AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Bölgə
01 oktyabr 2025
1 242

Qarabağda işləyən müəllimlərin maaşı artırılsın! - Deputat

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə “Böyük Qayıdış” prosesi mərhələli şəkildə və sürətlə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən bu irimiqyaslı layihə çərçivəsində minlərlə soydaşımız doğma yurd-yuvalarına qayıdır.

Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur yaradılır, yeni yaşayış məntəqələri salınır, sosial və iqtisadi canlanma təmin edilir. Bununla yanaşı, bölgələrdə yeni-yeni məktəblər tikilir, təhsil müəssisələri fəaliyyətə başlayır, müəllim və şagirdlərin bölgəyə köçü təşkil olunur.

Belə bir mərhələdə azad edilmiş ərazilərdə çalışan müəllimlərin maaşının artırılması məsələsi də gündəmə gəlir. Bu addım həm kadr potensialının möhkəmləndirilməsi, eləcə də bu bölgələrə müəllim axınının təşviqi baxımından zəruri sayılır.

AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova açıqlamasında bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur artıq dirçəliş yolundadır. Onun sözlərinə görə, azad edilmiş torpaqlarımızda məktəblər, uşaq bağçaları, yeni şəhər və kəndlər salınır.

“Hər bir tikinti, hər bir yeni qurğu dövlətin iradəsini və xalqın qətiyyətini göstərir. Amma bir sual var: bu torpaqlara həyat gətirəcək əsas güc nədir? Əlbəttə ki, müəllimdir. Çünki müəllim orada yalnız tədris demək deyil, həm də yeni həyatın, milli ruhun, azadlıq düşüncəsinin daşıyıcısıdır”.

Deputat vurğulayıb ki, azad edilmiş bölgələrdə müəllimlərin maaşının artırılması təkcə sosial jest deyil, həmçinin strateji qərar ola bilər:

“Yüksək maaş o deməkdir ki, təcrübəli pedaqoqlar, ixtisaslı gənc müəllimlər həmin bölgələrdə işləməyə daha çox maraq göstərəcəklər. Onlar bilirlər ki, Qarabağa getmək yalnız peşə borcu deyil, həm də dövlətin xüsusi dəyər verdiyi missiyadır. Belə olduqda həm müəllim çatışmazlığı aradan qalxar, həm də uşaqlar yüksək səviyyədə təhsil alar”.

Deputatın fikrincə, motivasiya hər şeydir. Onun fikrincə, motivasiya olmayan yerdə bilik də, inkişaf da yarımçıq qalır:

“Yüksək maaş müəllimlərə yalnız sosial təminat vermir, həm də onlara dərsə, məktəb mühitinə, şagirdə daha ciddi bağlılıq gətirir. Qarabağda qurulan yeni məktəblərdə motivasiyalı müəllimlər dərs deyərsə, o zaman təhsil prosesinin keyfiyyəti də yüksələr. Bu, gələcək nəsillərin savadlı, vətənpərvər və milli ruhda yetişməsini təmin edər”.

E.Akimova həmçinin nəzərə çatdırıb ki, müəllimin maaşının artırılması həm də peşənin nüfuzunu yüksəldir:

“Xüsusilə azad edilmiş bölgələrdə bu addım rəmzi xarakter daşıyacaq: dövlət öz müəlliminə sahib çıxır, onun fədakar əməyini dəyərləndirir. Bu, həm gənc mütəxəssisləri müəllimliyə maraq göstərməyə sövq edər, həm də həmin torpaqlarda işləməyi qürur mənbəyinə çevirər. Müəllim yalnız dərs deməyəcək, həm də dirçəlişin canlı simvoluna çevriləcək”.

Müsahibimiz onu da əlavə edib ki, bu gün Qarabağda yollar, evlər, məktəblər tikilir. Amma ən vacib tikinti insan ruhunun tikintisidir:

“Onu da yalnız müəllim həyata keçirə bilər. Bu səbəbdən azad edilmiş bölgələrdə müəllimlərin maaşının artırılması sadəcə iqtisadi tədbir deyil, həm də gələcəyimizə qoyulan sərmayədir. Çünki daha yaxşı təminat – daha güclü müəllim deməkdir, güclü müəllim isə güclü gələcək deməkdir”,- deyə E.Akimova bildirib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli isə qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyatın bərpası təkcə infrastrukturun qurulması ilə məhdudlaşmır. Onun sözlərinə görə, əsas hədəf sosial-iqtisadi dirçəlişin təmin olunması, bölgələrin cəlbedici yaşayış məkanına çevrilməsidir. Bu prosesdə təhsil sektoru aparıcı rola malikdir.

“Çünki təhsil yalnız insan kapitalını formalaşdırmır, həm də dövlətin uzunmüddətli inkişafını şərtləndirir. Bu baxımdan, müəllimlərin maaşının artırılması məsələsi mühüm əhəmiyyət daşıyır.

İşğaldan azad olunmuş bölgələrdə yaşamaq və işləmək hələlik müəyyən çətinliklərlə müşayiət olunur. Bura infrastrukturun mərhələli bərpası, sosial xidmətlərin hələ tam inkişaf etməməsi, əlavə xərclər və məişətlə bağlı müəyyən problemlər də daxildir. Belə şəraitdə təcrübəli və ixtisaslı pedaqoqları bölgəyə cəlb etmək üçün əlavə stimullara ehtiyac var. Maaşın artırılması bölgəyə kadr axınını gücləndirə bilər, təcrübəli müəllimlərin bölgədə uzunmüddətli işləməsi isə təhsil sistemində sabitlik yaradacaq. Bu da öz növbəsində kadr dövriyyəsini azaldacaq və tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək”.

O həmçinin nəzərə çatdırıb ki, müəllimlərin motivasiyası ilə təhsilin keyfiyyəti arasında birbaşa əlaqə mövcuddur:

“Yüksək əməkhaqqı müəllimlərin qayğılarını azalda, məsuliyyətlərini, yaradıcılıq potensiallarını isə artıra bilər, beləliklə, maaş artımı təkcə iqtisadi deyil, həm də pedaqoji nəticələr doğuracaq.

Müəllim peşəsinin nüfuzu uzun illərdir ki, dövlət siyasətində prioritet istiqamətlərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə çalışan müəllimlərin maaşının artırılması bu peşənin sosial statusunu daha da möhkəmləndirə bilər”.

Elçin Mirzəbəyli onu da diqqətə çatdırıb ki, bu istiqamətdə diferensial maaş sisteminin tətbiqi, yəni işğaldan azad olunmuş bölgələrdə çalışan müəllimlərin əməkhaqqına əlavələrin edilməsi məqsədəuyğun olar:

“Bununla yanaşı, mənzil, nəqliyyat, tibbi xidmətlər və kommunal güzəştlərin də daxil olduğu sosial paketlərinn tətbiqi də mühüm əhəmiyyət daşıyır. Bu sırada pedaqoqların peşəkar inkişafına dəstək göstərilməsi, onların müasir təhsil texnologiyaları ilə təminatı və beynəlxalq təcrübə proqramlarına çıxışı da vacibdir”.

Deputat qeyd edib ki, azad edilmiş torpaqlarda müəllimlərin maaşının artırılması sadəcə iqtisadi tədbir deyil, strateji zərurətdir:

“Bu addım kadr axınını gücləndirə, təhsilin keyfiyyətini yüksəldə, müəllim peşəsinin sosial statusunu möhkəmləndirməsinə töhfə verə bilər. Zənnimcə, müəllimlərə veriləcək hər bir dəstək Qarabağın və bütövlükdə Azərbaycanın gələcəyinə qoyulan ən qiymətli sərmayələrdən biri hesab oluna bilər”,- deyə E.Mirzəbəyli fikrini tamamlayıb.

Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident və birinci xanım Ağdamda Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbin açılışlarında iştirak ediblər

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Qarabağda hansı ali məktəblər açılmalıdır?

Qarabağda hansı ali məktəblər açılmalıdır?

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib