AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
22 oktyabr 2025
813

Bu yerlərə təyinatlar nə zaman OLACAQ?



Baş nazir Əli Əsədovun qərarına əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılıb.


Elm və Təhsil Nazirliyinin struktur islahatları çərçivəsində bir sıra elmi müəssisələr birləşdirilərək yeni institutlar yaradılıb.


Maraqlıdır, yeni institut və müəssisələrə yeni rəhbərlərin təyinatı nə vaxt həyata keçiriləcək? Hazırkı rəhbərliklərin fəaliyyətinə davam etməsi, yaxud yeni kadrlarla əvəzlənməsi nəzərdə tutulurmu? 


Məsələ barəsində Elm və Təhsil Nazirliyindən  bildirilib ki, məsələ ilə bağlı müzakirələr davam etdirilir.


AzTehsil.com xəbər verir ki, “Qərar qəbul olunduğu zaman ictimaiyyətə geniş məlumat veriləcək”, - qurumdan qeyd olunub. 


Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutu birləşdirilərək Geologiya İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu birləşdirilərək Coğrafiya İnstitutu, Fizika İnstitutu ilə Radiasiya Problemləri İnstitutu birləşdirilərək Fizika İnstitutu yaradılıb.


Bundan başqa, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu birləşdirilərək Kimya İnstitutu, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu birləşdirilərək Riyaziyyat İnstitutu formalaşdırılıb. Həmçinin Botanika İnstitutu ilə Dendrologiya İnstitutu birləşdirilərək Botanika İnstitutu, Zoologiya İnstitutu ilə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu birləşdirilərək Canlı Sistemlərin Tədqiqi İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mikrobiologiya İnstitutu və Biofizika İnstitutu isə birləşdirilərək Molekulyar Biologiya İnstitutu yaradılıb.


Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, Neft və Qaz institutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun rəhbəri coğrafiya elmləri doktoru, professor Zakir Eminov, Azərbaycanın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun hazırkı rəhbəri Əlövsət Quliyev, Fizika institunun direktoru Arif Həşimov, Radiasiya Problemləri İnstitutu direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev, Aşqarlar Kimyası İnstitutunun rəhbəri Vаqif Məcid оğlu Fərzəliyev, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Botanika İnstitutunun direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, Dendrologiya İnstitutunun baş direktoru Minarə Həsənova,  Zoologiya İnstitutunun rəhbəri aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov, kademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Fayızi Həşimova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, Mikrobiologiya İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Pənah Muradov, Biofizika İnstitutunun rəhbəri Leylaxanım Məlikova olub.




Həmçinin oxuyun:
Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Birləşdiriləcək institutların rəhbərləri kimlərdir?

Birləşdiriləcək institutların rəhbərləri kimlərdir?

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib - CƏDVƏL

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib - CƏDVƏL

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycanda yeni institutlar YARADILIB

Azərbaycanda yeni institutlar YARADILIB

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI