdən yorulmuram, əksinə zövq alıram. Düşünürəm ki, bu hər zaman belə olacaq.
Həmkarlarınıza hansı mesajı vermək istərdiniz?
Həmkarlarıma demək istəyirəm ki, heç nədər qorxmasınlar. İşləmək üçün bir yerdən başlamaq lazımdır. Kənd, şəhər fərq etmir əsas odur isdək olsun. Hər şeydən şikayətçi olmaq lazım deyil, müəllim olduğumuzu, öyrətmək kimi böyük bir öhdəliyi üzərimizə götürdüyümüzü unutmayaq. 
Nəcibə Vəliyeva .Ağstafa.
Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Загрузка...
Həmçinin oxuyun:
Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Estetik tərbiyə

Estetik tərbiyə

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?