AzTehsil.com


Xəbərlər
25 aprel 2017
4 623


4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR



4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

 

Bugün saytımızda moderator.az-a daxil olan 288 saylı uşaq bağçasında dörd yaşlı Davud Bağırovun müəlliməsi Sevinc Əsgərova tərəfindən döyülərək xəsarət alması ilə bağlı məlumatı verdik. 
 
Bu gün məsələylə bağlı azyaşlı uşağın atası Xəyal Bağırovla birlikdə adı çəkilən uşaq bağçasına yollanaraq hadisəyə münasibət öyrənilib. Valideyn bağçaya buraxılsa da, jurnalist bağça rəhbərliyi tərəfindən binaya buraxılmayıb. 
 
İçəri daxil olan valideyn kameralara baxıb və məlum olub ki, dörd yaşlı Davud doğrudan da müəlliməsi Sevinc Əsgərova tərəfindən döyülüb. Moderator.az-ın əməkdaşı məsələylə bağlı bağça rəhbərliyinin  açıqlama verməsini tələb etsə də, çox təəsüf ki, əməkdaşımız qapı dalında qalıb. Artıq məsələylə bağlı bağçada Bakı şəhər icra hakimiyyətinin əməkdaşları araşdırmaya başlayıb. Azyaşlının atası hal-hazırda bağçadadır. Atanın bildirdiyinə görə uşağı döyən müəllimənin də izahatı alınıb. Uşağın atasına bildirilib ki, mediaya açıqlama verməkdən daşınsın. Amma azyaşlının atası israrlıdı. Axıra kimi haqqını tələb edəcəyini bildirib. 
 
Mövzu diqqətimizdədi və məsələylə bağlı hər hansı bir dəyişiklik olarsa, məlumat verəcəyik. Qaldı ki, bağça rəhbərliyinə demək istədiyimiz odur ki, biz media nümayəndələri olaraq qarşı tərəfi dinləməmiz bizim vəzifə borcumuzdur. Əgər qarşı tərəf açıqlama verməkdən imtina edirsə, bununla onlar kobud şəkildə KİV haqqında qanunları pozur və buna görə biz heç bir məsuliyyət daşımırıq. 
 

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

 

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR




Загрузка...