AzTehsil.com


Valideyn
23 may 2016
19 065


Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev



Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı ƏliyevValideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev Uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu əvəz­edil­məz­dir. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından biri­dir, valideynlərin isə ən mühüm vəzifələrindəndir.Lakin ailədə valideynlərin xeyirxah arzularından asılı ol­ma­ya­raq, həm yaxşı, həm də pis uşaq böyüyə bilir. Bunu nə ilə izah etmək olar? Ailədə hansı şəraitdə yaxşı, və ya pis uşaq forma­la­şır? Vali­deynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetir-məli­dirlər?Heç bir ailədə uşaq kortəbii şəkildə tərbiyə edilmir. Hər bir vali­deyn uşaqlarının tərbiyəsində mütləq müəyyən pedaqoji məq-sədi rəhbər tutur. Həmin məqsəd nə dərəcədə doğrudur və ya səhv­dir? Valideyn öz məqsədini necə həyata keçirir?Valideynlərin bir qisminin pedaqoji məqsədləri çox vaxt aydın xarakter daşımır, yəni dəqiq olmur. Bu uşaqların ailə tərbiyəsi işinə böyük ziyan vurur. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, valideynlərin – ata-ananın böyük əksəriyyətinin öz qarşısına qoyduqları pedaqoji məqsədlər dəqiqliyi ilə seçilir.Şəxsiyyətin formalaşması ictimai münasibətlər sistemi ilə bilavasitə bağlıdır. Tərbiyədən geniş mənada danışanda məhz bu cəhəti – ictimai münasibətlər, o cümlədən, ailə münasibətləri siste­minin uşaq şəxsiyyətinə təsiri nəzərdə tutulur.Ailədə uşaqların sosial inkişaf şəraiti müxtəlif amillərlə şərt­lənir, onlardan ikisini ayrıca qeyd etmək gərəkdir. Birinci tip amil­lərə ailə münasibətləri – ata ilə ana, valideynlərlə uşaqlar, bacı ilə qardaş, və s. arasındakı münasibətlər daxildir. Ailənin maddi və­ziy­yəti, mənzil şəraiti, quruluşu ikinci tip amillər sırasına daxil edilir. İkinci tip amillər uşaqların tərbiyəsinə bu və ya digər dərəcə­də təsir göstərir. Lakin psixoloji tədqiqatlardan görünür ki, onları gənc nəslin tərbiyəsində həlledici hesab etmək olmaz.Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diq­qət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prose­sində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları ailə münasibətlərinin tərbiyəvi səmərəliliyini əvəz etmir və edə də bilməz.Ailə münasibətləri, hər şeydən əvvəl, uşaqların emosiya və hisslərinə təsir göstərir. Yaş artdıqca uşaqlar həmin münasibətləri mə­nimsəyir, nəticədə bu zəmində də oğlan və qızların xarakter əla- mətləri formalaşır.Valideynlər uşaqlardan söhbət düşəndə bir səslə deyirlər: "Əzi­zim əzizdir, tərbiyəsi ondan da əzizdir”. Atalar sözünün hik­məti aydındır. Uşaqların tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.
Əhalinin təhsil – mədəni səviyyəsinin köklü surətdə yüksəl­məsi valideynlərin pedaqoji mədəniyyətinə də mühüm təsir gös­tər­miş­dir. İxtisasından asılı olmayaraq onların böyük əksəriyyəti ailə tərbiyəsi problemləri üzrə qəzet və jurnallarda ardıcıl surətdə dərc olunan məqalələri maraqla oxuyur, televiziya və radio verilişlərində ölkəmizin, o cümlədən, respublikamızın tanınmış psixoloq, pedaqoq və həkimlərin söhbətlərinə diqqətlə qulaq asırlar.Son zamanlar ailə tərbiyəsi problemlərinə dair kitab və kitab­ça­lara da maraq artmışdır. Lakin bir çox ailələrdə, xüsusilə, gənc ailə­lərdə uşaqların tərbiyəsi sahəsində ciddi nöqsanlara rast gəlirik. On­lar, əlbəttə, təsadüfi xarakter daşıyır və müəyyən səbəblərlə bağlıdır.Son illər valideynlərin pedaqoji mədəniyyəti məsələlərini öy­rən­mək məqsədilə müxtəlif tədqiqatlar aparılmışdır. Alimlər müəy­yən etmişlər ki, ata-anaların bir çoxunun ailə tərbiyəsi haqqındakı bilikləri çox ümumi, hətta bəzən səthi xarakter daşıyır.Belə valideynlər ailə tərbiyəsinin ən sadə məsələlərini həll et­məkdə çətinlik çəkir, buna görə də uşaqla "ağlı necə kəsirsə, elə də rəftar edir”. Bu zaman onlar "tərbiyə üsullarının” nəticələrini gör­mür, özlərinin atalıq və analıq borcunu pedaqoji baxımdan düzgün qiymətləndirə bilmirlər. Onlara ailə pedaqogikasını kim öyrədir? Demək olar ki, heç kim. Ailə tərbiyəsi məsələlərini biz özümüz başqalarına–uşaq vaxtı ata və anamıza, sonralar isə qonum–qonşuya baxa-baxa çox vaxt onların səhvlərini təkrar edə-edə öyrənirik.Ailə münasibətlərinin gənc nəslin tərbiyəsindəki rolunun nəzərə alınmaması ailə tərbiyəsində yol verilən nöqsanlar içərisində xüsusi yer tutur. Bir sıra ailələrdə uşağa verilən mənəvi tələblərlə valideynlərin öz əməlləri uyğun gəlmir. Evin məişət qayğılarında ata-ananın eyni dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz-söhbət və münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin formalaşmasına mənfi təsir göstərir. Bəzən ata uşağa bir tərzdə, ana başqa cür, nənə isə tamamilə fərqli şəkildə təsir edir. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması uşaqların münasi­bətlər sisteminin və qiymət meyarlarının formalaşması pro­sesini çətinləşdirir.Ailənin tərbiyə vəzifələri və imkanları haqqında da yanlış tə­səv­vürlərə də az təsadüf olunmur. Bir çox ailələrdə əmək tərbi­yə­sinin əhəmiyyətsiz yer tutması, oyunlardan və birgə inkişafetdirici məş­ğələlərin digər formalarından az istifadə edilməsi bununla bağlıdır.
Gənc nəslin yaş, fərdi və cins xüsusiyyətlərinin, tələbat və imkanlarının hesaba alınması sahəsində də ciddi nöqsanlar vardır. Məsələn, psixoloqlar müəyyənləşdirmişlər ki, 5-6 yaşında uşaqlar dil öyrənməyə çox həssas olurlar, onlar ana dili ilə yanaşı, rus dilini, hətta üçüncü bir dili, tutaq ki, ingilis dilini öyrənə bilərlər. Lakin təəssüflə bildirməliyik ki, ailələr çox zaman bu imkandan səmərəli istifadə etmirlər.Valideynlər uşaqların təbii imkan və qabiliyyətlərinin vaxtın­da üzə çıxarılması sahəsində də ciddi nöqsanlara yol verirlər. Onlar çox zaman uşağı heç bir əsas olmadan incəsənət sahələrinə təhrik edir, texnika sahəsinə isə maraq yaratmırlar.
Bəzi ailələrdə özünü göstərən əşya xəstəliyi uşaqların mənəvi tərbiyəsinə xüsusilə mənfi təsir edir. Bəzi ata–analar, hətta uşaqlar üçün "peşə seçəndə” belə onun "maddi cəhətdən sərfəli” olmasına diq­qət yetirirlər. Valideynlərin özlərinin maraqlarının məhdud ol­ma­sı uşaqların dünya, ailə, insan haqqında təsəvvürlərində əks olu­nur. Ailə tərbiyəsinə quru nəsihətçilik halları da az ziyan vurmur. Uşaqlarda ünsiyyətin az və yeksənək olması da diqqəti cəlb edir. Bir çox hallarda isə valideynlərin uşaqlarla ünsiyyəti sadəcə olaraq adi güzəran söhbətinə çevrilir, səthi və məhdud xarakter daşıyır.
Ailədə asudə vaxtın planlaşdırılması gün rejiminin düzgün təşkilindən çox asılıdır. Bu bəzi hallarda valideynin iradəsindən də asılı olmur. Həmin işdə məktəb, ictimai təşkilatlar ailəyə kömək et­mə­yə borcludurlar.
Müşahidələr göstərir ki, uşaqlar daha çox sərbəst olduqları-məktəbdən və ailədən kənar gəzib dolandıqları vaxt pozulurlar. Ya­şa­dığı məhəllənin, küçənin, yerləşdiyi ərazinin yaxınlığı, dostluq, yoldaşlıq etdiyi uşaqların əxlaqı həddi-buluğa çatmamışlara güclü təsir edir. Məhəllə uşaqları arasında nüfuzluları daha yüksək olur. Digər uşaqlar onun ətrafında toplaşır, onlarla məsləhətləşirlər. Hə­min yeniyetmənin şəxsiyyətini müəyyənləşdirmək, sonra əməli təd­bir görmək valideyn üçün zəruridir.
Ailədə yeniyetmələrin hədsiz dərəcədə əzizlənməsi, onların hər cür tələblərinə güzəştə gedilməsi, bəzi hərəkət və dav­ra­nış­larında onlara sərbəstik verilməsi çox vaxt pis nəticələnir. Belə ki, yeniyetmə məktəbdən yayınır, siqarət çəkməyə, içki içməyə, yaşlı­lara məxsus oyunlara oynamağa, evə gec gəlməyə başlayır.
Ailə tərbiyəsinin çox mühüm bir xüsusiyyəti vardır: valideyn­lərlə uşaqlar arasında münasibətlər şəxsi–emosional xarakter daşı­yır. Ana uşaqla "şirin” dillə ilə danışır. Ata məhəbbəti də şirindir, öv­ladların qəlbini riqqətə gətirir. Ailə tərbiyəsinin üstünlüyü və zərifliyi də məhz bundadır.
Fiziki və psixoloji cəhətdən yaxşı inkişaf etmək üçün uşağa (ye­ni­yetmə və gəncə) hər şeydən əvvəl, valideyn məhəbbəti gə­rək­dir. O şərtlə ki, ata-ananın məhəbbəti uşağı inkişaf etdirməlidir. Onun nəinki bu günkü, həm də sabahkı xoşbəxtliyinin rəhni olma­lıdır.
Müasir ailələrdə uşaqların əzizlənməsi müxtəlif formalarda özünü göstərir: onlar uşağı əmək qayğılarından azad edirlər, hamı onun canına and içir, adi sözünə belə əməl edir, gənci salmırlar, adi çətinlikləri belə onun üçün ata və ya ana aradan qaldırır... Vali- deynlər o zaman xəbər tuturlar ki, gəncin iddiası günü-gündən artır. O, ailənin işləri ilə maraqlanmır, yalnız özü haqda fikirləşir.
Tutduğu xoşagəlməz hərəkətlərə görə evdə heç bir cəza al­ma­yan, hətta valideynlərdən biri tərəfindən müdafiə edilən övladlar da vardır. Onlarda belə bir fikir yaranır: ”Madam ki, ona hər şeyə icazə verilir, mane olan, xətrinə dəyən yoxdur, o, nə istəsə edə, hətta qanunu da poza bilər”.
Belə halda yeniyetməyə bəslənən qayğının həddi gözlənil- məlidir. Çox zaman uşaq həddindən artıq əzizləndiyi zaman "çətin” olur. Uşağı tez-tez, özü də yersiz tərifləmək, onun pis əməllərini alqışlamaq pedaqoji baxımdan düzgün deyil. Təəccüblü odur ki, bəzi valideynlər bu mətləbi başa düşsələr də, yenə də uşağı həd- dindən artıq qayğı ilə böyüdürlər, çünki bu çox asan yoldur. Uşağı əzizləməyə asandır, lakin onunla hər hansı bir əsəri müzakirə etmək, ona dil öyrətmək və s. isə çox çətindir.
Çünki bu valideyndən təkcə vaxt deyil, həm də bilik, baca- rıq, pedaqoji səriştə tələb edir. Biz hər hansı bir qayğıdan uşağı azad etməklə onu həyata hazırlamırıq, bahalı şey almaqla onun başını qatırıq, əslində isə onu öz ümidinə buraxırıq, yəni tərbiyəsi qayğı- sına qalmırıq.
Bir çox ailələrdə isə uşaqlara qarşı həddindən ziyadə tələb- karlıq göstərilir. Cəzanın ədalətli olmasına fikir verilmir. Bir çox hallarda cəza müstəsna dərəcədə sərt xarakter daşıyır. Uşağı qorxu- durlar, onda inamsızlıq hissi yaradırlar. Bəzi ailələrdə isə uşaq nadinclik etdikdə, sözə baxmadıqda, dərslərini öyrənmədikdə, xoşa- gəlməz iş tutduqda valideyn yerli-yersiz onu döyür, fiziki cəhətdən ona ziyanlıq yetirir. Bu isə uşağın düzgün tərbiyəsinə son dərəcə mənfi təsir göstərir, eyni zamanda, valideynlər uşağın gözündə nüfuzdan düşür.
Fiziki cəzanı tətbiq edən valideyn uşağa təkcə fiziki deyil, həm də psixi zədə yetirir. Psixoloji tədqiqatlar göstərir ki, artıq yeniyetməlik dövründə uşaqların mənlik şüuru inkişaf edir, onlar özlərini bir şəxsiyyət kimi yüksək qiymətləndirir, öz ləyaqət və şərəflərini bütün aydınlığı ilə başa düşürlər. Buna görə də uşaqları qətiyyən döymək olmaz.
Uşağı döymək, onu təhqir etmək, ləyaqətini alçaltmaq onun şəxsiyyətini tapdalamaq deməkdir. Lakin bu o demək deyil ki, uşağı cəzalandırmaq olmaz. Cəzanın müxtəlif növləri vardır. Onların bir çoxundan ailə tərbiyəsində bu və ya digər dərəcədə istifadə olunur. Lakin cəza məqsəd deyil, vasitə olmalıdır. Həm də uşağı mütəmadi olaraq danlamaq, utandırmaq və ya hədələmək qadağandır.
Ailədə tez-tez bədən cəzasına məruz qalan uşaq özgələşir, kobud və qəzəbli olur. Fiziki cəza uşağın qəlbində zərifliyi və həs­saslığı məhv edir. Düzgün tərbiyə xoş rəftar və tələbkarlıqla yanaşı gedir. Tələbkarlıq uşağın şəxsiyyətinə və ləyaqətinə təzyiq kimi deyil, ona etibar və hörmət zəminində olmalıdır.Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev
Valideynlər ilk gündən öz uşaqlarında düzgün adət və vər- dişlər formalaşdıra biliblərsə, uşaqlar bircə sərt baxışdan səhvlərini anlayacaq, yaxşı işi ilə "günahlarını” yumağa çalışacaqlar. Tutduğu əməllərə görə uşaqlarla elə söhbətlər aparılmalı, onlara elə təsir göstərilməlidir ki, o həmin pis hərəkətin onun üzvü olduğu, kollek- tivə, valideynlərə, ailənin şərəfinə, nüfuzuna, ümumiyyətlə, cəmiy- yətə nə kimi zərər vurduğunu şüurlu surətdə dərk etsin, öz hərəkət və davranışına düşüncəli nəzarət etsin, yaşlıların xeyirxah məslə- hətlərinə qulaq assın. Bunun üçün isə valideynlər, ilk növbədə, tərbiyənin məqsədini aydın təsəvvür etməlidirlər.
A.S.Makarenko göstərirdi ki, bəzi ailələrdə bu məsələyə daim etinasızlıqla yanaşırlar: valideynlər və uşaqlar sadəcə bir yerdə yaşayırlar, onlar ümid edirlər ki, hər şey öz-özünə qaydaya düşə­cək­dir. Belə valideynlərin nə aydın məqsədi, nə də müəyyən proqramı olur. Əlbəttə, belə hallarda tərbiyənin nəticəsi də həmişə təsadüfi olur və çox vaxt valideynlər sonra təəccüb edirlər ki, nə üçün onların maraqları korlanmışdır.
Tərbiyənin məqsədi müxtəlif formalarda – ideya-siyasi, əmək, əqli, mənəvi, estetik, ekoloji, hüquq və fiziki tərbiyə kimi həyata keçirilir. Bu sahədə ailənin öz imkanları, uşaq bağçalarının və məktəbin özünəməxsus xüsusiyyətləri vardır. Lakin buna baxma- yaraq onlar vəhdət təşkil etməlidir.
Əmək, mənəvi və əqli tərbiyənin ayrı-ayrılıqda özünəməx­sus məz­munu, vəzifələri və üsulları vardır. Ailədə ata və ana onları yax­şı bilməlidir. Lakin nəzərə alınmalıdır ki, şəxsiyyət hissə-hissə tər­biyə olunmur. Onun formalaşması sistemli xarakter daşıyır. Tər­bi­­yə­nin yuxarıda göstərdiyimiz tərkib hissələri hamısı bir məqsədə-şəx­siyyətin formalaşdırılması məqsədinə xidmət edir. Buna görə də ailə tərbiyəsində onların qarşılıqlı əlaqəsinə ciddi diqqət yetiril­mə­li­dir.
Uşaqlarda ictimai mülkiyyətə, ətraf aləmə, təbiətə, insanlara qarşı münasibətdə özünü büruzə verən mənfi, sərt münasibətlər vaxtında valideyni ciddi düşündürməlidir. Evdəki mebellərə qayğı göstərən uşaq avtobusdakı oturacaqları kəsir, məktəbdə pəncərə şüşəsini sındırır, ictimai yerdə tum çırtlayıb yeri zibilləyir və s.
Ana onun uşağının hərəkətlərinə irad tutan vətəndaşların, icti­maiy­yətin "acığına” oğluna tapşırır ki, onların dediklərinə qulaq as­ma­sın. Yaşlı adamın ayaq üstündə durduğu halda, uşağın avto- bus­da və qatarda əyləşməsi, özünü görməzliyə vurması bizi narahat edir. Lakin valideyn özü buna şərait yaratdıqda vəziyyət daha dö­zül­­məz olur. Burada valideyn, ilk növbədə, pedaqoji cəhətdən düz­gün hərəkət etmir. İkincisi, o, öz övladına etinasızlıq, saymazlıq və la­qeydlik kimi mənfi keyfiyyətlər aşılayır. İnsan anadan olduğu gün­­dən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşa­yır.
Bunun üçün valideynlər uşağı ilk gündən elə tərbiyə etmə- lidir ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv, ümu­miyyətlə, xalq üçün ağır yükə çevrilməsin. Böyüməkdə olan nəslin tələbat – motivasiya sahəsinin, əxlaqi şüurun formalaşmasına xüsusi diqqət yetirilməlidir. Uşaqda özü haqqında aydın təsəvvür yaradıl­ma­lıdır. Belə ki, o, özünün müsbət və mənfi keyfiyyətlərini düzgün qiymətləndirməyi öyrənməli və vaxtında özünütərbiyə ilə məşğul olmalıdır.




Загрузка...