AzTehsil.com


Xəbərlər
02 aprel 2021
1 012


Nadir Israfilov: Elə təəssürat yaranmasın ki,bu problemlə üzləşən bütün dünya deyil, təkcə bizik



Nadir Israfilov: Elə təəssürat yaranmasın ki,bu problemlə üzləşən bütün dünya deyil, təkcə bizik

 

Artıq, xəbər verdiyimiz kimi, pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 000- dən çox rəy qəbul edilib.


Təhsil Nazirliyinə istinadən verilən xəbərə əsasən sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 6.3 faizi yalnız 5-9-cu siniflər üzrə tədrisin distant formada olmasını, 19.5 faizi məqbul hesab edib. 11.3 faizi isə "Digər” bəndini seçib.


Sədr müavini bu kimi sorğuların keçirilməsini təhsildə aşkarlıq və şəffaflıq prinsiplərinin bərqərar olması, ümumi ictimai rəyin öyrənilməsi, ictimaiyyətin fikrinin qərar qəbulunda nəzərə alınması, habelə məsuliyyətin bölüşdürülməsi baxımından da lazımlı və faydalı olmasını vacib hesab edir, məsələyə birmənalı yanaşılmamasını təbii hal kimi qiymətləndirir:


"Lakin məsələnin mahiyyəti heç də, təkcə bu deyil. Dəfələrlə qeyd edilsə də distant təhsil məqsəd deyil, vasitədir, bununla belə övladlarının sağlamlığından narahat olanların, həm də distant təhsilə sərt təpki göstərməsi heç cür başa düşülən deyil. Halbuki, ya keyfiyyət, ya da sağlamlıq barədə düşünülməlidir, hər ikisini birdən və bir arada həll etmək praktiki cəhətdən mümkündürmü?


Hələ bu hamısı deyil! Son dərəcə ciddi və həyatı əhəmiyyətə malik rəsmi sorğunu məzhəkəyə çevirmək, bir-birinə söz atmaq, öz ətrafına öz səviyyəsində olanları toplamaqla liderlik iddiasına düşmək, ucuz yolla bəyənmə qazanmaq nə deməkdir?!


Utancverici haldır ki, bu tragikomediyanın oyunçuları valideynlər, sıradan olan vətəndaşlar deyil, məhz bir para dırnaqarası müəllimlər və özünü təhsil eksperti qismində təqdim edənlər, onların bəzi havadarlarıdırlar.


Teledərslərin, "Virtual məktəb”, eləcə də digər onlayn platformaların effektivsizliyini qabartmaq, mövcud imkanlar daxilində görülən işlərə kölgə salmaq əvəzinə, xüsusi canfəşanlıq edənlər, bəlkə tədrisin təşkilinə dair daha optimal və səmərəli yol göstərələr, əlavə resuslar axtarışı ilə məşğul olalar. Yoxsa, elə təəssürat yaranmasın ki,bu problemlə üzləşən bütün dünya deyil, təkcə bizik.


Hələ ki, pandemiyanın artım dinamikasi, yeni mutasiyaların yayılması, digər sanitar epidemioloji təhlillər, sorğuya əsasən çoxluğun tədrisin distant formada olmasına tərəfdar çıxması nəzərə alınaraq, növbəti həftədən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək.  Vəziyyət nəvaxtadək belə davam edəcək, bunu zaman göstərəcək.


Ümid edək ki, çox kecməz yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsi bəhs etdiyimiz regionlara da bütövlüklə şamil edilər, Ən pis halda belə, hər iki mövqe (distant və ənnənəvi) tərəfdarlarını təmin edə biləcək ortaq hibrid variantının tətbiqi yenidən qüvvəyə minər.


Hələ ki, vəziyyətdən çıxış yolunu şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşmada görürəm.Əks halda, repetitor və kurslara üz tutan şagirdlərin məktəbə çəlb edilməsi və adaptasiya olunmasnda müəyyən problemlərlə üzləşməli olacağıq…




Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə tədrisin hansı formada təşkili ilə bağlı sorğunun nəticələri açıqlandı

Məktəblərdə tədrisin hansı formada təşkili ilə bağlı sorğunun nəticələri açıqlandı

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Nazir: “Yoluxma artarsa, digər ərazilərdəki məktəblər də bağlanacaq”

Nazir: “Yoluxma artarsa, digər ərazilərdəki məktəblər də bağlanacaq”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Təhsilimizin müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq

Təhsilimizin müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq

Təhsil Nazirliyinin müraciəti

Təhsil Nazirliyinin müraciəti

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır – RƏSMİ

Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır – RƏSMİ

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Erməni  vandalizminin  təhsilimizə  vurduğu  ziyan  pandemiyanın  törətdiyi  fəsadlardan  az deyil...

Erməni vandalizminin təhsilimizə vurduğu ziyan pandemiyanın törətdiyi fəsadlardan az deyil...

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Distant dərslərin müşahidəsi davam edir

Distant dərslərin müşahidəsi davam edir

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Distant təhsillə bağlı yeni layihəyə start verilir