Xəbərlər / Ekspert
20 mart 2021
1 175


Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

 Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

 

Təhsilin keyfiyyəti, təhsilalanların problemləri və onların həlli yolunda atılmalı addımlar bir kənarda qalıb...

Məktəb özü bir ailədir. Valideynlər övlad üçün dünyaya açılan bir pəncərə olduğu kimi, məktəbdə də müəllimləri, direktoru onun üçün belədir. Şagirdin elmə, təhsilə münasibəti məktəbdə formalaşır. Buna görə də hər bir məktəb direktorunun, müəllimlərin borcudur ki, təhsilalanlar üçün yaradıcı, səmimi, öyrədici mühit yaratsın. Həm şəxsi keyfiyyətləri ilə, həm də elmi bilikləri ilə şagirdlərinin həyatına toxuna bilən, onların uğurlu gələcəyində pay sahibi olan müəllimlər illər keçsə də, xoş sözlərlə, xeyir-dua ilə anılır.

Təəssüf ki, bu gün bir sıra məktəblərdən aldığımız xəbərlər sarsıdıcıdır. Başına bayraq keçirib qəssablıq edən bir direktorun məktəbində hansı yaradıcı və öyrədici, nümunəvi təhsildən söhbət gedə bilər? Ya da müəllimə psixoloji təzyiq göstərərək onu işdən çıxmağa vadar etməkdə adı hallanan bir direktorun məktəbdəki nüfuzu, yaratdığı mühit nə dərəcədə ürəkaçan təəssürat bağışlaya bilər? Təhsilin keyfiyyəti, təhsilalanların problemləri və onların həlli yolunda atılmalı addımlar bir kənarda qalıb, müəllimlər və məktəb direktorları arasındakı narazılığın polis, məhkəmə yolu ilə həll olunması, kimlərinsə məktəblərdə "at oynatması”, öz ata mülki kimi idarəetmə sistemi yaratmasından danışmaq məcburiyyətində qalırıq. 

AYNA məktəblərdə direktorların idaredici qabiliyyətinin hansı səviyyədə olması və yaratdıqları mühitin nə dərəcədə qanedici olub-olmamasına aydınlıq gətirməyə çalışıb.

Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini, təhsil eksperti Nadir İsrafilov fikrinə təhsilin cəmiyyət həyatında oynadığı rolun əhəmiyyətini vurğulayaraq başlayıb: "Məlum olduğu kimi, hər bir ölkənin təhsil sistemi onun daxilində olan təlim-tərbiyə müəssisələrinin məcmusu olmaqla yanaşı, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan asılı olaraq dəyişir. Bu gün müasir çağırışlara cavab olaraq təhsilə yeni baxış və innovativ yanaşma şəraitində təhsil almağın əsas vasitəsi kimi təlimin rolu özünü daha qabarıq şəkildə biruzə verir. Təlim isə pedaqoji ədəbiyyatda müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesi kimi səciyyələndirilir”.
 

 

Ekspert "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsildə müəllim nüfuzunun artırılması, karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması məsələsinə toxunulduğuna diqqət çəkib: "Heç də əbəs yerə deyil ki,  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mövcud vəziyyətin təhlili şərh edilərkən, peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması, müəllim nüfuzuna təsir edən amillər sırasında olduğu xüsusi olaraq vurğulanaraq strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsil idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib”.
 
"Orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə və menecerlik bacarıqları, yaradıcı keyfiyyətləri kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır”, - deyə İsrafilov fikrini davam etdirib.
 
Həmsöhbətimiz bildirib ki, bir müddət əvvəl məktəb direktorlarının muxtariyyətinin daha çox olması barədə ən yüksək səviyyədə fikir söylənilmiş, akademik göstərici, fəallığın şəffaflığı, idaretmənin keyfiyyəti yüksək olan məktəblərə Nazirliyin həmin hüququ ötürmək niyyətində olduğu da açıqlanıb: "Heç kim məktəbin ab-havası, imkanları, mühiti və digər vacib detallara direktor qədər peşəkar şəkildə bələd ola bilməz. Bu pilot layihə çərçivəsində 50 məktəbə o hüququn veriləcəyi elan edilmişdi. Əgər müəllim imtahan verib biliyini təsdiqlədibsə, o, müasir məzmunlu pedaqogikanı, psixologiyanı bilirsə, artıq məktəb direktorunun hüququdur ki, onu seçsin. Bu yanaşmanın reallaşması üçün real addımlar atacağıq və bir sıra məktəblərdə  belə bir hüququn qısa müddətdə təqdim edilməsi məsələsini nəzərdən keçiririk”.

 

Ekspert qeyri-etik davranışlar sərgiləyən məktəb direktorlarının lazımi qiymət almadığını və bunun da müəllimlərdə haqlı narazılığa səbəb olduğunu deyib: "Son zamanlar bu sahədə nəzərəçarpacaq irəliləyişlər olmasına baxmayaraq, o da heç kəsə gizli deyil ki, pedaqoji kadrlarla, xüsusilə də müəllim nüfuzunun qaldırılması ilə bağlı məsələlərdə həllini tapmayan müəyyən məqamlar hələ də mövcuddur. Təəssüf ki, ayrı-ayrı direktorların müəllimlərə qarşı təzyiqi, ayrı-seçkilik, qərəzli münasibət, işdən azadetmə hədəsi, təqaüd yaşı ilə bağlı təhdidlər, müəllimlər barədə müxtəlif narazılıqların dilə gətirilməsi, qarşılıqlı ittihamlar kimi neqativlər hələ də istisnalıq təşkil etməyib, zaman-zaman gündəmə gətirilir. Bir çox hallarda bu qəbildən olan direktorların qeyri-etik davranışları lazımi qiymətini almır və bu da müəllimlərin haqlı narazılıqlarına səbəb olur”.

""Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, orta məktəbdə təhsil öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter  daşıyır. Məktəbin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır. Ona Təhsil Nazirliyinin təyin etdiyi direktor rəhbərlik edir. Direktor konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır,  Nümunəvi Nizamnamə ilə müəyyən edilən vəzifələrin həyata keçirilməsinə nəzarət edir. O, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Məktəbdə formalaşan iş mühiti təlim-tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır. Əbəs yerə deyil ki, "direktor” sözü latınca "idarəedici” sözündən götürülüb, "yönəldən”, "istiqamət verən” mənasını verir. Azərbaycanda direktor  "müəssisə, idarə yaxud məktəb müdiri” kimi izah edilir. Direktor məktəbin rəhbəri, təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif  bir-birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir”, - deyə müsahibimiz vurğulayıb.

İsrafilov hesab edir ki, direktor hər şeydən əvvəl şəxsiyyət olmalıdır: "Məktəbə tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən biri rəhbərlik etməlidir. Loru dildə desək, məktəb direktoru nə də olmasa, tabeliyindəki kollektiv üzvlərindən "bir baş” yüksək olmalıdır. "Çiyinlərində böyük məsuliyyət yükü daşıyan rəhbər işçinin uğurlu olması üçün nə lazımdır?”, "Məktəb direktoru hansı keyfiyyətlərə sahib olmalıdır?” – bu kimi suallara cavab axtarmaq heç vaxt gec deyil. Hesab edirəm ki, məktəblərdə sağlam mənəvi-psixoloji iqlimin yaradılmasında başlıca şərtlərdən biri də odur ki, rəhbərlik - müəllim münasibətlərinə dair hər hansı bir siqnal vaxtında və ciddi şəkildə yerindəcə araşdırılmalı, kimin haqlı, kimin haqsız olduğuna obyektiv qiymət verilməlidir”.
 

 

Təhsil eksperti Kamran Əsədov da düşünür ki, son dövrlərdə məktəblərdə baş verənlər məktəb rəhbərliyi ilə əməkdaşları arasında düzgün münasibət qura bilmədiyinin nəticəsidir: "Son dövrlərdə məktəblərdə baş verən hadisələri analiz edəndə görürük ki, məktəb rəhbərliyi əməkdaşları ilə düzgün münasibət qura bilmir. Düzdür, orta ümumtəhsil məktəblərində şəffaf bir şəraitin qurulması, hesabatlılıq və nəticəyönümlü olması üçün mütləq mütəmadi monitorinq və yoxlamalar aparılmalıdır. Bir çox hallarda məktəbə yeni təyin olunan direktor və direktor müavinləri məktəbə gələndən sonra orada islahatları hansısa kadrı işdən çıxarmaq və yaxud da kollektiv arasında nüfuzu olan şəxslərin müəyyən qədər sıxışdırılması, onlara təzyiq göstərilməsi ilə həyata keçirməyə çalışırlar”.

Ekspertin, fikrincə, direktorların işə qulunda test imtahanı yetərli deyil və tam olaraq keyfiyyət amili əsas götürülməlidir: "Çox təəssüf ki, yeni təyin olunan direktorlar yalnız test imtahanından keçərək təyin olunurlar. Bəzən bizim şəffaf adlandırdığımız işəqəbul prosesi keyfiyyətli olmaya bilir. Biz həqiqətən görürük ki, məktəblərdə sağlam mühitin olmaması məhz kiminsə bu vəzifədən sui-istifadəyə meyilli olmasını göstərir. Kimsə vəzifədə yüksəliş yolu ilə bu yerə gəlsə, tam olaraq keyfiyyət amili əsas götürülsə, bu kimi amillər ortaya çıxmaz”.
 
"Bəzən məktəb rəhbərliyi elə düşünür ki, o, məktəbi istədiyi kimi idarə edə bilər. Bu, belə deyil. Məktəblər qanunvericiliyin tələbinə uyğun olaraq idarə olunur. Burada direktorun şəxsi istəyi, şəxsi fikri, təxəyyülü nəzərə alınmır”, - deyə ekspert əlavə edib.
 
"Ümumiyyətlə bizim məktəb idarəedicilərimiz böhran vəziyyətindən, problemli situasiyalardan çıxış bacarığına malik deyillər. Buna görə də xoşagəlməz hallar baş verir. Kiminsə qarşılaşdığı problemlər ümumilikdə məktəb kollektivinin adına yazılır. Bu da motivasiyanı aşağı salır”, - deyən Əsədov bir çox məktəblərdə direktorlarla müəllimlər arasında sağlam mühitin olmadığını bildirib: "Təəssüflər olsun ki, bir çox məktəblərdə direktorla müəllimlər arasında sağlam mühit yoxdur. Direktor təyin olunduqdan sonra özünə yaxın olan adamları ətrafında cəmləşdirir. Onlar da məktəbdə əvvəlki mühiti birdən-birə dəyişməyə çalışırlar. Bu da insanların orada iş fəaliyyətinə ciddi şəkildə mənfi təsir göstərirlər. Bu, xoş olan vəziyyət deyil. Mən inanıram ki, operativ addımlarla bu məsələlər aradan qaldırılmalıdır. Direktorların fəailiyyəti yaxından və ciddi şəkildə araşdırılmalıdır ki, nə baş verir?”
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

300  direktora  töhmət verildi - 30-u işdən çıxarıldı

300 direktora töhmət verildi - 30-u işdən çıxarıldı

Nə edək ki, təhsilimizə baxışımız, yanaşma tərzimiz dəyişsin?

Nə edək ki, təhsilimizə baxışımız, yanaşma tərzimiz dəyişsin?

Nə edək ki, təhsilimizə yanaşma tərzimiz dəyişsin?

Nə edək ki, təhsilimizə yanaşma tərzimiz dəyişsin?

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Niyazi Şərifsoy: “Elə direktorlar var ki, onlardan nəinki məktəb rəhbəri, heç sinif rəhbəri də olmaz”

Niyazi Şərifsoy: “Elə direktorlar var ki, onlardan nəinki məktəb rəhbəri, heç sinif rəhbəri də olmaz”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli  idarəetmə

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Ramiz Məmmədzadə  - MƏKTƏB DİREKTORU

Ramiz Məmmədzadə - MƏKTƏB DİREKTORU