Bu gün Azərbaycan Diplomatik Akademiyasının yaranmasının 20 ili tamam olur.
Aztəhsil.az-ın məlumatına görə, akademiya 2006-cı ilin mart ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində ali təhsil müəssisəsi olaraq yaradılıb və Azərbaycan Diplomatik Akademiyası adı ilə fəaliyyətə başlayıb.
- Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli sərəncamı ilə Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti təsis edilib.
- Universitetin əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi sahələrində qlobal liderlər yetişdirməkdir.
Akademiyanın əsasını qoyan rektor isə Hafiz Paşayevdir.