Xəbərlər / Direktor / Müəllim
05 dekabr 2017
3 193

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Dünyanın əksər ölkələrində məktəbyaşlı uşaqların kütləvi piylənməsi müşahidə edilir. Buna səbəb məktəblilərin düzgün qidalanmaması, "fast-food" və qazlı içkilərdən daha çox istifadə etməsi göstərilir. Tez hazırlanan "fast-food"lar ölkəmizdə də uşaqların gündəlik və sevimli yeməyidir.

Uşaqların sağlam böyüməsi üçün ilk növbədə onların düzgün qidalanmasına fikir verməliyik. Bu səbəbdən məktəb bufetlərində satılan qida məhsullarına diqqət yetirmək lazımdır.

Bəs, məktəb bufetlərində şagirdlərə təklif olunan məhsullar keyfiyyətlidirmi?

Aztəhsil.com xəbər verir ki, azvision.az-ın əməkdaşları bu suala cavab tapmaq üçün paytaxtda yerləşən məktəblərə baş çəkərək, bufetlərdəki vəziyyətlə tanış olublar. 

Müşahidə apardığımız 18 nömrəli məktəbdə şagirdlərlə müxtəlif çeşidli şirniyyatlarla yanaşı məktəbin bufetində hazırlanan isti yeməklər təklif olunur. 

2 ildir məktəb bufetini işlətdiyini deyən Ziyafət Pirqulu bildirib ki, uşaqlar üçün hər gün şorba, qarabaşaq və plov bişirilir. 
 
Şagirdlərin çoxu qidalanmaq üçün tənəffüs vaxtı bufetə üz tutur. Onlarla söhbətimizdə bufetdə satılan məhsullardan razı qaldıqlarını dedilər. 

Məktəb bufetindən şagirdlərlə yanaşı müəllim və valideynlər də istifadə edir. Ziyafət Pirqulu deyib ki, bufetdə qadağan olunmuş məhsullar satılmır. Yeməklər xüsusi siyahı əsasında hazırlanır. 
 
Bufetdə satılan məhsulların qiymətləri şagirdlər üçün münasibdir. Şirniyyatlar 30-50 qəpik, qazan yeməkləri isə 0.50-1.50 manata təklif olunur.

Paytaxtın 46 nömrəli məktəbində isə şagirdlərə qazan yeməkləri təklif olunmur. Bufetdə çalışan Əzizpikə Ələkbərova deyib ki, onlar əsasən un məmulatları, "hot dog”, pizza və hazır şirniyyat məhsulları satırlar. 

Valideynlər övladlarının sağlam qidalanmasını müşahidə etmək üçün məktəbin bufetinə baş çəkə bilər. Bunun üçün məktəb rəhbərliyi tərəfindən onlara şərait yaradılır. 
 
Şagirdlərin sağlamlığının vacib olduğunu deyən 46 nömrəli məktəbin direktoru Sevinc Budaqova vurğulayıb ki, yeməkxananın təmizliyi, hazırlanan və gətirilən qidalar daim nəzarətdə saxlanılır. 

Direktor bildirib ki, şagirdlərə səhər isti kakaolu süd təklif olunur. Həmçinin şagirdlərin yeməkdən öncə və sonra əllərini yuması üçün şərait yaradılıb. 
 
Yemək tək cismin deyil, həm də ruhun qidasıdır. Gələcəyimiz olan məktəblilərin yaxşı təhsil alması, məktəbdə öyrəndiklərini tez qavraması üçün onların qidalanmasına ciddi diqqət yetirməliyik. 

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR 

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI

Məktəb bufetlərində vəziyyət necədir? - VİDEO

"Məktəb bufetlərində bu məhsulu görsəniz, xəbər edin" - XƏBƏRDARLIQ

DİQQƏT ! Məktəblərdə satışına qadağa qoyulan məhsullar hansılardır ?

Bəzi məktəblərdə şagirdlərə isti yeməklər veriləcək

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

DİQQƏT! Daha bir məktəb bağlandı - Təhsil şöbəsindən AÇIQLAMA

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ “ƏRİDİR” – VİDEO

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq  səviyyəsinin öyrənmə metodikası

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Bu məktəbdə gül dibçəklərinin sayı şagirdlərin sayından çoxdur - VİDEO

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Tbilisidə məktəb direktoru azərbaycanlı şagirdin təhqir olunmasına CAVAB

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Sumqayıtda məktəb stadionlarını satırlar..VİDEO

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb