Məktəblərdə “İdman həftəsi” keçiriləcək

Məktəblərdə “İdman həftəsi” keçiriləcək
Bölmə adı Xəbərlər
Yayımlandı 1 Mart 2026, 18:09

2–7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçiriləcək.

Aztəhsil.az xəbər verir ki, layihə çərçivəsində təsdiq edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqə və yarışlar, maarifləndirici görüşlər, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.

“İdman həftəsi”nin keçirilməsində əsas məqsəd şagirdlərin idmana marağının artırılması və sağlam həyat tərzinin təbliğidir.

Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, müsbət emosional mühitin formalaşdırılması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

ƏN ÇOX OXUNANLAR
Gün
Həftə
Ay
REDAKTOR SEÇİMİ