AzTehsil.com


Xəbərlər
21 may 2020
1 532


Bərabərlik və inklüzivlik naminə



 

Həssas qrupların tədrisə cəlbi necə olmalıdır?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) hesab edir ki, koronavirus  (COVID-19) böhranı yalnız insanların sağlamlığına deyil, həm də onların necə öyrəndiklərinə, işlədiklərinə və yaşayışlarına da dərin təsir göstərir. COVID-19-un  qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri təhsil sistemini necə əvəz etməklə bağlıdır.  Çünki pandemiya 191 ölkədə məktəblərin bağlanması səbəbindən  bütün şagirdlərə, xüsusilə ən həssas və inklüziv təhsilə cəlb edilmiş, aztəminatlı ailələrdən olan uşaqlar a, gənclərə, xüsusi təhsilə, məktəblərdə sosial və emosional dəstəyə, eləcə də məktəb qidası kimi əlavə xidmətlərə ehtiyacı olanlar üçün  ciddi çətinliklər meydana çıxarır.  

 Böhran dövründə təhsilə vahid yanaşma

Təhsilalanların sosial və emosional ehtiyaclarını nəzərə alan təhsildə vahid yanaşma, xüsusilə böhran dövründə çox vacibdir. Məktəblərin bağlanması o deməkdir ki, həssas qrupa aid şagirdlərin ehtiyac duyduqları dəstəyi və əlavə xidmətləri alması ehtimalı azdır; həssas və digər şagirdlər arasındakı boşluq genişlənə bilər. Koronavirus böhranı dövründə bir çox ölkələr təhsil almaq üçün müəllimlər, şagirdlər və onların sinif yoldaşları arasında rəqəmsal pedaqoji vasitələrdən və virtual mübadilə vasitələrindən istifadə edirlər. Ən həssas şagirdlərin rəqəmsal öyrənmə mənbələrinə daxil ola bilməmələrinə baxmayaraq, bəzi hökumətlər və vətəndaş cəmiyyəti təşkilatları  məktəbliləri  kompüter və ya planşetlə, eləcə də internetə çıxış imkanı ilə təmin ediblər; onlar üçün televiziya, telefon və ya radioda təlimlər təşkil olunub. Məsələn, Yeni Zelandiya yeni bir onlayn sinif otağı, çap olunmuş tədris paketləri və bütün tələbələrin öyrənməsi üçün xüsusi televiziya proqramları təklif edir.

Avstraliya kimi ölkələr rəqəmsal təlim resurslarına  giriş və effektiv distant təhsil haqqında faydalı məlumatlar verirlər. Yeni Cənubi Uels əyaləti videokonfranslar, telefon dərsləri, peyk dərsləri və virtual turlar vasitəsilə real vaxt rejimində məsafədən təlim kursları təklif etmək üçün texnologiyadan istifadə təcrübəsinə malikdir. Ayrıca olaraq təhsildən kənarda qalan uzaq bölgələrdəki şagirdlər üçün qeyri-real vaxtda  tədris metodları  (e-poçt və onlayn öyrənmə idarəetmə sistemləri) təklif edilir.

Ancaq bəzi təhsilalanlar, məsələn, xüsusi təhsil ehtiyacı olan inklüziv şagirdlər  üçün uzaqdan təhsili izləmək daha çətin ola bilər. Bu çətinlikləri azaltmaq üçün mənbələrə aşağıdakılar daxildir:

-kurikulumun daha cəlbedici olması üçün müraciətlər (məsələn, diqqət çatışmazlığı, hiperaktivlik pozğunluğu olan uşaqlar üçün);
-sinifdə əvvəlcədən qeydə alınmış video materiallar və silinmiş birbaşa alt yazıları (eşitmə qüsurlu tələbələr üçün) alt yazı ilə təmin etmək;
-rəqəmsal dərsliklər və ya digər proqram (disleksiyası olan tələbələr üçün);
-valideynlər və icmalar üçün tədris materialları (autizmli tələbələr üçün) və fərdi şagirdləri dərsləri ilə dəstəkləyən müəllim köməkçilərinin istifadəsi.
 Şagirdlərin sosial və emosional ehtiyaclarının ödənilməsi və ən həssas qruplardan olanların  əlavə xidmətlər almağa davam etmələrinə şərait yaratmaq  hökumətlər və məktəblər üçün də problemdir. Şagirdlər öyrənmə üçün əlaqə yarada, virtual oyunlar və dostları ilə birgə oxu kimi onlayn mənbələr vasitəsilə əlaqə qura bilməsələr, özlərini məktəb ictimaiyyətindən qopmuş  hiss edə bilərlər.

Bundan əlavə, onlar sosial və tibbi xidmətlərdən fərdi şəkildə yararlanmaq imkanlarından məhrum ola bilərlər. Bu problemi həll etmək üçün Amerika Məktəb Məsləhətçiləri Birliyi   məktəblərə onlayn məsləhət və digər xidmətlər barədə tövsiyələr  təklif edir.

Kanadadakı "Uşaqlara Kömək Telefonu" uşaqlar üçün elektron psixoloji sağlamlıq xidmətləri təqdim edir.  Finlandiyadakı məktəb psixoloqları və məsləhətçiləri online  şəkildə və ya ehtiyac olduqda fərdi görüşlər vasitəsilə həssas,  inklüziv uşaqlara xidmətlər göstərirlər. Avstraliyada isə "Autism Spectrum " layihəsi pandemiyadan əziyyət çəkən şagirdlər üçün onlayn diaqnostik qiymətləndirmələr və teleterapiya təklif edir.
 Məktəb səviyyəsində əməkdaşlıq əlaqələrinin və tədbirlərin təşviqi

Təhsilə vahid yanaşma hökumətlərdən pandemiya dövründə və sonrakı mərhələdə daha həssas şagirdlərin kompleks ehtiyaclarını ödəmək üçün tibbi və ictimai təşkilatlar, sosial iş və digər yardımçı xidmətlər kimi müvafiq müəssisələrlə əməkdaşlığı  tələb edir.
Orta müddətli dövrdə məktəblər şagirdlərə öyrənmə mövzusunda kömək etməlidirlər. Keçid və ya sürətli təhsil proqramları da daxil olmaqla, qaçqınların təhsillərini davam etdirmələri üçün hazırlanmış bəzi təcrübələr digər həssas qrupa aid şagirdlərin də təlim ehtiyaclarını qarşılamağa  kömək edə bilər.

Bununla belə, şagirdlərə uzunmüddətli sosial və emosional təsir COVID-19 böhranının ən davamlı mirası ola bilər. Məktəblərin bütün şagirdlər üçün yenidən etibarlı, təhlükəsiz və inklüziv bir mühitə çevrilməsi  məktəb rəhbərləri, müəllimlər, valideynlər, təhsil, səhiyyə işçiləri və  icmalardan səylərini birləşdirməyi tələb edəcək.

oecdedutoday.com/coronavirus-school-closures-student-equity-inclusion   muallim.edu.az

 



Загрузка...
Həmçinin oxuyun:
Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

Məktəbləri yenidən necə aça bilərik?

Məktəbləri yenidən necə aça bilərik?

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

Pandemiya dövründə uşaqların uğurlu olması

Pandemiya dövründə uşaqların uğurlu olması

Dünya təhsil sistemlərinə təlimat

Dünya təhsil sistemlərinə təlimat

Təhsilin gələcəyini nələr müəyyən edəcək?

Təhsilin gələcəyini nələr müəyyən edəcək?

Həssas qruplardan olan tələbələr üçün yeni onlayn imkan

Həssas qruplardan olan tələbələr üçün yeni onlayn imkan

Pandemiya dövründə məktəb kitabxanaları - Amerika təcrübəsi.

Pandemiya dövründə məktəb kitabxanaları - Amerika təcrübəsi.

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Pandemiya dövründə keyfiyyətli təhsilin təmin edilməsi

Pandemiya dövründə keyfiyyətli təhsilin təmin edilməsi

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

“Məktəb psixoloqundan tövsiyələr”: XX videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XX videoçarx

Məktəblərin yenidən açılması

Məktəblərin yenidən açılması

Pandemiyanın təhsilə təsiri

Pandemiyanın təhsilə təsiri

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

“Bunları etsək, karantindən sonra şagirdlərdə adaptasiya problemi yaşanmayacaq”-PSİXOLOQLA MÜSAHİBƏ

“Bunları etsək, karantindən sonra şagirdlərdə adaptasiya problemi yaşanmayacaq”-PSİXOLOQLA MÜSAHİBƏ

Azərbaycanda “Ağıllı məktəblər” yaradıla bilər

Azərbaycanda “Ağıllı məktəblər” yaradıla bilər

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

Ümumi gələcək naminə təhsili qorumaq

Ümumi gələcək naminə təhsili qorumaq

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib