Xəbərlər
10 aprel 2017
2 737


SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

 

SABAH qrupları və "Carlsberg Azerbaijan” şirkəti  "Young Global Pioneers” (YGP)  beynəlxalq təhsil proqramında iştirak üçün namizəd seçiminə başlayır.
 
"YGP Talent Network” iyulun 23-dən avqustun 12-dək Tanzaniya və Zanzibarda təşkil ediləcək təlim turundan başlayacaq. Üç həftə ərzində planetin müxtəlif guşələrindən olan 20 həmyaşıd bir-birini daha yaxından tanımaq və dünya problemlərinin innovativ həll üsullarını hazırlamaq üçün birləşəcək. Tur iştirakçıları universitetləri və qabaqcıl müəssisələri ziyarət edəcək, yerli mədəniyyət və adətlərlə yaxından tanış olacaq, bölgədə mövcud problemlər və imkanlar haqqında məlumat toplayacaqlar. Həmçinin, SOS Uşaq kəndindən gənclərlə görüşəcək, safari-tura yola düşəcəklər.
 
Bu il müsabiqə "Carlsberg Fondu”nun bölməsi olan "Carlsberg Bequest”in dəstəyi ilə eyni anda Şərqi Avropa regionunun bir neçə ölkəsində -Rusiya, Belarus, Qazaxıstan və Azərbaycanda təşkil olunacaq. Beynəlxalq təhsil proqramı Azərbaycanda SABAH Qrupları ilə eksklüziv tərəfdaşlıq çərçivəsində keçiriləcək.
 
Səyahət başa çatdıqdan sonra "Global Reflection” vebinarları kimi "Young Global Pioneers” proqramının bütün iştirakçıları Qlobal İstedadlar Şəbəkəsinin bir hissəsi olacaqlar. Həmin şəbəkənin əsasında daha sonra təlim və mədəni əlaqələrin möhkəmləndirilməsi yer alacaq.
 
"YGP Talent Network” – 19-25 yaşarası gələcək liderlər üçün beynəlxalq təhsil proqramının missiyası dünyanın ən istedadlı gənclərini birləşdirmək, onların dünyagörüşünü genişləndirmək, mədəniyyətlərarası kommunikasiya səviyyəsini artırmaq və dünya problemlərinin innovativ həll yollarını birlikdə tapmaq üçün qlobal düşünməyi öyrətməkdir.
 
Qalib 19-25 yaşlı (2017-ci il üçün), ingilis dilini yazılı və şifahi surətdə əla biliyi, dünyanı yaxşılığa doğru dəyişdirmək arzusu, məqsədyönlülük və öyrənmək həvəsi, "YGP Talent Network” Qlobal istedadlar şəbəkəsi çərçivəsində kommunikasiya və təlimin davam etdirilməsində marağı olan gənclərdən seçiləcək.
 
Müsabiqədə iştirak etmək üçün sənədləri aprelin 20-dək [email protected] ünvanına göndərmək lazımdır.
 
Dörd ölkədən olan dörd finalçı aprelin 28-də müəyyən olunacaq. "Young Global Pioneers” isə onların arasından Tanzaniya və Zanzibara gedəcək qalibi seçəcək.
 
Layihə haqqında http://youglo.org elektron ünvanında ətraflı məlumat almaq mümkündür.
Məqalə Göndər








Загрузка...