AzTehsil.com


Xəbərlər
07 iyun 2017
3 965


"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"



"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

 

Bu gün gənclərin xarici ölkələrdə təhsil alması məsələsi geniş miqyas alıb. Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da gənclər xaricdə təhsil almağa can atır. Lakin təhsil üçün xarici ölkələrə üz tutan və oxuduqdan sonra diplom ala bilməyənlər də var. Həmin şəxslər sadəcə təhsil aldıqlarını sübut edən  arayışla geri dönürlər.
Bəs bunun səbəbi nədir? Arayışla geri dönən gənclərin aqibəti necə olur?

"Onlar Ukrayna, Rusiya, Dərbənd, Dağıstan kimi ölkələrə üz tuturlar”

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov Modern.az saytına açıqlamasında bildirib ki, xaricə gedənlərin bir qisminin məqsədi peşəkar kadr kimi formalaşmaq olsa da, digərləri sırf diplom üçün ora yollanırlar:

"Azərbaycanın müstəqilliyinə qədər də xaricdə təhsil alanlar var idi. İlk dəfə  Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət xətti ilə 100 nəfər təhsil üçün xaricə göndərilmişdi. Sovetlər dönəmində gənclərin xaricdə təhsili ümummilli liderimiz  Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrə təsadüf edir. Yəni 1969-1982-ci illərdə böyük sayda azərbaycanlı dövlət xətti ilə xaricdə oxumağa göndərilmişdi.
Müstəqillikdən sonra isə azərbaycanlılar kütləvi şəkildə Türkiyə universitetlərinə üz tutdu.  Dövlət xətti ilə deyil, öz vəsaiti hesabına xaricə təhsil üçün gedənləri iki hissəyə bölmək olar. Birincisi həqiqətən də yüksək təhsil almaq istəyənlər, ikincisi sadəcə dörd və ya iki səhifədən ibarət  diplom almaq üçün gedənlər. Təəssüf ki, ikinci kateqoriya daha çox üstünlük təşkil edib. Onlar əsasən Ukrayna, Rusiya, Dağıstana üz tuturlar. Həqiqətən yüksək səviyyədə ali təhsil almaq istəyənlər, Azərbaycanın ali təhsil müəssisələrinin verdiyi təhsilə qane olmayan şəxslər az da olsa, var.
Digər bir nümunə göstərim. Məsələn, Sinqapur bir şəhərdən ibarət olan kiçik ölkədir. Ora xaricdən təhsil almağa gələnlərin sayı 80 min nəfərdir. Amma kifayət qədər infrastukturu olan Azərbaycana xaricdən təhsil almağa gələnlərin sayı 2000 nəfərdir. 80 min nəfər günə minimum 10 dolar xərcləsə, görün ölkə büdcəsinə kənardan nə qədər vəsait gəlir.
Hazırda Türkiyədə təhsil alan azərbaycanlıların sayı 15 min nəfərdir. Rusiya, Ukrayna, Dağıstan və Avropada birlikdə 24 min azərbaycanlı təhsil alır. Yəni 40 minə yaxın şəxs öz vəsaiti hesabına Azərbaycandan kənarda təhsil alır. Onların hər birinə ailələri ay ərzində ən aşağısı 5 min manat pul ödəyir. Birincisi, bu, ölkədə ciddi maliyyə itkisidir. İkincisi, beyin axınıdır. Üçüncüsü, oxuyanların 92 faizini oğlanlar təşkil edir ki, bunun nəticəsində də gender bərabərliyi pozulur. Onların əksəriyyəti də sonradan orada qalırlar”.

"Arayış  hüquqi sənəd deyil”

Kamran Əsədov xaricdə təhsil alan gənclərin əsas problemlərindən də söz açıb:
"Geri qayıdanların öncə diplomunun tanınması, ikincisi qeyd etdiyiniz arayış problemi olur. Ən çox arayışla bağlı problem, yəni təhsillərini başa vurmamaq məsələsi qardaş Türkiyədə yaşanır. Çünki dünyanın ən ciddi təhsil sistemi məhz Türkiyədədir. Azərbaycandan fərqli olaraq, ali təhsil müəssisəsini başa vurmaq Türkiyədə çətindir.
Xaricdə təhsil alan gənclər oxuduqlarını sübut edən arayışla geri dönürlər.  Arayış isə hüquqi sənəd deyil. Digər tərəfdən, gedənlərin hamısı heç də peşəkar ixtisaslı kadr ola bilmirlər. Onların diplomlarının tanınması məsələsini ciddi həyata keçirmək lazımdır. Çünki bu gün Azərbaycanın 54 ali təhsil müəssisəsində 162 min tələbə təhsil alır. Düzdür, Azərbaycanda ali təhsillilərin sayı azdır. Məsələn, əhalimizin sayı 9,5 milyondursa, onun 17 faizi ali təhsillidir. Hər min nəfərə 126 nəfər düşür. Bu da dünyada qəbul edilmiş normadan aşağıdır. Dünyada bu göstəricinin 30-40 faiz olması müsbət hal hesab olunur. 
Bəzən xaricdə təhsil alan azərbaycanlı gənc heç universitetin yerləşdiyi binanı, müəllimləri tanımır. Poçt vasitəsilə pul ödəyirlər və bu yolla diplom əldə edirlər. Bu gün Azərbaycanda belə hallar çoxdur”.

"2016-cı ildə Azərbaycanda 1500 nəfərin diplomun tanınmadı”

"Tələbələr bitirdikləri ixtisas üzrə imtahan olunmalı və 90 faiz nəticə göstərəndən sonra diplomları verilməlidir.
2016-cı ildə Azərbaycanda 1500 nəfərin diplomu tanınmadı. 2017-ci ilin son dörd-beş ayı ərzində isə 9 nəfərin diplomu tanınmayıb. Çünki onların ölkədə olma, sərhəd keçmə vaxtları uyğun deyil və yaxud ixtisasları üzrə minimum biliklərə malik deyillər. Bu məsələ ciddi nəzarətə alınmalıdır”.

Ekspert arayışla geri dönənlərin aqibətindən də söz açıb:
"Arayışla geri qayıdanların işlə təmin olunması mümkün deyil. "Dövlət qulluğuna qəbul haqqında”  qanunvericilikdə göstərilib ki, birbaşa işlə təmin olunma yalnız ali təhsil haqqında sənəd təqdim ediləndən sonra ola bilər. Xaricdə təhsil alanlar isə diploma sahib olmalıdırlar. Heç bir arayış birbaşa dövlət işində çalışmağa imkan verə bilməz. Bu insanlar natamam, orta təhsilli biri kimi yardımçı vəzifələrdə işləyə bilərlər. Heç bir halda birbaşa ştat vəzifəsində çalışa bilməzlər”.



Загрузка...
Həmçinin oxuyun:
Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı

Azərbaycanda ali təhsilin «ali» problemi

Azərbaycanda ali təhsilin «ali» problemi

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

Diplomlarınız hansı halda tanınmır? - VİDEO

Diplomlarınız hansı halda tanınmır? - VİDEO

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı - ən çox azərbaycanlılardır

Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı - ən çox azərbaycanlılardır

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Azərbaycanda təhsil alan tələbələrin sayı AÇIQLANDI

Azərbaycanda təhsil alan tələbələrin sayı AÇIQLANDI

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?