Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var - AÇIQLAMA
Dövlət və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var.
Aztəhsil.com xəbər verir ki, bunu apa-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev deyib:
"Aparılan araşdırmalar nəticəsində müəssisələrdə bu normaları pozan rəhbərliklər müvafiq normalara uyğun cəzalandırılır. Hər bağçada uşaqların yaş həddi, orqanizmi nəzərə alınır. Qida rasionu azyaşlılar üçün olduqca önəmlidir və bu cür norma pozuntuları kəskin şəkildə işıqlandırılmalıdır".
Qurum rəsmisi əlavə edib ki, bağçalarda zəhərlənmə halları ilə bağlı bu il şikayətlər azalıb:
"Zəhərlənmə halları qidaların standartlara uyğun şəkildə saxlanılmaması ilə əlaqəlidir. Bağçalarda qidalar müəyyən normalara uyğun (3-7 günlük) saxlanılmasına nəzarət üçün xüsusi komissiya fəaliyyət göstərir. Payız-qış mövsümi ərzində bağçalarda bir neçə dəfə profilaktik tədbirlər aparılıb və heç bir gigiyenik norma pozuntusuna rast gəlinməyib".