AzTehsil.com


Xəbərlər / Ziyalılar
27 may 2016
4 267


Vətənə sədaqətli insan Mirhaşım Talışlı - 90



Vətənə sədaqətli insanVətənə sədaqətli insan  Mirhaşım Talışlı - 90Elə şəxsiyyətlər var ki, doğulduğu elə obaya ,Vətənə başucalığı gətirirlər.Onların işığı , haləsi sınırları, sərhədləri aşıb keçir, alqış ünvanina, and yerinə çevrilirlər.Torpaq, yurd belə kişilərlə ucalır.
Hacı Mirhaşım Talışli Müsafir təkcə cənub bölgəsinin yox ,Azərbaycanın sayılıb seçilən ziyalılarından, ağsaqqallarındandır.Ulu banası Lənkəran xanı Mirmutafa xanın ocağının layiqli övladı ,90 yaşlı xeyirxahlıq ,ucalıq,ləyaqət timsalı olan Mirhaşım müəllim bir şairin dediyi kimi "alnından ay doğan adamdı”.
Filologiya üzrə elmlər doktoru Yədulla Ağazadənin "Elm və təhsil” nəşriyyatında yenice çapdan çıxmış "Tarixləşən, əbədiləşən ustad”kitabı Lənkəran torpağının yetişdirdiyi,Azərbaycana və dünyaya bəxş etdiyi nadir bir ziyalıdan-ədəbiyyatşünas alim ,şair ,Əməkdar müəllim, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlıdan,onun keçdiyi maraqlı və zəngin  həyat yolunan bəhs edir.
Kitabın redaktoru ,prezident təqaüdçüsü,pedaqoji elmlər doktoru Əjdər Ağayevin qeyd etdiyi kimi "Bəlkədə onun nurani siması ona görə bu qədər işıqlıdır ki, o, şərəfli Novruz bayramında –mart ayının 21-də baharla birlikdə dünyaya qədəm basıb.Bəlkədə ona görə maarifsevər ziyalılar kimi tanınmış Axund Mirmustafa xanın nəvəsi ,Mirmurtuza ağanın oğlu olaraq şeirə, sənətə , maarifə dinə ,imana bağlı insanlar arasında böyüyüb,tərbiyə alıb.Atası Mirmurtuza Talışlı hələ 1915-ci ildə Lənkəranda nəşr olunan "lətif "("Lətifələr" ) qəzetinin redaktoru olmuş ,uzun müddət ümumtəhsil məktəblərində dərs demişdir.”
Bu ocağın işığını, hərarətini səngiməyə, sönməyə qoymayan Mirhaşım Talışlı 70 ildən artiq bir müddətdə maarifi, mədəniyyəti,poeziyanı, böyük hərflərlə yazılacaq İNSANLIĞI ləyaqətlə təmsil edir.
Zəngin ənənəsi olan ədəbiyyatımızın ən ləyaqətli təmsilçilərindən olan Mirhaşım müəllim 19-cu əsrin ortalarında Mirzə İsmayıl Qasir tərəfindən əsası qoyulmuş "Fövcül füsəha” ədəbi məclisini davam etdirərək ,Lənkəranda ədəbi yaradıcılıq məktəbi yaratmışdır.
Son dərəcə maraqlı və zəngin  faktlarla süslənmiş bu kitabı oxuduqca mənalı, şərəfli ömür yolu keçmiş .ömründə ömürlər yaşadan müdrik bir el ağsaqqalının ,ziyalının taleyi ilə tanış oluruq.Yaxın dostlarının ,doğmalarının Mirhaşım müəllim haqqında xatirələri , ürək sözləri ,məktublar,sənədlər,ədəbi  nümunələr ,rəngarəng şəkillər  yeni nəşrə bir gözəllik gətirmişdir.
Filologiya üzrə elmlər doktoru Yədulla Ağazadənin son dərəcə zövqlə, səliqə-səhmanla, sevgi ilə üzə çıxardığı bu nəfis nəşr nümunəsi portret cizgilərini qabarıq canlandırmışdır.
Bir nəslin timsalında böyük bir tarixi vərəqləmək  imkanı qazanan oxucu , həm də o dövrün  mənzərəsini  gözləri önündə canlandırır .
Ulu öndər Heydər Əliyevin  Lənkərana səfəri zamanı ustad ziyalımız Hacı Mirhaşım Talışlı  haqqında dediyi fikirlər ümumən ziyalılığa verilən yüksək dəyərdir:”Bizim dostumuz ,Lənkəranın ən böyük  ziyalılarından biri Mirhaşım  Talışlının  burada oxuduğu şeir məni çox heyran etdi.Buna göre ona xüsusi təşəkkür edirəm .Lənkəranın həmişə böyük, yüksək ziyalı in sanları olubdur.Mən bir dəfə  televizora baxırdım.Lənkərandan veriliş gedirdi.Mirhaşım  Talışlı Lənkəranın  tarixi ,keçmişi haqqında danışır, söhbət aparırdı.Siz bunları yaxşı bilirsiniz.Amma mən sizə deyim , bu verilişə diqqətlə, axıradək baxdım.Nə qədər ağıllı , nə qədər zəkalı bir insandır, nə qədər Azərbaycanı sevən bir insandır, nə qədər Azərbaycana sədaqətli bir insandır.Mən sizə təşəkkür edirəm.
Bu gün oxuduğunuz  şeir adi  şeir deyildir.Bu, həm də şeir sənətinin ən yüksək nümunəsidir.Azərbaycanın son beş ildə keçdiyi yolu əks etdirən bir əsərdir.Çox sağ olun, təşəkkür edirəm!”
Mirhaşım müəllimin yetişdirdiyi gənclik öz dövlətinə , dövlətçiliyinə  şərəflə xidmət edir.
Kitabda toplanmış yazılarda dünəndən sabaha uzanan qırılmaz bağ, bir körpü var.Dünənlə sabahı birləşdirənsə, 90 illik şərəfli bir ömür yaşamış Mirhaşım Talışlıdır.
Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 14 avqust tarixli sərəncamında oxuyuruq:”Azərbaycan ədəbiyyatının inkişafına  böyük xidmətləri olan  Mirhaşım Mirmurtuza oğlu Talışlıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.”
Ölkə Prezidentinin əsl ziyalı əməyinə verdiyi qiymət həmdə şərəfə, ləyaqətə, ucalığa, əyilməzliyə, dünənə , bu günə, sabaha verilən qiymətdir.
Tarixləşən, əbədiləşən ustad” kitabı sözün qədrini , dəyərini, bilən ,onun müqəddəsliyini qoruyan bir insana qoyulmuş abidədir.
Vaxtdan ,zamandan ucada dayanan bu canlı abidə - 90 yaşlı Hacı Mirhaşım  Talışlı Azərbaycanın hər yerindən görünür.Gorünən dağa nə bələdçi.........
Zülfiqar Şahsevənli  "Respublika "



Загрузка...