AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Ekspert / Şagird
18 aprel 2025
638

Ailə və ev təhsili: Cəmiyyətin unudulmuş, amma ən vacib ixtisası...




Ailə və ev təhsili: Cəmiyyətin unuAilə və ev təhsili: Cəmiyyətin unudulmuş, amma ən vacib ixtisası...

Bu gün texnikum səviyyəsində “Ailə və ev təhsili” adlı bir ixtisas mövcuddur. Bu sahə əsasən ailədaxili münasibətlər, uşaqların ilkin tərbiyəsi və ev idarəçiliyi kimi mövzuları əhatə edir.


 Bəs, bu ixtisasa gənclər arasında maraq varmı? Cəmiyyət bu sahənin mütəxəssislərinə ehtiyac duyurmur ? 

AzTehsil.com xəbər verir ki mövzu ilə bağlı danışan Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, Kamran Əsədov qeyd edib ki, ailə institutunun zəiflədiyi, boşanmaların artdığı, uşaqların psixoloji təzyiqlərə məruz qaldığı bir dövrdə, bu sahənin peşəkarlarına daha çox ehtiyac yaranır:


 


“Ailə və ev təhsili” ixtisası Azərbaycanda kollec səviyyəsində yeni və qeyri-ənənəvi istiqamətlərdən biri kimi görünür. Bu sahə ailədaxili münasibətlərin düzgün qurulması, uşaq tərbiyəsinin erkən mərhələləri, psixoloji dəstək, ev təsərrüfatının səmərəli idarə olunması və ailə mədəniyyəti kimi mühüm, lakin cəmiyyətin çox da dərindən yanaşmadığı məsələləri əhatə edir. Lakin ictimai qavrayışda hələ də bu sahənin önəmi tam başa düşülmədiyindən, gənclər arasında bu ixtisasa maraq aşağı səviyyədədir”.


 


Orta ixtisas təhsili üzrə dövlət sifarişi ilə ayrılan yerlərə baxdıqda da bu ixtisasa namizədlərin sayı digər sahələrlə müqayisədə azdır:


 


“Bunun bir neçə səbəbi var: birincisi, bu ixtisasın əmək bazarında konkret, sabit və cəlbedici bir peşə ilə assosiasiya olunmaması; ikincisi, ailə və ev təhsili üzrə mütəxəssislərin hansı müəssisələrdə işləyəcəyi və ya bu sahədə peşəkar karyera imkanlarının hansı çərçivədə olduğu aydın göstərilmir; üçüncüsü isə ixtisasın adının özü belə müasir gənclərdə maraq yaratmaqda acizdir. Halbuki əslində bu sahə çox mühüm sosial funksiyanı yerinə yetirə bilər.


 Əgər bu istiqamət düzgün şəkildə inkişaf etdirilsə, bu sahənin məzunları təkcə ailələrdə deyil, uşaq bağçalarında, sosial xidmət mərkəzlərində, psixoloji dəstək mərkəzlərində, sosial işçi kimi fəaliyyət göstərən qurumlarda da işləyə bilərlər. Ailə institutunun zəiflədiyi, boşanmaların artdığı, uşaqların psixoloji təzyiqlərə məruz qaldığı bir dövrdə, bu sahənin peşəkarlarına daha çox ehtiyac yaranır. Bu, eyni zamanda gender bərabərliyi, ailə zorakılığı, valideynlik bacarıqları və sosial müdafiə sahələrində də faydalı ola bilər”.


 


Beynəlxalq təcrübədə bu sahə müxtəlif adlarla tanınır. Məsələn:


 "Home Economics" (Evdarlıq elmi və ya Ev iqtisadiyyatı) – ABŞ, Kanada, İrlandiya və Filippin kimi ölkələrdə məktəblərdə və kolleclərdə tədris olunur. Bu proqramlar ev büdcəsinin idarə olunması, qidalanma, geyim texnologiyası, ailə sağlamlığı və uşaq inkişafı kimi modulları əhatə edir.


 "Family and Consumer Sciences" – ABŞ-da geniş yayılmışdır və burada ailə münasibətləri, istehlakçı hüquqları, uşaq inkişafı, qida və qidalanma, insan inkişafı üzrə peşəkar hazırlıq həyata keçirilir.


"Child and Family Studies" – bəzi Avropa və ABŞ universitetlərində bakalavr və magistr səviyyəsində tədris olunur. Bu ixtisas ailə dinamikası, psixoloji dəstək, sosial müdafiə və erkən uşaq inkişafı sahəsində mütəxəssis hazırlığını nəzərdə tutur.


 "Human Ecology və ya Community and Family Health" – bəzi Asiya və Avropa ölkələrində bu ixtisas altında ailə və cəmiyyət münasibətləri üzrə sosial yönümlü proqramlar tədris edilir.


 


Bu ixtisaslar daha geniş işlənmiş, interdisiplinar yanaşma ilə formalaşır və məzunlar sosial işçi, ailə məsləhətçisi, qidalanma mütəxəssisi, uşaq inkişafı üzrə pedaqoq kimi işləyə bilirlər. Onlar məktəblərdə, xəstəxanalarda, sosial xidmət orqanlarında və QHT-lərdə fəaliyyət göstərə bilirlər”.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanda isə bu ixtisas daha çox “ənənəvi qadın rolu” prizmasından təqdim olunduğuna görə, həm gender yanaşması baxımından, həm də peşə imici baxımından cəlbedici deyil:


 “Əgər bu sahəyə ciddi yanaşılsa, ixtisas adı yenilənərək məsələn “Ailə və Cəmiyyət Təhsili”, “Sosial Ailə İnstitutları və Uşaq İnkişafı” kimi daha funksional və çağdaş səslənən formaya gətirilsə, həm cəmiyyətin, həm də gənclərin marağını qazanmaq mümkündür.

Nəticə olaraq, ailə və ev təhsili sahəsi zəif tanıdılan, amma sosial baxımdan strateji əhəmiyyət daşıyan bir istiqamətdir. Onun inkişafı üçün dövlət bu sahədə çalışan mütəxəssislərə iş imkanları yaratmalı, təhsil proqramları beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı, və ən əsası, bu sahənin peşə imici yenidən qurulmalıdır. Ailə institutunun möhkəmləndirilməsi üçün təkcə qanunlar yox, peşəkarlar da lazımdır”.


 



Həmçinin oxuyun:
Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Uşaq şəxsiyyətinin formalaşmasında ailədaxili münasibətlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında ailədaxili münasibətlərin rolu

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə