Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasında) qəbul üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 108 599 nəfər təşkil edib.
Aztəhsil.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, ali təhsil müəssisələrinə (Ali TM) ümumilikdə 108 599 nəfər qeydiyyatdan keçib. Onlardan 99 740 nəfəri Azərbaycan bölməsi, 11 159 nəfəri isə rus bölməsi üzrə müraciət edib.
Kolleclərə (11 illik baza) isə 100 360 nəfər sənəd verib. Bu kateqoriya üzrə 91 532 nəfər Azərbaycan bölməsi, 8 828 nəfər isə rus bölməsi üzrə qeydiyyatdan keçib.