Xəbərlər, Müəllim
24 yanvar 2019

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

 

 
 
Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.

BMT Baş Assambleyasının ötən ilin dekabrında elan etdiyi Beynəlxalq Təhsil Günü ilk dəfə qeyd olunur.

BMT-nin qərarında bildirilir ki,  təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.

Beynəlxalq Təhsil Günü münasibəti ilə YUNESKO-nun baş direktoru Odre Azulenin təbrik məktubunda bildirilib ki, bu mühüm qərar "Dünyamızın dəyişdirilməsi: 2030-cu ilə qədər davamlı inkişaf gündəmi" adlı fəaliyyət proqramının həyata keçirilməsində təhsilin vacibliyini vurğulayır.

Odre Azule qeyd edib ki, hərtərəfli,  ədalətli və keyfiyyətli təhsil olmadan, hər kəs üçün ömür boyu öyrənmə imkanları yaratmadan dövlətlər milyonlarla uşağı və gənci inkişaf prosesindən kənarda saxlayan yoxsulluğun səviyyəsini azalda bilməz. Beynəlxalq Təhsil Gününün qeyd olunması bu sahədə təməl prinsiplərə bağlılığı təsdiqləmək üçün böyük  fürsətdir.

YUNESKO-nun baş direktoru hazırda dünyada 262 milyon uşağın məktəbə getmədiyini diqqətə çatdırıb.  617 milyon uşaq və yeniyetmə isə oxuma  və ibtidai hesablama bacarıqlarına malik deyil.  Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Qarşıdurmalar və itkilər onların adi həyat tərzini pozub.

Odre Azule BMT-yə üzv dövlətləri təhsilin bütün səviyyələrdə hərtərəfliliyini  və ədalətliyini qorumaqla  hər kəsin maraqlarını təmin etməyə, qızların, qaçqın və məcburi köçkünlərin,  miqrantların təhsil ehtiyaclarına, müəllim hazırlığına,  təhsil və təlimdə gender perspektivini daha fəal şəkildə təbliğ etməyə xüsusi diqqət yetirməyə çağırıb.










Загрузка...
loading...

Həmçinin oxuyun:
6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Azərbaycanın adı təhsil sahəsində heç bir halda ilk onluqda yoxdur...STATİSTİKA

Azərbaycanın adı təhsil sahəsində heç bir halda ilk onluqda yoxdur...STATİSTİKA

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Dünyada 479 milyon qadın oxuma-yazma bilmir

Dünyada 479 milyon qadın oxuma-yazma bilmir

Mart ayı bayramlarla əlaqədar 8 gün iş olmayacaq

Mart ayı bayramlarla əlaqədar 8 gün iş olmayacaq

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

20-22 yanvar günləri iş olacaqmı?

20-22 yanvar günləri iş olacaqmı?

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

YUNESKO-nun yeni baş katibi məlum olub

YUNESKO-nun yeni baş katibi məlum olub

Beynəlxalq Müəllimlər günü LDU-da təntənə ilə qeyd olundu.

Beynəlxalq Müəllimlər günü LDU-da təntənə ilə qeyd olundu.

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə tədbir keçirilib

Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə tədbir keçirilib

"Qızların təhsil alması indiki dövrün ən mühüm məsələlərindən biridir"

BDU rektoru beynəlxalq mükafata layiq görülüb

BDU rektoru beynəlxalq mükafata layiq görülüb

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə adlı tədbir keçirilib

Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə adlı tədbir keçirilib

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı