DİM sədri: Magistraturaya maraq azalmayıb
“Bəzi ixtisaslarda müsabiqə vəziyyəti yüksək, bəzi ixtisaslarda isə nisbətən aşağıdır”.
AzTehsil.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, magistraturada da bakalavriat kimi adambaşı maliyyələşdirmə həyata keçirilir:
“Bəzi ixtisaslarda, məsələn, kənd təsərrüfatı sahəsində boş yerlər qalır, bəzi ixtisaslarda isə bütün yerlər dolur. Ödənişli təhsil alanların sayı kifayət qədərdir. Bu maliyyə vəsaiti təhsilin inkişafı üçün istifadə olunur. Məqsəd qənaət etmək deyil, insanların təhsil almasını təmin etməkdir,”- o, bildirib.