AzTehsil.com
RU


Xəbərlər / Ekspert
18 avqust 2023
789


Elm və Təhsil Nazirliyinin yeni agentlikləri nəyə xidmət edəcək? – Ekspertdən AÇIQLAMA




 “Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər və ümumtəhsil məktəblərinə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi isə ali təhsil müəssisələri birbaşa nəzarəti bərpa etmək üçün  yaradılır. Məqsəd isə bu sahələrdə həm müasir və modern idarəetməni təkmilləşdirmək, həm məsuliyyəti artırmaq, həm də innovativ yanaşmanı təmin etməkdir”.


Bu sözləri Bizim.Media-ya açıqlayan təhsil eksperti Nadir İsrafilov, bildirib ki, görülən işlər və həyaya keçirilən islahatlar düzgün istiqamətdə gedərsə, texniki peşə sahəsində olduğu kimi bu sahələrdə də bir canlanma baş verəcək.



 

Bu baxımdan aparılan islahatları müsbət addım kimi dəyərləndirən müsahibizimin sözlərinə görə, nəticəsini isə agentliklər işə başlayandan sonra görmək mümkün olacaq. 


1999-cu ildə Azərbaycanda təhsil sahəsində islahatlarla bağlı qanunun qəbul olunduğunu xatırladan ekspert bildirdi ki, əsas məqsəd, uzun illər boyu təhsil sahəsində toplanmış potensialı qoruyub saxlamaq və inkişaf etdirmək idi: 


“Bu yolla təhsilin forma və məzmunca yenilənməsinə nail olmaq istəyirdilər. Amma bu islahatlar kənarda qaldı və beynəlxalq inteqrasiya, dünya təcrübəsi kimi işlərlə 70 il ərzində toplanmış potensialı qoruyub saxlaya bilmədik. 1990-cı illərə qədər indiki Elm və Təhsil Nazirliyi üç hissədən ibarətdi. Bunlar Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi və nazirlik səviyyəsində olan Dövlət Texniki Peşə Komitəsi idi. Bunlar birləşdirilərək vahid Təhsil Nazirliyi yaradıldı.


Maarif Nazirliyi məktəbəqədər və orta ümumtəhsil məktəblərinə, Ali və Orta İxtisas Təhsili Nazirliyi texnikumlara və ali təhsil müssisələrinə, Dövlət Texniki Peşə Komitəsi isə yalnız texniki peşə məktəblərinə nəzarət edirdi. Ancaq vahid nazirlikdə birləşəndən sonra bunlara nəzarət bir qədər zəiflədi. Bundan da ən çox texniki peşə sistemi zərər gördü və tamamilə çökdü. Amma prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahə yenidən dirçəldi və qısa müddət ərzində Texniki Peşə Agentliyi yaradıldı. Bunun sayəsində də bu məktəblərə maraq yarandı. Bu agenlikləri yaratmaqla  yenidən keçmiş təcrübəyə qayıtmağa məcbur olurlar”.


Məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin icra hakimiyyətlərinin nəzarəti altında olduğunu xatırladan müsahbimiz, bir il əvvəl yenidən Elm və Təhsil Nazirliyinin sərəncamına verildiyini qeyd etdi:


“Bu da özlüyündə müsbət prosesdir. Təhsil vahid mexanizmdir və bu sahəyə icra hakimiyyəti orqanlarının nəzarət etməsi düzgün deyil. Bunun fəsadlarını uzun illər boyu müşahidə etdik”.


Bəs Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi azərbaycanlı gənclərin xarici ölkələrdə ali təhsil almaları və ya davam etdirmələri üçün üçün hansı addımlar atacaq?


Sualı cavablandıran ekspert, xaricdə təhsilin prezident İlham ƏIiyevin təsdiq etdiyi dövlət proqramı çərçivəsində həyata keçirildiyini vurğuladı:


“2017-ci ildə başa çatan proqramda bəzi qüsurlar üzə çıxdı. Belə ki, xaricdə təhsil alan bakalavrların, magistrlərin çoxu sonradan geri qayıtmadı. Bu da beyin axınıdır və ölkəmizə ziyan verir. Buna görə də proqramda bəzi yeniliklər edildi və qərara alındı ki, yalnız magistrlər xarici təhsilə cəlb olunsunlar. Agentliyin yaranması bu kimi vacib məsələlərin həllinə səbəb olacaq.


Xaricə gedənlərin çoxu dövlət hesabına oxuyurdular. Eyni zamanda, hansı ixtisasa kadr tələb olunurdusa, ora da tələbə göndərilirdi. Ancaq indi məlum olur ki, ölkəmizdə də yeni ixtisaslar yaradılıb və ali təhsil müəssislələrimizin maddi-texniki bazası və kadr potensialı bu ixtisaslar üzrə xarici ölkələrin təhsil səviyyəsinə uyğun təhsil verməyə və yeni kadrlar yetişdirməyə imkan verir. Hazırda ölkəmiz üçün yeni texnologiyaların inkişafı ilə əlaqədar kadr ehtiyacı yaranıb. Bu baxımdan da gənclərmizi elə ixtisaslar üzrə göndərməliyik ki, ölkəmizdə buna ehtiyac olsun.


Xaricdə təhsil ölkəmiz üçün lazımdır. Bunun səmərəli və vacib olması, ölkəmiz üçün fayda verməsi və beyin axınına səbəb olmaması üçün çoxlu iş görülməlidir.


Yeni agentlik səmərəli yollar və istiqamətlər müəyyənləşdirməlidir ki, xaricdə təhsillə bağlı növbəti təhsil proqramı qəbul olunan zaman bu problemlər nəzərə alınsın”. 


Xatırladak ki, Prezident İlham Əliyev 24 iyul 2023-cü il tarixdə  Azərbaycanda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması, eləcə də Əsasnamələrinin təsdiq edilməsi barədə  barədə Fərman verdi.





Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi