MƏKTƏB DIREKTORUNUN INFORMASIYA MƏNBƏLƏRI Hər hansı sosial sistemi keyfiyyətli informasiyalarla təmin etmək üçün birinci növbədə həmin sistemdə informasiya mənbələrini dəqiqləşdirmək lazımdır. Axı bir sosial sistemin informasiyaları digərindən təkcə məzmununa görə deyil, həm də mənbələrinə görə fərqlənir. Məsələn, cəmiyyətin sosial-siyasi və ideya-mənəvi həyatına aid informasiyalar texniki və iqtisadi informasiyalardan həm məzmununa, həm verilmə tərzinə, həm də mənbələrinə görə fərqlənir. Birincilər daha çox subyektiv amillərə, kütlələrin şəxsi mülahizə və fikirlərinə, təsəvvür və emosional vəziyyətlərinə, hərəkət motivlərinə istinad edirsə, ikincilərdə üstünlük obyektiv amillərə verilir. Bu baxımdan bir sosial obyekt olmaq etibarı ilə məktəbin idarə edilməsində istifadə olunan informasiyaları tədqiq etmək,onların ilk mənbələrini müəyyənləşdirmək və onlardan istifadə yollarını araşdırmaq maraqlıdır.
Xalq təhsili sahəsindəki dövlət siyasətinin həyata keçirildiyi bir şəraitdə məktəbin idarə edilməsini zamanın irəli sürdüyü tələblər baxımından təkmilləşdirmək böyük aktuallıq kəsb edir.
Məlumdur ki, məktəbin idarə edilməsində iştirak edənlər çoxdur. Sinif rəhbərin dəntutmuş direktoradək, uşaq təşkilatlarından tutmuş
məktəbin ictimai təşkilatlarınadək, sinif valideyn üçlüyündən tutmuş valideyn komitəsinədək olan pillələrdə idarəetmə məsələləri ilə məşğul olan şəxslər fəaliyyət göstərir. Əlbəttə, bunların hər biri öz idarəetmə fəaliyyətini müxtəlif informasiyalar zəminində qurur ki, həmin informasiyalar subyektin tutduğu vəzifə və mövqedən asılı olaraq müxtəlif mənbələrdən daxil olur. Bu baxımdan məktəbin idarə edilməsində başlıca aparıcı sima olan direktorun informasiya mənbələrini nəzərdən keçirməsi maraqlıdır. Bu və ya digər idarəetmə tapşırığının icrası üçün məktəb direktorunun istinad edə biləcəyi informasiyaları aşağıdakı kimi qruplaşdırmaq olar:
Direktiv informasiyalar. Təhsil sisteminin, məktəbin təkmilləşdirilməsi və inkişaf etdirilməsinin əsas istiqamətlərini, qarşıdakı məqsəd və vəzifələri müəyyən edən dövlət sənədləri, rəhbər maarif orqanlarının rəsmi göstərişləri buraya daxildir. Ölkə prezidentinin fərmanları, Respublika Nazirlər Kabinetinin qərarları, məktəbin əsasnamə və nizamnaməsi, müxtəlif təlimatlar, nazirliklərin, əmr və sərəncamları direktiv informasiya mənbələri olub, bir qayda olaraq, öz əksini mətbuat səhifələrində, kitab və kitabçalarda, radio, televiziya verilişlərində, bir sıra normativ aktlarda tapır. Belə informasiyalar məktəbin idarə edilməsində iĢtirak edənlərin hamısı üçün vacibdir. Bunların toplanması və istifadə edilməsi səviyyəsi rəhbərin yaradıcılıq fəallığından asılı olur. Məktəbin direktoru nə qədər səriĢtəli olarsa, bir o qədər çox informasiyaya malik olar. Hər hansı idarəetmə məsələsinin həllində isə direktiv informasiya çoxluğu işin keyfiyyətinə mənfi təsir etmir. Ona görə də məktəb direktoru direktiv informasiya mənbələrini daim izləməli, onların uçotunu aparmalı, özündən aşağı pilləli
idarəetmə kadrlarının bu informasiyalara yiyələnməsinə nail olmalıdır. Direktiv informasiyaların elə növü də vardır ki, onlar məktəbin idarə edilməsi üçün rəhbər, istiqamətverici sənədlər hesab olunur, lakin mətbuat səhifələrində əks etdirilmir. Bunlar xidməti istifadə üçün yerlərə gönədirlən rəsmi sənədlərdir. Buraya təhsil şöbələri vasitəsi ilə daxil olan, eləcə də yerli rəhbər təşkilatlar tərəfindən göndərilən
informasiyalar daxildir. Nazirliyin bəzi əmr və sərəncamları, kollegiya qərarları, təhsil şöbəsinin əmr və sərəncamları, maarifyanı şuranın, yerli icra hakimiyyətlərinin, həmkarlar ittifaqı komitələrinin, müəssisə, idarə və digər ictimai təşkilatların RTŞ-larla razılaşdırılaraq göndərdikləri təlimati məktublar, bölgülər və sair məlumatlar direktiv informasiyalar hesab olunub, məktəblərə yazılı şəkildə çatdırılır. Təcrübə göstərir ki, bu qəbildən olan informasiyaların çoxluğu bəzən işə mane olur. Son illərdə belə bir təcrübə geniş yayılmışdır ki, müxtəlif təşkilatlar təhsil şöbələri ilə razılaşmadan rəsmi məktubla məktəblərə müraciət edir, məktəbi bu vəya digər tədbirlərə cəlb etməyə çalışır və bu məqsədlə müəyyən bölgülər, normativlər hazırlanaraq məktəblərə göndərilir. Çox vaxt da görülən işlər barədə məktəblərdən müxtəlif hesabatlar tələb edilir. Hətta bəzən məktəbin perspektiv və cari iş planlarında öz əksini tapmış belə tədbirlərin yerinə yetirilməsi vəziyyətini öyrənmək üçün müxtəlif komissiyalar təhsil Ģöbələrinin xəbəri olmadan yoxlamalar aparılır, arayış və təqdimatlar hazırlayır ki, bunlar məzmunca direktiv göstəriş xarakteri daşıyır. Əlbəttə, bu cür informasiyalar əslində gərəksiz olub, məktəb direktorunun vaxtını almaqdan baĢqa heç nəyə xidmət etmir. Məktəb direktoru dövlət statistikası tərəfindən müəyyən olunmuş formalar, nazirliyin müəyyənləşdirdiyi yazılı məlumat və hesabatlardan baĢqa, heç bir təşkilat qarşısında hesabat verməyə borclu olmadığını yadda
saxlamalı, lüzumsuz informasiya çoxluğunun yaranmasına qarşı mübarizə aparmalıdır. Elmi-pedaqoji informasiyalar: elmi-texniki nailiyyətlər, pedaqoji aləmdəki yeniliklər, ayrı-ayrı fənlərin tədrisi metodikası sahəsindəki tədqiqatların nəticələri, təlim-tərbiyə prosesini əhatə edən qabaqcıl təcrübə və xalq maarifinin inkişafı ilə bağlı nəzəri və praktik konfransların materialları bu qrupa daxildir. Belə informasiyalar əsasən iki mənbədən toplanır:
1. Müvafiq mətbuat səhifələrindən, yeni nəĢr olunmuĢ kitab və kitabçalardan;
2. Elmi-praktik, elmi-nəzəri konfranslar, tematik seminarlar, pedaqoji oxular və sairədən.
Bu kateqoriyalardan olan informasiyaların zənginliyi idarəetmə qərarlarının samballılığına müsbət təsir edir. Ona görə də məktəb direktoru elmi-pedaqoji informasiya mənbələrindən daha geniĢ Ģəkildə istifadə etməyə çalıĢmalıdır. Aşağıdan daxil olan informasiyalar daha əhatəli olub, daxil olma mənbələrinə görə rəngarəngdir. Belə ki, 82 məktəb direktoruna tabe olan bütün kateqoriyalardan olan işçilər ona bu və ya digər məsələyə dair məlumat verə bilər. Həmin məlumatlar həm yazılı, həm də şifahi olur. Belə informasiyaları müxtəlif qruplara
ayırmaq mümkündür:
1. Hesabat xarakterli məcburi informasiyalar. Bunların miqdarı hər bir məktəbin özünün müəyyənləĢdirdiyi daxili qaydalara müvafiq olaraq müxtəlif ola bilər. ġagirdlərin təlim müvəffəqiyyəti haqqında sinif rəhbərlərinin yarımillik və illik yazılı statistik hesabatları bütün məktəblərdə tətbiq etdiyi halda, məktəb üzrə növbətçi siniflərin həftəlik yazılı hesabat verməsi heç də hər məktəbdə qəbul olunmayıb. Bu
baxımdan məktəblərdə il ərzində məktəb direktorlarına veriləcək daxili yazılı hesabatların miqdarı dəqiqləşdirilir. Lakin bu sahədə səhvlərə də yol verilir. Bəzi məktəb rəhbərləri yazılı hesabatlara aludəçiliyə yol verir. Hər həftə, hər gün müxtəlif səviyyəli yazılı hesabatlar toplayır, lakin onlardan kifayət qədər səmərəli istifadə edə bilmir. Həmin məlumatlar kağız tullantısı olmaqdan başqa heç nəyə xidmət etmir.
2. Ehtiyaca görə mövsümü yazılı informasiyalar. Məktəb direktoru hazırladığı qərar layihəsi haqqında zəruri məlumatlara ehtiyac hiss etdikdə tabeliyində olan müxtəlif kateqoriya işçilərdən – sinif rəhbəri, dərnəkrəhbəri, fənn birləĢməsinin sədri, kitabxana müdiri, kabinet müdiri və s. yazılı hesabatlar tələb edə bilər.
3. Şifahi informasiyalar. Məktəb direktoru bu və ya digər məsələlərə dair məlumat toplamaq üçün müvafiq işçiləri dəvət edib onlarla müsahibə aparır və lazımi faktlar toplayır. ġifahi məlumatlar telefon vasitəsi ilə də verilir. Direktor əvvəlcədən müvafiq işçilərə elan edir ki, müəyyən edilmiş gündə və vaxtda maraqlandığı məsələ ilə əlaqədar faktları dəqiqləĢdirib telefonla məlumat versinlər. Belə məlumatlar operativ informasiyalar olub, məktəb direktorunun fəaliyyətinə müsbət təsir göstərir.
4. Nəzarət materialları. Məktəb direktorunun idarəetmə fəaliyyətində ən mühüm informasiya mənbələrindən biri məktəbdə aparılmış yoxlamaların nəticələrinə dair materiallardır. Buraya həm məktəbdaxili nəzarətin, həm inspektor nəzarətinin yekunlarına dair arayıĢlar, məlumatlar, yoxlama aktları və həm də məktəb direktorunun şəxsi qeydləri daxildir. Bu informasiya mənbələri hər hansı idarəetmə məsələsinin həllinin əsasını təşkil edir. Yeri gəldikcə məktəb direktoru həmin mənbələrdəki faktların daha da dəqiqləĢdirilməsini təşkil
etmək məqsədi ilə operativ nəzarət tədbiri həyata keçirməli olur.
5. Müzakirə materialları. Bu informasiya mənbələrinə istər məktəbin kollegial orqanlarında (pedaqoji şura, direktoryanı müşavirə, kollec şurası, direktorluq, istehsalat müşavirəsi, metodbirləşmə iclasları, metodşuralar və s. ), istərsə də yuxarı təşkilatların kollegial idarəetmə orqanlarında (maarifyanı şura, məktəblərarası metodbirləĢmələr, metodmərkəzlərdəki müxtəlif şuralar, nazirliyin kollegiya iclasları və s. )
müzakirə edilmiş məsələlər üzrə sənədlər (protokollar, arayışlar, protokoldan çıxarışlar) daxildir. Belə informasiyaların birinci qrupu (yəni məktəb daxili kollegial idarəetmə orqanlarının materialları) çoxluq təşkil edir. Belə ki, il boyu məktəbin kollegial idarəetmə orqanları çoxsahəli məktəb işinin ayrı-ayrı problemlərinə dair məsələlər müzakirə edib müvafiq qərarlar qəbul edir. Müəyyən vaxtdan sonra ya həmin qərarların yerinə yetirilməsi vəziyyəti ilə bağlı və ya da təlim-tərbiyə işinin hər hansı digər problemi ilə əlaqədar idarəetmə qərarı
hazırlandıqda əvvəlki informasiyalardan (müzakirə materiallarından) yan keçmək olmaz. İkinci qrup informasiyalar heç də bütün məktəblər üçün nəzərdə tutulmur. Yuxarı kollegial idarəetmə orqanları hər hansı məktəbin fəaliyyəti haqqında məsələ müzakirə edibsə, yalnız həmin məktəbin belə informasiyalardan istifadə etməsi zəruridir. Məsələn, tutaq ki, maarifyanı ġura bir məktəbdə aparılmış frontal və ya tematik yoxlama nəticələrini, yaxud rayonun məktəblərində əmək təlimi və peşəyönümü üzrə işlərin vəziyyətini müzakirə edib müəyyən qərar
qəbul etmişdir. Müəyyən müddətdən sonra, fəaliyyəti müzakirə edilmiş məktəb hər hansı problemlə əlaqədar olursa-olsun idarəetmə qərarı hazırlayanda həmin informasiya mənbəyinə hökmən istinad etməlidir. Yaxud rayonun məktəblərində əmək təlimi və peşəyönümü üzrə işlərin vəziyyətini müzakirə etmiş RTŞ-nın tabeliyindəki məktəblərdən hər biri bu problemlə bağlı məsələ hazırladıqda şuranın müvafiq materiallarından istifadə etməyə borcludur.
Son illərin təcrübəsi göstərir ki, bu qəbildən olan informasiyalar da artmağa başlamışdır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Söz yox ki, məktəb sisteminin dəyişməsinə yönəldilən tədbirlər, xalq təhsili haqqında yeni qanunun həyata keçirilməsi, gənc nəslin müasir elmi-texniki tərəqqinin səviyyəsinə uyğun təlim-tərbiyəsi, onların peşəyönümü və həyata hazırlanması sahəsində qarşıya qoyulan çoxsahəli vəzifələr təhsil sistemində, o cümlədən məktəbdə mövcud olan kollegial idarəetmə orqanlarının fəaliyyət dairəsinin
genişlənməsinə səbəb olmuş, ona görə də müzakirə materiallarından ibarət informasiyalar təbii olaraq artmışdır. Bu, əlbəttə, informasiya çoxluğunun obyektiv səbəbləridir. Lakin bundan əlavə, subyektiv amillər də yox deyildir. Bəzən yuxarı təşkilatların, kollegial idarəetmə orqanlarının müzakirə etdiyi bütün məsələlər barədə iclas protokollarından çıxarıĢlar, aidiyyatından asılı olmayaraq, bütün məktəblərə göndərilir və həmin sənədlərin müzakirəsi tələb olunur. Bununla da rəhbər idarəetmə orqanlarının (deyək ki, nazirlik və ya xalq təhsili
şöbələrinin) ayrı-ayrı Ģöbə və bölmələri öz üzərinə düşən vəzifəni yerinə yetirmiĢ hesab edirlər.....