AzTehsil.com

Xəbərlər / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Bölgə
08 oktyabr 2025
1 066

Quba filialında qocaman pedaqoqlarla görüş keçirilib

Quba filialında qocaman pedaqoqlarla görüş keçirilib.

AzTehsil.com xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında tədrisdən ayrılan bu təhsil ocağının qocaman pedaqoqları ilə görüş keçirilib.

Görüşdə iştirakçıları salamlayan filialın direktoru, qabaqcıl təhsil işçisi, professor Yusif Alıyev çoxşaxəli universitet həyatında nailiyyətlərin əldə edilməsində, gənc pedaqoji kadrların inkişafında qocaman və təcrübəli akademik heyət üzvlərinin mühüm rolundan bəhs edib.

Bu tədris ilindən etibarən artıq müəllim kimi filialda fəaliyyətləri başa çatan k.e.d.Səmədağa Surxayev, təcrübəli pedaqoqlar Şıxəmməd Seyidməmmədov və Çingiz Apayevin ayrı-ayrılıqda yüksək fərdi keyifiyyələrindən bəhs edən professor Yusif Alıyev bildirib ki, onlar bundan sonra müəllim kimi fəaliyyət göstərməsələr də, hər zaman filialda onların ağsaqqal kimi təcrübə və düşüncələrinə ehtiyac vardır. Direktor qeyd edib ki, bu ənənənin qoyulması həm də müdrik və əsl ziyalı keyfiyyətlərini öz şəxsiyyətlərində birləşdirmiş qocaman müəllimlərin nümunə kimi təqdim edilməsidir.

Filialın strateji hədəflərinin reallaşdırılmasında qocaman kollektiv üzvlərinin bilik və təcrübələrindən faydalanmağın üstünlüklərindən danışan direktor universitet idarəçiliyi ilə bağlı bütün təklif və təşəbbüslərə hər zaman açıq olduğunu vurğulayıb, görüş iştirakçılarına bundan sonrakı həyatlarında uğurlar arzulayıb, filialda Ağsaqqallar Birliyinin yaradılmasını və bu birlik üçün xüsusi otağın ayrılmasını, filialdan ayrılan qocaman müəllimlərin hər zaman böyük ruh yüksəkliyi ilə buraya gəlmələrini təşəbbüs olaraq irəli sürüb. Direktor həm də yeni təsis ediləcək Ağsaqqallar Birliyinə Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin sədri, təcrübəli pedaqoq Şıxəmməd Seyidməmmədovun rəhbərlik etməsini təklif edib. 

Çıxışında filialın qazandığı uğur və nailiyyətlərdən bəhs edən professor Yusif Alıyev beynəlxalq əlaqələr sahəsində əldə onunan uğurlara toxunaraq qeyd edib ki, əlaqələrin genişləndirilməsi eyni zamanda Azərbaycanın beynəlxalq inteqrasiya strategiyasına da töhfədir. Almaniyanın Otto fon Gerike adına Maqdeburq Universitetinin professoru, dünya şöhrətli mexanika alimi, “Journal of Applied Mathematics and Mechanics” jurnalının baş redaktoru Holm Altenbax ilə filialda oktyabrın 3-də keçirilmiş görüşü xatırladan direktor alman alimin Azərbaycanda gördüyü yüksək milli dəyərlər, eləcə də şəhid ailələrinə göstərilən yüksək ehtirama heyran qalması barədə söylədiyi fikirləri xatırladaraq əminliklə bildirib ki, bu sahədə görülən işlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından dövlət və xalq qarşısında əvəzolunmaz xidmətdir.

Səmimi formatda davam edən görüşdə çıxış edən kollektiv üzvləri filialda həm qocaman, həm də gənc müəllimlərə, xüsusilə ağsaqqal ziyalılara daim yüksək dəyər verildiyini qeyd ediblər və göstərilən diqqətə görə təşəkkürlərini çatdırıblar. Son dövrdə ADPU-nun Quba filialında qoyulan belə ənənələrin komanda ruhunu, işgüzarlığı gücləndirdiyini deyən təcrübəli pedaqoqlar universitetin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə bağlı fikirlərini bölüşüblər. İştirak edən struktur rəhbərləri həm də qocaman müəllimlərlə əməkdaşlıqları, onların pedaqoji fəaliyyətləri barədə xoş sözlər deyiblər. 

Tədbirdə çıxış edən qocaman müəllimlər universitetdən uzaq olsalar da təhsilimizin inkişafı istiqamətində filialda görülən işləri diqqətlə izləyir, qazanılan uğurlara sevincini gizlətmir, dərin təcrübədən doğan məsləhətlərini əsirgəmədiklərini vurğulayıblar. Birlikdə çalışdıqları illər ərzində hər zaman onlara səmimi və xüsusi diqqət göstərən direktor Yusif Alıyevə təşəkkür ediblər. Filialda nəzərdə tutulmuş məsələlərin reallaşdırılması ilə təhsilin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əmin olduqlarını dilə gətirən müəllimlər həm də onlar üçün bu gün təşkil edilən tədbirə görə də qürurlandıqlarını ifadə ediblər.

Sonda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü və çoxillik uğurlu elmi pedaqoji faəliyyətlərinə görə hər üç müəllimə Fəxri fərman təqdim olunub.

Tədbir xatirə fotosunun çəkdirilməsi ilə sona çatıb.

Həmçinin oxuyun:
ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirmişdi.

Metodbirləşmələr

Metodbirləşmələr

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Nadir İsrafilov – Nədən, filiala müstəqil universitet statusu verilməsi barədə düşünməyək...

Nadir İsrafilov – Nədən, filiala müstəqil universitet statusu verilməsi barədə düşünməyək...

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-nun Quba filialında pedaqoji təcrübə hesabatı ilə bağlı görüş keçirilib

ADPU-nun Quba filialında pedaqoji təcrübə hesabatı ilə bağlı görüş keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

Məsafədən idarəetmə və onlayn təhsil təcrübəsi

Məsafədən idarəetmə və onlayn təhsil təcrübəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib