AzTehsil.com


Xəbərlər / Valideyn
23 fevral 2022
1 428


Valideynlərə şad xəbər...




 Bəzi məktəb bufetlərində vəziyyət heç də ürək­açıcı deyil. Azərbaycandakı 4500-dən çox ümumtəhsil məktəbində şagirdlərə bu xidməti göstərən bufetlərdə, demək olar ki, sağlamlığa birbaşa zərər vuran məhsullar satılır. Oradakı məhsullar heç bir səhiyyə qurumu tərəfindən yoxlanılmır. Həmçinin valideynlərin məktəb bufetlərinə etibar etməməsi şagirdlərin çantasının ağırlaşmasına səbəb olur. Həm şagirdlər, həm də valideynlər üçün ciddi narahatlıq yaradan bu problemin həlli yolu tapılıb.


“Məktəblilərin qida bələdçiləri” pilot layihəsinə start verilib


Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinə start verilib. “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün (ilkin mərhələdə 30 nəfər) 12 mövzudan ibarət seminar onlayn formada AQTİ mütəxəssisləri tərəfindən tədris olunacaq.


Bildirilib ki, seminar mövzuları əsasən qida təhlükəsizliyi, COVID-19-un profilaktikasına dair metodiki göstərişlər, sağlam qidalanmaya dair bilik və bacarıqlar, həmçinin ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalara nəzarət mexanizmləri nəzərə alınaraq hazırlanıb.


Məktəblərin bufetlərinə, qida təhlükəsizliyi və sanitar qaydalarına ictimai nəzarət olacaq


Seminarlar yekunlaşdıqdan sonra keçiriləcək imtahanı uğurla başa vuran iştirakçılar “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə təltif olunacaq. Bu nişan sayəsində həmin şəxslər fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək.


Eyni zamanda, təmsil etdikləri məktəblərdə bufetlər, sanitar qovşaq və digər ümumi istifadə olunan ərazilərə maarifləndirici məlumat banerləri yerləşdiriləcək, məktəblilərə paylanması üçün çap materialları ilə təmin olunacaq.


Müddəti keçmiş qidalar, içkilər...


Mövzu ilə bağlı qəzetimizə danışan təhsil eksperti Nadir İsrafilov deyir ki, ümumtəhsil müəssisələrindəki bufetlərdə bir çox normalar gözlənilmir: 




“Məktəb sadəcə bilik və bacarıq verməkdən ibarət deyil. Sağlam nəsil də yetişdirməlidir. Bu da qidalanmadan çox asılıdır. Uşaqların müəyyən hissəsi məktəb bufetində qidalanır. Bununla bağlı problem hər zaman aktual olub. Narazılıqlar və şikayətlər heç vaxt səngimir. Bura məktəb rəhbərliyinin nəzarəti də lazımi səviyyədə deyil. Bufetlər üçün lazım olan qidalar özəl şirkətlər tərəfindən təmin olunur. Müddəti keçmiş qidaların, eləcə də içkilərin bufetlərdə satılmasına icazə verilməməlidir. Buna bir nəzarətin olması və layihələrin icrası şübhəsiz ki, ümumi işimizin xeyrinə olacaq”.




Загрузка...
Həmçinin oxuyun:
AQTA məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlayır

AQTA məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlayır

Azərbaycanda 205 uşaq bağçasında nöqsanlar aşkarlanıb

Azərbaycanda 205 uşaq bağçasında nöqsanlar aşkarlanıb

Özəl bağçalarda yoxlamalar aparılacaq

Özəl bağçalarda yoxlamalar aparılacaq

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Koronavirusdan qorunmaq üçün alış-verişdən sonra bunları edin

Koronavirusdan qorunmaq üçün alış-verişdən sonra bunları edin

“Sağlam qida” sərgisi təşkil olunub

“Sağlam qida” sərgisi təşkil olunub

Məktəb bufetlərində “Tutku”, “Ozma” təhlükəsi – “Valideynlər ayıq olmalı, cavabdehlər isə cəzalanmalıdır”

Məktəb bufetlərində “Tutku”, “Ozma” təhlükəsi – “Valideynlər ayıq olmalı, cavabdehlər isə cəzalanmalıdır”

“Bu, qida mənşəli yox, toksik zəhərlənmədir” - Agentlik sədri

“Bu, qida mənşəli yox, toksik zəhərlənmədir” - Agentlik sədri

Peşə təhsilinə marağın artırılması məqsədilə “Öz peşəni seç” layihəsinə start verilib

Peşə təhsilinə marağın artırılması məqsədilə “Öz peşəni seç” layihəsinə start verilib

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

Məktəb bufetlərində bu qidaların satılması qadağandır - DİQQƏT

Məktəb bufetlərində bu qidaların satılması qadağandır - DİQQƏT

Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI

Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI

UNEC-də “Gənc müəllimlər-3” layihəsinə start verilir

UNEC-də “Gənc müəllimlər-3” layihəsinə start verilir

Bakıda uşağın yediyi şirniyyatın içərisindən qayka çıxdı

Bakıda uşağın yediyi şirniyyatın içərisindən qayka çıxdı

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaqlara Yeni il hədiyyələri alan valideynlər diqqətli olun! -XƏBƏRDARLIQ

Uşaqlara Yeni il hədiyyələri alan valideynlər diqqətli olun! -XƏBƏRDARLIQ

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıq var - Video

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıq var - Video

Məktəb bufetlərində vəziyyət necədir? - VİDEO

Məktəb bufetlərində vəziyyət necədir? - VİDEO

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

"STEAM Azərbaycan"- 1500-dən çox "üz sipəri" istehsal olunub

"STEAM Azərbaycan"- 1500-dən çox "üz sipəri" istehsal olunub

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var - AÇIQLAMA

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var - AÇIQLAMA