AzTehsil.com


Xəbərlər / Ekspert
09 oktyabr 2023
841


Deputat və ekspert: “Test üsulunun ləğvi təhsili uçuruma apara bilər”




Ali məktəblərin qəbul imtahanlarında test tipli tapşırıqların ləğv edilməsi tez-tez gündəmə gətirilən mövzulardandır. Məsələ hamı tərəfindən birmənalı qarşılanmır və test üsulunun ləğvi ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar test üsulunun abituriyentləri əzbərçiliyə yönləndirdiyini iddia edirlər.


Test üsulunun ləğvi təhsilin keyfiyyətinə necə təsir edə bilər?


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında test üsulunun ləğvinin təhsildə müəyyən problemlərə yol aça biləcəyini deyib:


“Hesab edirəm belə bir yanaşma çox təhlükəlidir, test üsulunun ləğvi Azərbaycan təhsilini uçuruma apara bilər. Biz əvvəlki dövlərdə də bu məsələləri geniş müzakirə etmişik, zaman-zaman müxtəlif fikirlər səsləndirilib. Test üsulunun ləğvi yenidən neqativ halların artmasına gətirib çıxara bilər. Biz qəbul edirik ki, test üsulu ali məktəbə qəbul üçün ən ideal variant deyil, amma nəzərə almalıyıq ki, keçmiş dövrdə təhsildəki neqativ halları məhz bunun nəticəsində aradan qaldıra bildik. Bu mənada düşünürəm ki, biz hansısa qərarlar verərkən, addımlar atarkən çox diqqətli olmalıyıq, ciddi düşünməliyik ki, gələcəkdə ağır nəticə yaşamayaq, problemlərlə üzləşməyək.


Təəssüf ki, bu gün ciddi addımların atılmasına, göstərilən səylərə baxmayaraq, yenə bir sıra hallarda təhsildəki neqativ halları tam aradan qaldıra, problemləri kökündən həll edə bilmirik. Bu baxımdan diqqətli olmalı, tələsməməliyik”.


Təhsil eksperti Nadir İsrafilov test üsulunun ləğvinin günümüz üçün real görünmədiyi fikirini səsləndirib:


“Test mütərəqqi bir üsul kimi bilik və bacarıqların üzə çıxarılması və qiymətləndirilməsində zaman-zaman təkmilləşməyə və yeniləşməyə məruz qala bilər, ancaq onun qeyd-şərtsiz ləğv edilməsi bu günümüz üçün o qədər də real görünmür. O fakt da başadüşülən və qəbulediləndir ki, ölkəmizdə test imtahanlarının tətbiqindən sonra müasir məktəblərimizin öz yetirmələrinə verdiyi savad məzunlara ali məktəblərə daxil olmaq və özlərinə gələcək karyera qurmaqda kifayət edəcək qədər yetərli deyil.


Hazırda testin ləğvindən söhbət gedə bilməz, çünki testin ləğv olunması əlavə problemlər yaradacaq. Necə ki, testə keçəndə o problemləri yaşadıq, testi ləğv edəndə də bir müddət o problemlər yaşanacaq. Bir də biz bu gün testin ləğvi üçün hazır deyilik. İndi açıq testlərdə də müəyyən problemlər yaranır. Çünki adaptasiya məsələsi var. Bu gün kurikulum tətbiq edirik. Əvvəlki təhsil proqramları bilikyönümlü, indiki kurikulumlar isə şəxsiyyətyönümlüdür. Yəni şagirdlər yalnız biliklə kifayətlənməməli, bacarıqları, vərdişləri olmalıdır”.


Ekspert dünya təcrübəsindəki qəbul prosesindən də söz açıb:


“Hazırda testin ləğvindən deyil, təkmilləşdirilməsindən söhbət gedə bilər. İndi dünyanın bir sıra ölkələrində attestatla qəbul həyata keçirilir. Bəzən bizdə də imtahansız qəbulun təşkilindən söhbət gedir. Biz imtahanları da ləğv edə bilmərik. Çünki buna da hazır deyilik. Tədricən təkpilləli vahid imtahana keçə bilərik. Buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini həll edə bilərik. Birdən-birə sıçrayış etmənin təhsilə ziyanından başqa heç bir xeyri olmaz. Ona görə də testin nə qədər çatışmazlıqları olsa da, onun ləğvi deyil, yalnız təkmilləşməsi, daha optimal variantının tapılması müzakirə oluna bilər.


Elə bir model seçməliyik ki, bu imtahanverənin əzbərçiliyini deyil, onun anlama, qavrama səviyyəsini üzə çıxara bilsin”.




Загрузка...
Həmçinin oxuyun:
“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Dövlət başçısının sərəncamları onların  məmnunluğuna səbəb olub

Dövlət başçısının sərəncamları onların məmnunluğuna səbəb olub

“Elm, dostluq və sağlam rəqabət” devizli Məntiq olimpiadası

“Elm, dostluq və sağlam rəqabət” devizli Məntiq olimpiadası

Nadir Israfilov: Elə təəssürat yaranmasın ki,bu problemlə üzləşən bütün dünya deyil, təkcə bizik

Nadir Israfilov: Elə təəssürat yaranmasın ki,bu problemlə üzləşən bütün dünya deyil, təkcə bizik

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Test üsuluna inam niyə itir? - Araşdırma

Test üsuluna inam niyə itir? - Araşdırma

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması

BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Nümayəndəlik institutunun ləğvinin yaradacağı problemlərdən çıxış yolu təklif olunub

Nümayəndəlik institutunun ləğvinin yaradacağı problemlərdən çıxış yolu təklif olunub

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Birinci sinfə qəbul üzrə müsabiqə

Birinci sinfə qəbul üzrə müsabiqə

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində zona mərhələsi

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində zona mərhələsi

İbtidai sinif müəllimləri üçün “Peşəyə giriş” seminarları keçiriləcək

İbtidai sinif müəllimləri üçün “Peşəyə giriş” seminarları keçiriləcək