Məktəb bufetlərində bu qidaların satılması qadağandır - DİQQƏT
- İstifadə müddəti bitmiş və aşağı kefiyyətli qida məhsulu.
- Bir gün əvvəl hazırlanmış qida.
- Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.
- Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.
- İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla).
- İçalatı təmizlənməmiş quş.
- Vəhşi heyvanların əti.
- Suda üzən quşların yumurtası və əti.
- Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta.
- Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.
- Termiki emala məruz qalmayan yaxıl noxud.
- Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.
- Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.
- Kremli şirniyyat məmulatları (piroq və tortlar).
- Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama.
- Ev şəraitində hazırlanmış qatıq.
- Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).
- Termiki emala məruz qalmayan içkilər və morslar, kvas.
- Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadımamış süd.
- Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.
- Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.
- Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.
- Istiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.
- Təbii kofe, alkoqollu, energetik içkilər.
- Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar.
- Qazlaşdırılmış içkilər.
- Bitki yağları əsasında süd məhsulları və dondurma.
- Saqqız,çipslər.
- Tərkibində etalon olan (0,5 faizdən artıq) qımız və türş süd məhsulları.
- Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studentlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər.
- Yumurtalı makaronlar, qayğanaq.
- Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.(medicina.az)