Naxçıvanda 3000-dən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
Naxçıvanda 3000-dən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub.
AzTehsil.com xəbər verir ki, oktyabrın 1-dən ölkədə o cümlədən Naxçıvanda 2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
️21 iyun tarixindən 12 sentyabr tarixinədək aparılan elektron sistem vasitəsi ilə Naxçıvanda ümumilikdə 146 ümumtəhsil məktəbinə 206 qrupda 3000-dən artıq uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.
Qeyd edək ki, Elm və təhsil nazirinin müvafiq əmri ilə 2025-2026-cı tədris ili üzrə təsdiq olunan yeni tədris planına uyğun olaraq qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəblərinin qrupları üçün yeni say həddinin müəyyənləşdirilməsi Naxçıvanın ucqar dağ kəndlərində də uşaqların tədrisə cəlb olunmasına şərait yaradıb. Ötən tədris ilində məktəbəhazırlıq qrupu 138 ümumtəhsil məktəbində təşkil olunmuşdursa, cari tədris ilində artıq 146 məktəbdə hazırlıq qrupları fəaliyyət göstərir.
Məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və I sinfə hazırlığını təmin edir.
Məktəbəhazırlıq qruplarında təhsil alacaq bütün uşaqlara uğurlar arzulayırıq!