AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Şagird
08 oktyabr 2025
984

Azərbaycan məktəblisi Çində mükafat QAZANIB



Çində orta məktəb şagirdləri üçün 18-ci beynəlxalq “Çin dili körpüsü” müsabiqəsinin final mərhələsi keçirilib. Finalda Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun tələbəsi, ölkəmizdə orta məktəb şagirdləri arasında keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibi Kamil Bünyatov da iştirak edib.


AzTehsil.com xəbər verir ki, İnstitutdan bildirilib ki, “Pekin və Tyantszin mədəni irsi ilə səyahət” devizi altında keçirilən müsabiqənin iştirakçıları üçün geniş mədəni-maarifləndirici proqram təşkil olunub. Onlar Pekində Beynəlxalq Dil Mübadiləsi və Əməkdaşlıq Mərkəzində, Böyük Çin Səddində, Ququn imperator sarayında olublar. Həmçinin Olimpiya Muzeyində tanınmış Çin cüdoçusu və Olimpiya çempionu Tun Ven ilə görüşüblər. Kamil Bünyatov Tyantszin şəhərində müsabiqənin final mərhələsində iştirak edib və münsiflər heyətinin qərarı ilə “Əla nailiyyətlərə görə” mükafatına və Çində təhsil almaq üçün dövlət təqaüdünə layiq görülüb. Müsabiqədə onun musiqi ifası xüsusi diqqət çəkib. Milli Çin fleytası olan “hulusi” alətində virtuoz ifası ilə o, iştirakçıların rəğbətini qazanıb və Tyantszin Universitetində qarşılanma qala-konsertinə dəvət edilib.


Müsabiqə iştirakçıları, həmçinin Döyüş Sənəti Akademiyasında nağara, kunq-fu ustad dərslərinə qatılıb və ailə mübadiləsi proqramı çərçivəsində Tyantszin orta məktəbləri şagirdlərinə baş çəkiblər. Müsabiqə iştirakçıları Tyantszin İncəsənət Muzeyində, Lenovo Sənaye Parkında, Milli Dəniz Muzeyində və Tyantszin Qeyri-Maddi Mədəni İrs Sərgisində də olublar.


ADU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, tarixən İpək Yolu ilə bağlı olan Azərbaycan və Çin arasında humanitar əməkdaşlıq son illər yeni inkişaf mərhələsi alıb. Bu, ilk növbədə, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirakı və İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlıdır. O, həmçinin iki ölkə arasında tələbə mübadiləsi, hər iki ölkənin təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.


Müsabiqəyə 106 ölkədən ümumilikdə 195 xarici tələbə qatılıb. Beynəlxalq-mədəni əlaqələri genişləndirmək məqsədi daşıyan müsabiqədə münsiflər heyəti həm Çin dilini bilmə səviyyəsini, həm də Çin mədəni xüsusiyyətlərinə dair bilikləri qiymətləndirib.



Həmçinin oxuyun:
Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İstedadlar elm, bilik sınağında

İstedadlar elm, bilik sınağında

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Dillər Universitetinin Konfutsi İnstitutu....- ƏTRAFLI

Dillər Universitetinin Konfutsi İnstitutu....- ƏTRAFLI

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirilib

Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirilib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

Azərbaycan məktəblisi Avropa çempionu oldu - FOTOLAR

Azərbaycan məktəblisi Avropa çempionu oldu - FOTOLAR

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Çin dili üzrə beynəlxalq müsabiqənin seçim turu keçirilib

Çin dili üzrə beynəlxalq müsabiqənin seçim turu keçirilib

Həyatının uğur salnaməsini yazan gənclər

Həyatının uğur salnaməsini yazan gənclər

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Mingəçevir məktəblisi dünya kubokunun qalibi olub

Mingəçevir məktəblisi dünya kubokunun qalibi olub

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı