Xəbərlər
26 oktyabr 2016
2459

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

 

Oktyabrın 25-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts, "British Council” təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Elizabet Vayt və  KİV nümayəndələri iştirak edib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, "British Council” və Təhsil Nazirliyinin birgə əməkdaşlıq istiqamətlərindən biri ingilis dilini tədris edən müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunması, peşəkar kompetensiyalarının yüksəldilməsidir. Mərkəzdə müəllimlərə ingilis dilini ən müasir metodologiya, resurs və texnologiyalara əsaslanaraq tədris  etmək üsulları təqdim olunacaqdır. Mərkəz həmçinin müəllimlərin şifahi ünsiyyət bacarıqlarının inkişafına yardım edəcəkdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts qeyd edib ki, mərkəz müəllimlərin təcrübələrini bölüşərək ingilis dilinin daha asan və səmərəli mənimsəməsinə yardımçı olacaq.

"British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Vayt mərkəzin səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Daha sonra qonaqlar mərkəzlə tanış olublar.

Mərkəzdə müəllimlərin istifadəsi üçün ümumilikdə 5000-dən çox resurs toplanıb. Bura müxtəlif metodologiyalardan istifadə və müxtəlif bölmələr üzrə tədrisi inkişaf etdirmək üçün nəzərdə tutulmuş təlimat kitabları, azyaşlılar və yeni öyrənənlər üçün dərs vəsaitləri, ümumi istifadə üçün bədii əsərlər, məşhur klassik və müasir əsərlərin müxtəsər formatda nəşrləri daxildir. Müəllimlər üçün "British Council” tərəfindən dəvət olunmuş peşəkar mütəxəssislərin təlimləri, ingilis dilli moderatorla danışıq klubları, dilin gündəlik istifadəsinə istiqamətlənmiş kino saatları, yerli və xarici qonaq ekspertlərlə seminarlar təşkil ediləcəkdir.

İlkin mərhələdə Təlim-Resurs Mərkəzindən yaxınlıqda yerləşən 11 ümumi təhsil müəssisəsinin ümumilikdə 81 nəfər ingilis dili müəllimi istifadə edəcək. 





DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə  “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Qax rayonunda məktəbəhazırlıq qruplarının müəllimləri ilə seminar keçirilib

Qax rayonunda məktəbəhazırlıq qruplarının müəllimləri ilə seminar keçirilib

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

İbtidai sinif müəllimləri üçün “Peşəyə giriş” seminarları keçiriləcək

İbtidai sinif müəllimləri üçün “Peşəyə giriş” seminarları keçiriləcək

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün  gərəkli vəsait PYTHON

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün gərəkli vəsait PYTHON

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Məktəblilər üçün yeni dərs vəsaiti  -

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb