Xəbərlər
25 aprel 2017
3 671
Bakıda uşaq bağçasında rəzalət- FOTO/VİDEO
Bağçada müəllimə dörd yaşlı şagirdini döyüb, boynuna şıram atıb.
Aztehsil.com xəbər verir ki, bu barədə moderator.az-a şikayət daxil olub. Şikayət edən azyaşlı uşağın valideyni Xəyal Bağırov dörd yaşlı oğlu Davudun bağça müəlliməsi Sevinc Əsgərova tərəfindən döyülərək oğlunun boğazına şıram atıldığını bildirib. Axşam saat 18 radələrində uşağını 288 saylı bağçadan götürən azyaşlının anası uşağın boğazındakı şıramları görüb və bununla bağlı müəllimələrə şikayət edib. Məlum olub ki, uşağı Sevinc Əsgərova adlı bağça müəlliməsi bu hala salıb.
X. Bağırov bildirib ki, NZS qəsəbəsində yaşayır və dörd yaşlı oğlu Davud və qızı Fatimə 288 saylı uşaq bağçasına gedir. Sabah bununla bağlı bağçaya gedib rəhbərliyə şikayət edəcəyini bildirən X.Bağırov baş verən hadisəylə bağlı müvafiq qurumlara şikayət edəcəyini bildirib.
Valideynin bildirdiyinə görə həmin müəllimə əvvələr də Davudu döyüb. Sevinc müəllimənin kobud rəftarıyla bağlı artıq bir çox valideylər bağçanın direktoru Ulduz xanıma şikayət edib.
Sabah məsələylə bağlı bağça müəlliməsinin də məsələyə münasibətini öyrənəcəyik.