AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Ziyalılar / Direktor / Müəllim / Bölgə / Tədbirlər
18 sentyabr 2025
700

ADPU-nun Quba filialında pedaqoji təcrübə hesabatı ilə bağlı görüş keçirilib

ADPU-nun Quba filialında pedaqoji təcrübə hesabatı ilə bağlı görüş keçirilib. 

AzTehsil.com xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin   (ADPU) Quba filialında 2024-2025-ci tədris ilinin pedaqoji təcrübə hesabatının  yekunlarına dair iclas keçirilib. İclasda ADPU-nun Quba filialının direktoru  professor Yusif Alıyev, filialın tədris şöbəsinin müdiri, pedaqoji təcrübə rəhbəri, metodistlər, kafedra müdirləri, pedaqoqlar və pedaqoji təcrübə komissiyasının üzvləri iştirak ediblər. Filialın Özbəkistan-Azərbaycan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində keçirilən iclası ilk olaraq komissiyanın sədri professor Yusif Alıyev açmış və gedişata uğurlar diləmişdir.  Daha sonra Filialın Tədris şöbəsinin müdiri, baş müəllim Mələk Bağırova çıxış edərək bildirib ki, 2025-ci ilin iyul ayında filialda kadr hazırlığı aparılan  İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil, Təhsildə sosial psixoloji xidmət, Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi, Sosial iş, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasları üzrə təcrübə hesabatının müdafiəsi keçirilmiş, təcrübə komissiyasının rəyinə əsasən tələbələr filialı bitirmiş hesab edilmişdilər.  2020-ci ildə təsdiq edilmiş təhsil proqramlarına əsasən filialda fəaliyyət göstərən yuxarıda qeyd olunan ixtisaslar üzrə  buraxılış Yekun Dövlət  Atestasiyası ləğv olunmuş onun əvəzinə tələbələr təcrübə hesabatını təqdim etməklə filialı bitirmiş hesab olunublar.  

Onu da qeyd edək ki, artıq iki ildir bu qayda tətbiq olunur. 

Daha sonra Pedaqoji təcrübə rəhbəri Şəhla Mədətova, Keyfiyyətin Təminatı Şöbəsinin müdiri, p.ü.f.d B/m Pərvanə Rzayeva, Baş müəllim p.ü.f.d Lətifə Cəlilova, Qabaqcıl Təhsil İşçisi, filialın baş müəllimi Eyvaz Şeydayev, baş müəllim s.e.ü.f.d Sabir Şaxtaxtı(Hacıyev), baş müəllim Vüsalə Kərimova və digərləri çıxış edərək öz fikirlərini bölüşüblər. Təcrübə komissiyasının üzvləri bu sahədə hələki bir sıra boşluqların, çatışmamazlıqlar olduğunu vurğulamışdırlar. Qiymətləndirmə meyarlarının dəqiqləşdirilməsi, hesabatın müdafiəsi ilə bağlı tələbələrin təqdim edəcəyi məlumatın qiymətləndirilməsi, onlara veriləcək suallar, standartlar barədə məsələlər ön planda olmuşdur. 

Müzakirələr zamanı xüsusilə tələbələrin metodik hazırlığının gücləndirilməsi, dərs prosesində innovativ yanaşmaların tətbiqi və məktəb-müəllim əməkdaşlığının genişləndirilməsi istiqamətində tövsiyələr də qəbul edilib. 

Nəticə etibarilə pedaqoji təcrübənin təşkilati tərəflərinin daha da təkmilləşdirilməsi, tələbələrin praktik bacarıqlarının yüksəldilməsi və ümumilikdə təcrübə prosesinin keyfiyyətinin artırılması əsas prioritet kimi müəyyənləşdirilib. 

ADPU-nun Quba filialı pedaqoji təcrübəni yalnız tədrisin vacib tərkib hissəsi deyil, həm də gələcək müəllimlərin peşəkar inkişafı üçün mühüm mərhələ hesab edir.

Son olaraq layihənin filialda fəaliyyət göstərən strukturlarda müzakirəsi aparılaraq Filialın Elmi Şurasının müzakirəsinə çıxarılması məqsədəuyğun hesab edilib.

Həmçinin oxuyun:
Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirmişdi.

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

ADPU-nun Quba filialında tədris ilinin ilk Elmi Şurası keçirilib

ADPU-nun Quba filialında tədris ilinin ilk Elmi Şurası keçirilib

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

Nadir İsrafilov – Nədən, filiala müstəqil universitet statusu verilməsi barədə düşünməyək...

Nadir İsrafilov – Nədən, filiala müstəqil universitet statusu verilməsi barədə düşünməyək...

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

İclas  yüksək idarəetmə orqanıdır.Təşkili  və  idarə edilməsi.

İclas yüksək idarəetmə orqanıdır.Təşkili və idarə edilməsi.

İxtisas qrupları üzrə SİYAHI- ADPU

İxtisas qrupları üzrə SİYAHI- ADPU

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Məsafədən idarəetmə və onlayn təhsil təcrübəsi

Məsafədən idarəetmə və onlayn təhsil təcrübəsi