6 mart tarixi Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən olan Məhmməd Əmin Rəsulzadənin anım günüdür.
Aztəhsil.az xəbər verir ki, M.Ə.Rsəulzadə 1955-ci il martın 6-da Ankara Universitetinin Tibb fakültəsinin klinikasında vəfat edib.
Atası onu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub. Məhəmməd Əmin buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində davam etdirib.
Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib.
1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. O, uzun müddət xaricdə yaşamağa məcbur olub.
Rəsuzladənin qəbri Türkiyənin paytaxtı Ankara şəhərindəki Əsri qəbiristanlığındadır.