Xəbərlər, Müəllim
13 may 2020

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

 

Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev 2019-cu il üzrə Çində ən yaxşı xarici müəllim seçilib.

 Çin Elm və Texnologiya Nazirliyinin, Çin Qlobal İstedadlar Mübadiləsi Assosiasiyasının və "Beynəlxalq istedadlar” jurnalının birgə qiymətləndirməsi əsasında 2019-cu il üçün Çinin ən yaxşı on xarici müəllimi kateqoriyası üzrə mükafatçıları məlum olub. Aqşin Əliyevin liderlik etdiyi siyahıdakı əcnəbi müəllimlər Çində pedaqoji sahədəki səmərəli fəaliyyəti, Çin elminə töhfələri, Çin və təmsil etdiyi ölkə arasında təhsil və elm sahəsində əlaqələrin inkişafındakı xidmətləri, Çin və təmsil etdiyi ölkənin mədəniyyət mübadiləsindəki fəallığı ilə seçilənlərdir. Müsabiqənin məqsədi Çinə xaricdən daha güclü kadrların cəlb olunmasını, Çin ilə digər ölkələr arasında elmi, təhsil, mədəni əlaqələrin dərinləşdirilməsini təşviq etməkdir. İldə bir dəfə keçirilən müsabiqə 2011-ci ildən təşkil olunur.

Qeyd edək ki, Aqşin Əliyev 2005-ci ildə Şanxay Universitetində Çin dilinin tədrisi ixtisası üzrə bakalavr, 2008-ci ildə isə Çin dilinin filologiyası ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Şərqi Çin Pedaqoji Universitetində "Müasir Çin dilində reduplikativ sifətlərin müvafiq problemləri” doktorluq dissertasiyasını müdafiə edib və Şanxay Pedaqoji Universitetində post-doktorantura təhsil səviyyəsinə daxil olaraq, "Çincə-Azərbaycanca lüğət və onun nəzəri əsasları” elmi işini tamamlayıb. A.Əliyev 2016-cı ildə Azərbaycan dili ixtisası üzrə tədrisin təşkili məqsədi ilə Pekin Xarici Dillər Universitetinə dəvət olunub. Hazırda PXDU-da Azərbaycan dili kafedrasının müdiri olan gənc alim, bundan başqa universitetin regionşünaslıq kafedrasının tədqiqatçısı, Çin Sosial Elmlər Akademiyasının dəvətli alimi, "Bir kəmər, bir yol” Gənc Çinşünaslar Alyansının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin üzrə əlaqələndiricisi, Çin Tərcümə Şəbəkəsinin aparıcı məsləhətçisi kimi fəaliyyətini davam etdirir mayakinfo.az 
 

 












Загрузка...
loading...

Həmçinin oxuyun:
Çin məktəblərində tədrisə start verilib

Çin məktəblərində tədrisə start verilib

Harvardın 30 yaşlı azərbaycanlı professoru...

Harvardın 30 yaşlı azərbaycanlı professoru...

Şərq dilləri metodikasının aktual problemləri müzakirə olunub

Şərq dilləri metodikasının aktual problemləri müzakirə olunub

Çin və Macarıstanda təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb

Çin və Macarıstanda təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb

2020-2021-ci tədris ili üzrə Çində təqaüd proqramı

2020-2021-ci tədris ili üzrə Çində təqaüd proqramı

“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb

“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb

Çində təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

Çində təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

Təhsil nazirinin Çin televiziyasına müsahibəsi

Təhsil nazirinin Çin televiziyasına müsahibəsi

Təhsil naziri Çində azərbaycanlı tələbələrlə görüşüb

Təhsil naziri Çində azərbaycanlı tələbələrlə görüşüb

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur

Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Çin universitetində Azərbaycan dili üzrə kadrlar hazırlanacaq

Çin universitetində Azərbaycan dili üzrə kadrlar hazırlanacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

Universitetdə Çin lideri ilə bağlı kitab təqdim olundu

Universitetdə Çin lideri ilə bağlı kitab təqdim olundu

Çində dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Çində dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

Çin səfiri BDU-da olub

Çin səfiri BDU-da olub