Xəbərlər / Ekspert
13 iyul 2023
759


“Bir vaxtlar imtahan götürən müəllim, indi imtahan verən tələbə, şagird səviyyəsinə endirilib.


Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərlə görüş zamanı 223 ibtidai sinif müəlliminin, prosesdən 0-9 bal topladığını qeyd edib.


Müəllimlərin belə aşağı nəticə göstərməsi heç də birmənalı qarşılanmayıb. Hətta, ali təhsil müəssisələrinin bu qədər savadsız kadr yetişdirməsi də müzakirə predmetinə çevrilib.


Bəs nə üçün ali təhsil ocaqlarında təhsilin keyfiyyəti ilə bağlı monitorinqlərə ciddi şəkildə nəzarət edilmir?


Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirib ki, nə qədər arzuolunmaz olsa da, bu vəziyyət hələ bir müddət davam edəcək:


 “Bir vaxtlar imtahan götürən müəllim, indi imtahan verən tələbə, şagird səviyyəsinə endirilib. Sertifikasiyanın heç də qənaətləndirici olmayan nəticələri çoxlarına bəlli olduğundan, geniş müzakirələrə yol açdığından, hətta məsələyə Milli Məclisin üzvləri tərəfindən münasibət bildirildiyindən geniş şərhə ehtiyac duymuram. Çünki, hələ 1929-cu ildən “Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması”, 1972-ci ildən isə “Müəllimlərin Təkmilləşdirmə İnstitutu” kimi fəaliyyət göstərən müəssisəsinin adı, 2000-ci ildə dəyişdirilib “Azərbaycan Müəllimlər İnstitutu” olanda, onun Gəncə, Ağcabədi, Qazax, Quba, Şamaxı, Şəki, Zaqatala və s. bu kimi 11 filialı yaradılanda bu barədə fikirləşmək lazım idi. Onların bir çoxunun taleyi yəqin ki, əksər adama məlumdur. Zaman-zaman bir neçə filialda korrupsiya faktları aşkarlandı, saxta diplom qalmaqalları yaşandı, nəticədə institutun neçə filialı ləğv olundu, cəmiyyətdə instituta qarşı mənfi ictimai rəy formalaşdı”.


 Ekspert qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdə sonra bir çox sahədə olduğu kimi, təhsildə də boşluqlar yarandı:


“70-dən çox ali və orta ixtisas təhsil müəssisəsinin 30-a qədəri lazımi kadr potensialına və infrastruktura malik olmadan bilavasitə müəllim hazırlığı ilə məşğul oldular. Əlbəttə, bu da kadr hazırlığına təsirsiz ötüşmədi. Küyə düşüb o zamankı Respublika və Bakı İxtisasartırma və kadrların yenidən hazırlanması institutlarında yenidən hazırlanma kurslarını elə “aktivləşdirdik” ki, nəinki yüzlərlə kimya, biologiya, coğrafiya müəllimləri, hətta baytarlar, tibb bacıları və bir çox digər peşə sahibləri belə ibtidai sinif müəllimi kurslarında “yenidən hazırlanaraq” ibtidai sinif müəllimlərinə “çevrildilər.”


 Aylıq kurslar vasitəsi ilə “yenidən hazırlanmanın” effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər, bəs bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə oldu? Pərakəndəliyi aradan qaldırmaq əvəzinə, zəruri madi-texniki bazası, elmi, pedaqoji, kadr potensialı və digər infrastrukturları nəzərə almadan, bütün institutları ucdantutma universitetlərə və akademiyalara çevirməklə, tam fərqli statuslara malik olan bu elm və təhsil müəssisələrini eyniləşdirdik. İnstitutlara da, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və digər çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə, onları birbaşa funksiyalarından - konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındıraraq, həm ondan, həm də bundan məhrum olduq . Bir sözlə, nə əkmişdiksə onu da biçirik”.


 Onun sözlərinə görə günahkar isə bir ənənə olaraq, ünvanı dəyişməyən məktəb və müəllimdir:


““Məktəblərin böyük qismində tədris normal aparılmır”, “müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır” və s. Görəsən məktəbə, müəllimə bu qədər inamsızlıq və etimadsızlıq nədən qaynaqlanır? Yəni, bir soruşan yoxdur ki, axı bu “tədrisi normal apara biləcək, lakin peşəkarlıq səviyyəsi aşağı olan “müəllimlərin” hazırlığı ilə məşğul olanların bəs heç bir günahı yoxdur? Əgər müəllim hazırda tələb etdiyimiz kimi “tədris prosesində yeni təlim üsulları və texnologiyalarından lazımınca istifadə etməyi” bacaran idisə, bəs onda onun ali məktəbdə dörd il boş vaxt keçirməsinə, daha sonra əlavə təlimlərə və kurslara cəlb olunmasına, çox pilləli müsabiqə, müsahibə, test imtahanından keçməsinə nə ehtiyac vardı?


Paradoksa diqqət edin. Ali məktəbdə neçə illərin təcrübəli professor-müəllim heyyətindən dərs alan, ixtisas üzrə diploma sahiblənən müəllim, müəllimliyini təstiqləmək üçün müəllim yanına hazırlığa gedir, bəxti gətirməyənlər isə imtahandan kəsilərərək, qınaq obyektinə çevrilir. Bir vaxtlar imtahan götürən müəllim, indi imtahan verən tələbə, şagird səviyyəsinə endirilib. Yaxşı ki, sertifikasiyaya qədər bu ayıblarımız o qədər də üzdə deyildi.


Müqəssir axtarışına çıxmasaq da, belə çıxır ki, deyəsən, gücümüz elə orta məktəblərə çatır, ali məktəblərə “gözün üstə qaşın var” deyən belə yoxdur. Hansı ali təhsil müəssisəsi ilə bağlı hər hansı bir ölçü götürmək bir yana, heç olmasa, hansı ali təhsil müəssisəsinin sessiya və ya illik yekun keyfiyyət göstəricilərini təhlil edib ictimailəşdirmişik?


Təhsil müəssisəsində təhsil prоsesinin təşkilinin, maddi-teхniki bazasının, təhsil prоqramlarının, kadr pоtensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul оlunmuş dövlət standartlarına və digər nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli qərarı ilə “Təhsil müəssisələrinin akkreditasiyası haqqında Qaydalar” təsdiq olunub, Təhsil nazirliyində xüsusi olaraq “Akkreditasiya və Nostrifikasiya İdarəsi” yaradılıb və hazırda TKTA (Təhsildə Keyfiyyət Təminatı Agentliyi) kimi fəaliyyət göstərir. “Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” barədə “Təhsil haqqında” Qanuna xüsusi maddə salınıb”.


 İsrafilov ali təhsil müəssisələrində mütləq şəkildə monitorinqlərin keçirilməli olduğunu diqqətə çatdırıb:


 “Hansı təhsil müəssisəsinə qarşı təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri оlan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddiası qaldırılıb? Buna görə də ali məktəblərdə monitorinqlər keçirilməli, onların fəaliyyəti akreditasiya olunaraq, qiymətləndirilməlidir. Vəziyyət nə qədər ürəkaçan olmasa belə, sertifikasiyanın bir müsbət cəhəti də o olacaq ki, uzun illər bu kimi diqqətdən kənar qalan, lazımi əhəmiyyət verilməyən məsələlərə nəhayət açıq gözlə baxmağımıza imkan yaranacaq. Bu şərtlə ki, açıqlamalarımızda bir az diqqətli olaq, müqəddəs və şərəfli peşə sahibi hesab etdiyimiz müəllimin onsuz da zədələnən hörmət və nüfuzunu bir az da sarsıtmayaq”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi