AzTehsil.com


Müəllim
22 may 2016
48 864


Uşaq huquqları və vəzifələri



Uşaq huquqları və vəzifələri Şagirdlər bu haqda nə dərəcədə məlumatlıdırlar? Uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir. Çünki uşaqların hər biri dövlətin gələcəyidir. Azərbaycan Respublikasında uşaq hüquqları dövlətimizin nəzarəti altında fəaliyyət göstərir. Qeyd edək ki, bütün uşaqlar bərabər hüquqlara malikdir. Bəs uşaqlar öz huquqlarını bilirlərmi? Bu yaxınlarda rus kanallarının birində həmin mövzuda maraqlı veriliş izlədim. Orta məktəbdə ən kiçikyaşlı şagirdlərin belə bu barədə ətraflı məlumatı olması məndə bizim uşaqlarla bağlı suallar yaratdı. Görəsən, Azərbaycan məktəbliləri hansı hüquqlara malik olduqlarını və onların nə kimi məqsədə xidmət etdiklərini bilirlərmi? Təəssüf ki, çox az məktəbdə şagirdlər mənim bu sualımı düzgün və ətraflı şəkildə cavablandıra bildilər. Amma bu yaxınlarda 242 nömrəli tam orta məktəbdə oldum və Şərqiyyə Dadaşovanın rəhbərlik etdiyi 1a sinfinin şagirdləri məni müsbət mənada təəccübləndirməyi bacardılar. Onlar nəinki öz hüquqlarını, həmçinin hansı vəzifələrinin olduğunu da bilirlər. Şərqiyyə müəllimin şagirdləri – İsmayıl, Fərid, Günəş, Gülay, Zəhra, Murad, Ayşən, Nərmin, Aydan, Ərkinaz, Ülviyyə, Aysu, Əfruz, Pərvin və digərləri bu mövzuda onlara ünvanladığım suallara dolğun və ətraflı cavablar verdilər. Uşaqların yaşamaq və inkişaf etmək, sağlamlıq, təhsil, ad və vətəndaşlıq almaq, vicdan, fikir və söz azadlığı, mənzil və digər hüquqlarının olduğunu deyən birincilər onun əsas vəzifələrini də sadaladılar. Şagirdlər uşağın cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərinə və müəllimlərinə, digər vətəndaşların hüquq və mənafelərinə, oz xalqının və başqa xalqların ənənələrinə hörmətlə yanaşmaq və digər vəzifələrindən söz açdılar. Biz bu məlumatlı uşaqların sinif rəhbərinə təşəkkür edərək söhbətimizi onunla davam etdirdik. Şərqiyyə müəllimdən öyrəndik ki, ali təhsil aldığı Pedaqoji universitetin həmkarlar ittifaqının sədri olub. Ali məktəbi fərqlənmə ilə bitirib. İlk iş yeri Mehdiabad, Digah qəsəbə orta məktəbləri olub. 30 illik pedaqoji təcrübəyə malikdir. Orta məktəblərin yeni təlim qaydalarına keçməsi ilə əlaqədar digər həmkarları kimi "Mədəd”, "Öyrədənlərin öyrədəni” kimi kurikulum kurslarında iştirak edib və birinci dərəcəli sertifikata layiq görülüb.Bu sənəti seçməyində ibtidai sinif müəllimi Gülsum xanımın böyük təsiri olub: – Gülsüm müəllim şagirdlərinin dəftərlərini yoxlamaq üçün bəzən mənə verərdi. Sonra onları yoxlayarkən səhv etmədiyimə əmin olardı. Ümumiyyətlə, mənə orta məktəbdə çox savadlı müəllimlər dərs deyib. Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, Tamilla Qurbanova, Əziz Yeqanlı, Şəfiqə Əliyeva indiyədək xatırladığım hörmətli müəllimlərim olub. Əjdər Ağayev isə pedaqoji üniversitetdə də dərs deyib. Artıq mənim şagirdlərimdən də bir çoxu vəzifə – sənət sahibləridir. Gülnarə müəllimdir, Rüstəm FHN-də, Tahir və Həsən isə polis orqanlarında işləyir.

Şərqiyyə müəllim öz şagirdləri ilə müxtəlif tədbirlər təşkil edirlər.Onlardan bir neçəsi müstəqillik gününün qeyd edildiyi tədbirdə şeir və mahnılarla çıxış ediblər, səhnələşdiriblər. Şagirdlərimdən Pərvin Hüseynzadə bu yaxınlarda karate üzrə keçirilən yarışda birinci yeri əldə edib.Şərqiyyə müəllimin şagirdləri çoxlu şeir, nağıl bilir, Azərbaycanın dövlət rəmzlərini tanıyır, artıq imla belə yazmağı bacarırlar. Şərqiyyə Dadaşovanın özünün də təhsildə qazandığı uğurlar az olmayıb. Tələbəlik illərindən bu günə qədər 225 nömrəli tam orta məktəbdə, Pedaqoji Universitetdə fəallığına görə fəxri fərman və diplomlarla təltif olunub. Dövri mətbuatda məqalələr, elmi yazılarla çıxış edib.
Söhbətin sonunda Şərqiyyə müəllim məktəbin direktoru Akif Rəsulovun yeni təlim resursları ilə onları təmin etməsi, problemlərin həllində dəstək olması ilə bağlı razılığını bildirdi. A.Rəsulov kollektivdə səmimi bir atmosfer yaradıb, müəllim-şagird-valideyn münasibətlərini tənzimləyib. Səmimi, mehriban olduğu qədər də tələbkardır. Biz isə birincilərin fəal müəlliminə və onun şagirdlərinə uğurlar diləyib onlardan ayrıldıq.

Hüsniyyə Zülfüqar,
"Təhsil problemləri”



Загрузка...
Həmçinin oxuyun:
Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

230 № -li tam orta məktəbdə "Biz ordumuzla fəxr edirik " adlı tədbir keçirilib -VİDEO

230 № -li tam orta məktəbdə "Biz ordumuzla fəxr edirik " adlı tədbir keçirilib -VİDEO

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Uşaq Birliyi Rəhbərinin əmək funksiyası

Uşaq Birliyi Rəhbərinin əmək funksiyası

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Təhsil eksperti Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST