Xəbərlər
22 iyul 2021
912


Çin dili üzrə beynəlxalq müsabiqənin seçim turu keçirilib

 

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Çin dili körpüsü” mövzusunda XIV beynəlxalq müsabiqənin Azərbaycan üzrə onlayn seçim turu olub.

Çin dili üzrə müsabiqənin seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Çin Beynəlxalq Təhsil Fondu və Konfutsi İnstitutu tərəfindən təşkil edilib. Müsabiqəyə müxtəlif orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri qatılıblar.

Çinin Azərbaycandakı səfiri xanım Qo Min onlayn müraciətində müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar arzulayıb və "Çin dili körpüsü” yarışmasının Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndirilməsinə töhfə olduğunu bildirib.

ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə marağının artdığını deyən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tarixi İpək yolu ilə əlaqəli olan iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 29-ci ildönümündə belə bir müsabiqənin keçirilməsinin simvolik xarakter daşıdığını vurğulayıb.

Azərbaycan üzrə seçim turu bir neçə mərhələdə keçirilib. İştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çin mədəniyyəti haqqında sualları cavablandırıb, bədii nömrələr nümayiş etdiriblər.

Məktəblilərin çıxışları Konfutsi İnstitutunun müəllimləri, Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin də daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar. Onlar, həmçinin ADU-nun Konfutsi İnstitutunda Çin dilini ödənişsiz öyrənmək imkanından yararlana bilər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

Şərq dilləri metodikasının aktual problemləri müzakirə olunub

Şərq dilləri metodikasının aktual problemləri müzakirə olunub

Universitetdə Çin lideri ilə bağlı kitab təqdim olundu

Universitetdə Çin lideri ilə bağlı kitab təqdim olundu

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

MEK-də “Beynəlxalq ərəb dili” gününə həsr həsr olunan tədbir keçirilib

MEK-də “Beynəlxalq ərəb dili” gününə həsr həsr olunan tədbir keçirilib

“Zirvə” intelektual bilik yarışmasının Ağstafa rayonu üzrə seçim turu keçirilib

“Zirvə” intelektual bilik yarışmasının Ağstafa rayonu üzrə seçim turu keçirilib

Tələbələrimiz beynəlxalq müsabiqənin qalibi olub - FOTO

Tələbələrimiz beynəlxalq müsabiqənin qalibi olub - FOTO

“Qarabağ xalçaçılıq məktəbinin inkişafına Çin mədəni təsiri”

“Qarabağ xalçaçılıq məktəbinin inkişafına Çin mədəni təsiri”

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Çin səfiri BDU-da olub

Çin səfiri BDU-da olub

Şabranda rus dili və ədəbiyyatı üzrə olimpiada təşkil olunub

Şabranda rus dili və ədəbiyyatı üzrə olimpiada təşkil olunub

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Dillər Universitetində Germanistika İnstitutu açılıb

Dillər Universitetində Germanistika İnstitutu açılıb

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək