AzTehsil.com


Xəbərlər / Direktor
31 mart 2022
1 188


Ekspertdən İRAD-Direktorlar düzgün təyin olunmur




“Bəzi məktəblərə qohumluq, tanışlıq amili ilə rəhbərlər təyin olunduğu üçün bu təbii olaraq məktəbdə təhsil, tərbiyə mühitinə zərbə vuracaq”


Bəzi məktəblərdə direktorların fəaliyyəti ilə bağlı narazılıqlar müşahidə olunmağa davam edir.


Müəllim  və valideynlər arasında müəyyən direktorlardan pul yığımları, məktəb heyəti ilə davranış qaydaları və s. ilə bağlı şikayətlər var. Xüsusilə bayram ərəfələrində bu narazılıq və şikayətlər daha da artır və ciddi hal alır.


Ümumilikdə bu kimi məktəb direktorlarının fəaliyyətinin tənzimlənməsi, onların fəaliyyətlərinə ciddi nəzarət istiqamətində hansı addımlar atıla bilər? Bu mövzuda necə bir sistem qurmaq, yaxud tədbir görmək doğru olar?


Mövzu ilə bağlı danışan təhsil eksperti Elşən Qafarov problemin səbəblərini aydınlaşdırarkən direktorların təyinatı prosesi ilə bağlı ciddi səhvlərin olduğunu qeyd edib:


“Ümumiyyətlə məktəb sıradan bir müəssisə deyil, təlim-tərbiyə müəssisədir. İstənilən bir müəssisəyə, xüsusilə də təlim-tərbiyə müəssisəsinə rəhbərlərin seçilməsi çox incə və həssas məsələdir. Məktəb direktorlarının seçilməsi və təyinatında çox böyük səhvlər buraxılıb. İlk olaraq direktorların işə qəbulu prosesi ölkədə qeyri-müəyyəndir. Məsələn, hələ 2020-ci ilin direktorların işə qəbulu prosesi başa çatmayıb. Məktəb direktorlarının seçilməsi avqustun əvvəlinə kimi başa çatmalıdır, tədris ilinin başlamasına ən azı bir ay qalmış məktəb rəhbəri,artıq, təyin olunmalıdır. Yanvar,fevral, aprel, may aylarında bu təyinatı həyata keçirmək doğru deyil. Hətta bəzi məktəblər var ki, onların idarəsi bir neçə ildir müvəqqəti olaraq direktor əvəzlərinə həvalə olunub”.


Ekspert direktorların işə qəbulu imtahanındakı problemlərə toxunaraq, rəhbər vəzifəsində idarəetmə bacarığının vacibliyini vurğulayıb:


“Digər bir tərəfdən də məktəb direktoru olmaq üçün sənəd verən şəxsin pedaqoji stajı kifayət etsə belə, onun idarəetmə ilə bağlı hər hansı bilik və bacarıqları cəmi 40 testlə ölçülə bilməz. Əmək qanunvericiliyindən 15 sual, məntiqdən isə 20 sual salmaq doğru deyil. Bu o deməkdir, əmək münasibətlərində əsas tərəflərdən biri olan, işə götürən olaraq təyin etdiyimiz məktəb direktoru təhsil və əmək qanunvericiliyini bilməsə də olar, əsas odur məntiqi cavablasın. Bu da nəticə etibarı ilə heç bir idarəetmə bacarığı, təhsil və əmək qanunvericiliyindən məlumatı olmayanların məktəb direktoru kimi təyinatına zəmin yaradır. Problemin başqa bir tərəfi ondan ibarətdir ki, direktorların işə qəbulu imtahanında suallar doğru-düzgün salınmır. Bütün seanslara eyni suallar verilir, beləliklə, birinci seansa daxil olan şəxslər imtahandan çıxdıqdan sonra sualları sosial şəbəkələrdə paylaşırlar.Nəticədə sonraki seanslara daxil olanlar daha yüksək bal toplayırlar”.


O, müsabiqənin müsahibə mərhələsi və bu vəzifə üzrə çıxarılan vakant yerlərin sayına da diqqət çəkib:


“Həmçinin məktəb direktorlarının işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi təhsil müəssisəsinin idarə olunması ilə əlaqədar şəxslər arasında keçirilmir. Müsahibədə iştirak edən şəxslər bir gün olsun ümumi təhsil məktəbində dərs deməyib,rəhbər vəzifəsində çalışmayıb, buna görə də məktəb mühitini bilə bilməz. Eyni zamanda imtahandan keçən namizədləri müəyyın kurslara cəlb etmək lazımdır. Ümumilikdə bütün proses iyul ayının əvvəli yekunlaşmalı, ən uzağı avqust ayının əvvəli məktəb direktorunun təyinatı artıq başa çatmalıdır. Hər il ölkədə təxminən 500-700 arası məktəb direktoru vəzifəsi vakantdır. Nəzərə alaq ki, ölkədə 4432 məktəb var. Nəticə etibarı ilə bu da o deməkdir ki, hər 6 məktəbdən birinin idarəetməsi başqa birinə həvalə olunur, ya da müavin tərəfindən həyata keçirilir. Məktəb direktorlarının təyinatı və məktəblərin idarə edilməsində çox ciddi problemlər var”.


Son olaraq o, rəhbər vəzifəyə kadr təyinatından danışaraq, buraxılan səhvlərin aradan qaldırılmasının zəruriliyini nəzərə çatdırıb:


“Son on ildə bu vəzifəyə yeni kadrların seçilməsində buraxılan kobud səhvlərin nəticəsidir ki, bu gün ölkədə məktəbləri idarə edə biləcək kadr bazası yoxdur. Bu faciəvi bir haldır. Artıq məktəblər sanki bir biznes sahəsinə çevrilib. Bəzi məktəblərə qohumluq, tanışlıq amili ilə rəhbərlər təyin olunduğu üçün bu təbii olaraq məktəbdə təhsil, tərbiyə mühitinə zərbə vuracaq.Nəticə də göz qabağındadır, təəssüf ki, ürəkaçan deyil. Müəyyən tədbirlər görmək lazımdır. Təhsil də elə bir sahədir ki, kompleks yanaşma tələb edir. Bu cür yanaşma müəyyən bir effekt verə bilər. Amma bir şərtlə ki, işə təhsillə əlaqəsi olan insanlar cəlb olunsun”.




Загрузка...
Həmçinin oxuyun:
Mütəxəssis rəyi: “Məktəb elə sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir.

Mütəxəssis rəyi: “Məktəb elə sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir.

“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər” - Elçin Əfəndi

“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər” - Elçin Əfəndi

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

300  direktora  töhmət verildi - 30-u işdən çıxarıldı

300 direktora töhmət verildi - 30-u işdən çıxarıldı

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Məktəblərin ayaqyolusunda xadimələr şprislər, falqalar, iynələr tapır? - AÇIQLAMA

Məktəblərin ayaqyolusunda xadimələr şprislər, falqalar, iynələr tapır? - AÇIQLAMA

Niyazi Şərifsoy: “Elə direktorlar var ki, onlardan nəinki məktəb rəhbəri, heç sinif rəhbəri də olmaz”

Niyazi Şərifsoy: “Elə direktorlar var ki, onlardan nəinki məktəb rəhbəri, heç sinif rəhbəri də olmaz”

Nazir lisey direktorunu işdən çıxardı

Nazir lisey direktorunu işdən çıxardı

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Elşən Qafarov məktəb direktorlarına çağırış etdi

Elşən Qafarov məktəb direktorlarına çağırış etdi

Şiddət sevən müəllimlər – Fiziki cəza tərbiyə üsuludurmu? – Açıqlama

Şiddət sevən müəllimlər – Fiziki cəza tərbiyə üsuludurmu? – Açıqlama

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

Təhsil eksperti: “Bir məktəbdə direktor 100-ə yaxın şagirdin dərsə gəlməməsinə şərait yaradıb”

Təhsil eksperti: “Bir məktəbdə direktor 100-ə yaxın şagirdin dərsə gəlməməsinə şərait yaradıb”

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Valideynlərə şad xəbər...

Valideynlərə şad xəbər...

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Pul yığan müəllimlərə ciddi xəbərdarlıq - "Mənfi hal baş verdikdə..."

Pul yığan müəllimlərə ciddi xəbərdarlıq - "Mənfi hal baş verdikdə..."