Sertifikasiyanın müsahibə mərhələsinin nəticələri AÇIQLANIB
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 22-25 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
AzTehsil.com xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzdən məlumat verilib.
Mərkəzdən bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.