AzTehsil.com


Xəbərlər
04 may 2017
4 366


"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"



"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

 

Hər bir cəmiyyətdə savadlı kadrların yetişdirilməsində ailə mühitindən çox təhsil böyük rol oynayır.  Gələcəyin kadrları valideyndən çox vaxtlarını müəllimlərlə keçirdirlər. Vaxt var idi valideynlər uşağı məktəbə aparanda müəllimə "Əti sənin, sümüyü mənim” deyirdilər. Övladlarını müəllimə, müəllimi də Allaha əmanət edirdilər. Bəs indi necə, valideynlərdən neçəsi uşağını məktəbə aparanda tədris işçilərinə bu sözü tam səmimiyyətilə deyir?
 
Müəllimlərin cəmiyyətin ən sayılan, seçilən təbəqələrindən olduğu vaxtlar olub. Balaca olanda anam öz müəllimələrinin onun həyatında qoyduğu izlərdən ağız dolusu danışırdı. Mən də diqqətlə qulaq asıb, həmin əzmi müəllimələrimdə axtarırdım. Doğrusu mənim də həyatımda iz qoyan, bir iradını ürəyimə saldığım müəllimələrim olub. Orta məktəbi bitirməyimdən o qədər də böyük vaxt keçməyib, amma indiki müəllimələrə baxanda "Yaxşı ki, o dövrdə oxumuşam” kimi fikiri ağlımdan keçirtməyə bilmirəm.
 

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

 

Bəs buna səbəb nədir? İndi şagirdlər niyə müəlliməni saymırlar? Cəmiyyətdə müəllimələrə münasibət niyə o qədər də ürəkaçan deyil?
 
Tarix müəllimi Gülbəniz Abbasova müəllimin dəyərdən düşməsinin səbəbini ilk növbədə cəmiyyətdə sürətlə gedən təbəqələşmədə görür. Gülbəniz müəllimə qeyd edir ki,  təbəqələşmə ilk növbədə dəyərlərə və müəllimin dəyərlərinə xələl gətirib. "Tarixən kiçiklər böyüyə hörmətlə yanaşıblar.  Müəllim adı müqəddəs olub. İndi isə müəllim ən aşağı təbəqə olub, mənəviyyatı da dəyişib. Pullu adamlar özlərini güclü hesab edirlər. Müəllim onların gözləri qarşısında ucuz bir varlıqdır. Cəmiyyətdə müəllimə necə münasibət varsa,  şagirddən də müəllimə münasibət o cürədir. Əvəllər müəllimin verdiyi öyüd-nəsihət uşaqlar üçün bir həyat dərsi idi. İndi müəllimin verdiyi öyüd nəsihət uşaqlar tərəfindən  gülməli şəkildə  qamçılanır”.
 
Müəllimin şagirdə irad bildirməyə cəsarəti çatmır…
 
Tarix müəllimi gileylənir ki,  indi müəllimin uşağa irad bildirməyə haqqı çatmır. "Əvvlər deyərdilər ki, müəllimin rəyi uşaq üçün önəmlidir. Məsələn, bizim dövrümüzdə müəllimin iradı ən qiymətli irad olub.  Düşünürdük ki, niyə müəllim bizə o sözü dedi. İndi heç kəsə irad  tutmağa müəllimin cəsarəti çatmır.  Müəllimi məzəmmət edirlər ki, uşaqları məktəblərdən uzaqlaşdırdın. Bilirsən,  kimdir onun valideyni?”
 

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

 

Müəllim adının dəyərdən düşmə səbəbinin cəmiyyətlə əlaqəli olan tərəflərini açıqladıq,  bəs bunun digər səbəbi də müəllimlərdə deyil?
 
Gülbəniz müəllimə qeyd edir ki, cəmiyyətdə ziyalı adını daşımağa layiq olmayan müəllimlər də var. "Əsl müəllimlik Allah tərəfindən verilən vergidir. Müəllimin xüsusiyyətləri insanın canında, qanında olur”.
 
Cəmiyyət müəllimə nəyinə görə qiymət verir?
 
Gülbəniz müəllimə deyir ki, indi müəllimə nəslinə – nəcabətinə, paltarına görə qiymət verilir. "İndiki kadrların çoxu pulla təhsil alır. Pedaqogikadan isə xəbəri yoxdur.  "Güclü” kadrlara söz deməyə bizim nə haqqımız çatarki? Müəllimin savadlılıq dərəcəsi, nüfuzu çox önəmlidir. Müəllimə xas olan keyfiyyətləri saxlamaq çox çətindir. Cəmiyyətdə qüsurlu şagirdlər də çoxdur. Onlarla bacarmaq üçün müəllim həddindən artıq səbrli olmalıdır. İndiki dövrdə bunu hər adam bacarmır”.
 

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

 

Müəllimin nüfuzunu necə qaldırmaq olar?
 
Pedaqoq qeyd edir ki, müəllimin nüfuzunu qaldırmaq üçün ilk növbədə dövlət qayğı göstərməlidir. "Bir müəllimin cəmiyyət üçün çəkdiyi əziyyət qiymətləndirilməlidir.
 
İlk növbədə müəllimin şagirdlərdən, hətta müdiriyyətdən asılılığı götürülməlidir. Dövlət müəllimlərin əmək haqqını artırmalıdır. Müəllim maddi tələblərini ödəmək üçün əlavə işlə məşğul olur,  bu da onun hörmətdən düşməsinə səbəb olur. Müəllim gələcək  nəslə can yandırırsa,  məktəb direktorunun rəyilə yox,  nazirlik səviyyəsində ona qiymət verilməlidir. Bu gün müəllimin əziyyəti yetərincə qiymətləndirilmir. İstər kollektivdə, istərsə də cəmiyyətdə müəllimə verilən dəyərlər tamamilə fərqlidir”.
 
 "Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”- Jak Barzen
 
Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov açıqlamasında bildirdi ki, müəllimə verilən dəyərin aşağı düşməsinin bir çox obyektiv və subyektiv səbəbləri var. "Etiraf edək ki, ən müqəddəs hesab etdiyimiz və dəyər verdiyimiz peşə sahibi olan müəllim o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvəlki mövqe və nüfuz sahibi deyil. Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq,  təhsilin mövcud durumu ilə tam əlaqələndirmək də düzgün olmazdı. Müəllimin nüfuzunun aşağı düşməsi  daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorlama və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi-hal, hətta norma kimi qəbul edilirsə, belə hallara müəllim tərəfindən yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir,  az qala faciə səviyyəsinə qaldırılır”.
 

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

 

Təhsil eksperti qeyd edir ki, müəllim faktoru ilə bağlı neqativlər qəsdən və ya bilməyərəkdən həddən artıq qabardılır,  bu da müəllimin nüfuzu baxımından yol verilməzdir. Digər bir məsələ müəllimə olan inam və etibarın azalmasıdır. Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü  kimi müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib. Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ "yeni peşə sahiblərinin” – repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi "bunker repetitorlarının” dəbə minməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. Bir sözlə müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb. Korporativ maraqların əksinə olaraq məktəb mühitinin deformasiyaya uğramasının qarşısı alınmalı, müəllim və şagird məktəbə qaytarılmalıdır”.
 
a24.az



Загрузка...