AzTehsil.com


Xəbərlər
06 noyabr 2017
2 837


Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam



Bu gün Xalq Rəssamı Maral Rəhmanzadənin anadan olmasının 101 ili tamam olur.


Aztəhsil.com xəbər verir ki, professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Tanınmış rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü.


1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib. İnstitutu bitirdikdən sonra Moskvada "Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlib. 1941-ci ildə rəssamın atası "xalq düşməni” elan olunub, altı aydan sonra Daşkənd həbsxanasında vəfat edib. M.Rəhmanzadə Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətini davam etdirib.


Rəssamın "Bizim Xəzərdə”, "Azərbaycan qadınları”, "Doğma Vətənim”, "Sumqayıt–Rustavi” və digər əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş olunub. O, əsərlərində doğma diyarın misilsiz gözəlliyini – əzəmətli Naxçıvan dağlarını, bol bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.


M.Rəhmanzadə əsərlərində qadın bədəninin gözəlliyini qabardan milli geyimləri təsvir etməyi daha çox sevirdi. Tablolarındakı kənd qızları yaraşıqlı və şəndir. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayırdı. O, qadın obrazlarını "Odlar Yurdunun qızları”, "Üç çiçək” və "Mənim bacılarım” əsərlərində canlandırıb.


İstedadlı rəssam kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərib, bədii əsərlərə illüstrasiyalar çəkib. M.S.Ordubadinin "Qılınc və qələm”, M.F.Axundzadənin "Aldanmış kəvakib”, A.Puşkinin "Yevgeni Onegin” və M.Lermontovun "Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların müəllifidir. M.Rəhmanzadə səfər etdiyi xarici ölkələrin həyatından silsilə qravürlər yaradıb.


Əsərləri xarici ölkələrdə incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri açılıb. "Azərbaycan neft ölkəsidir”, "Bizim Xəzərdə” və "Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.


M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən "Şöhrət” ordeninə layiq görülüb.


Rəssam 2008-ci il martın 18-də vəfat edib.




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Azərbaycana Ağır itki

Azərbaycana Ağır itki

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Azərbaycan təhsilinə AĞIR İTKİ: "Şöhrət” ordenli pedaqoq VƏFAT ETDİ - FOTO

Azərbaycan təhsilinə AĞIR İTKİ: "Şöhrət” ordenli pedaqoq VƏFAT ETDİ - FOTO

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Tələbə qız Rəssamlıq Akademiyasının ikinci mərtəbəsindən yıxılıb

Tələbə qız Rəssamlıq Akademiyasının ikinci mərtəbəsindən yıxılıb

Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olub

Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olub

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Samux Təhsil Şöbəsi tərəfindən "Rayonumuzun Gənc İstedadları” adlı layihəyə start verilib

Samux Təhsil Şöbəsi tərəfindən "Rayonumuzun Gənc İstedadları” adlı layihəyə start verilib

BDU-nun kafedra müdiri vəfat etdi

BDU-nun kafedra müdiri vəfat etdi

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

ADU-da kitab sərgisi açılıb

ADU-da kitab sərgisi açılıb

“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”

“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bu gün Hüseyn Cavidin doğum günüdür

Bu gün Hüseyn Cavidin doğum günüdür

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb