AzTehsil.com


Xəbərlər
03 yanvar 2022
1 404


Məktəblərin ayaqyolusunda xadimələr şprislər, falqalar, iynələr tapır? - AÇIQLAMA




“Təəssüflər olsun ki, məktəblilər arasında da narkotik və ya ona bərabər olan vasitələrdən istifadə edənlər var. Buna görə ciddi şəkildə narahat olmaq lazımdır”.


Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 15 yaşında narkoman olan Rafiqin orta məktəblərin ayaqyolusunda xadimələrin şpris, falqa, iynələr tapması ilə bağlı səsləndirdiyi ittihamlara cavab verərkən deyib.


Onun sözlərinə görə bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır:


“Birinci məktəb direktorları aktiv iştirak etməlidirlər. Bu kimi baş verən hadisələr direktorların səhlənkarlığı ucbatından baş verir. Düşünürəm ki, orta məktəblərin girişlərində təhsil müəssisələrinə daxil olanların, məktəbin həyətində, yaxınlığında şagirdlərlə təmasda olanların izlənməsi üçün kameralar quraşdırılmalıdır. Aidiyyəti dövlət qurumlarının hesabatlarına baxanda görürük ki, son vaxtlar ölkədə narkotik vasitələrin istifadəçilərinin yaşında azalma müşahidə olunmaqdadır. Təhsil sistemində belə bir yanlış düşüncə var ki, orta məktəblərdə narkomaniyaya qarşı mübarizə tədbirlərinin aparılması hüquq-mühafizə orqanlarının işidir. Bu, çox dar və cılız düşüncədir. Bu bəlaya qarşı hamı mübarizə aparmalıdır, başda da orta məktəblər. Düzdür, hazırda orta məktəblərə izləyici kameraların quraşdırılması məktəb direktorunun keçirilən dərsləri izləməsi, məktəbə ümumi nəzarət etmək üçün işləyir. Amma məktəb yaşlı uşaqları bu bəladan qorumaq təhsil işçilərinin vəzifəsidir. Çünki uşaqlar məktəbdə, onun ərazisində bu bəlaya düçar olurlar”.


Kamran Əsədov bildirib ki, orta məktəblərdə şagirdlərə narkotik maddələrin istifadəsinin hansı bəlalara yol açdığı barədə maarifləndirici tədbirlər keçirilməlidir:


“Amma bu hansısa QHT-nin pul yumaq oyunu kimi həyata keçirilməməlidir. Çünki şagirdin gününün 5-6 saatı məktəbdə keçir. Bu müddət ərzində demək olar ki, onlar nəzarətsiz qalırlar. Məktəb rəhbərliyi mütəmadi olaraq məktəbliləri narkomaniyanın necə bəla olduğu barədə məlumatlandırmalıdır ki, onlar narkotik alverçilərinin toruna düşməsinlər. Amma bir çox direktorun başı pul yığmağa qarışdığı üçün bu ciddi məsələyə vaxt ayırmır”.




Загрузка...
Həmçinin oxuyun:
Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“2 həftə sonra tədris dayandırılacaq” xəbəri ilə bağlı açıqlama

“2 həftə sonra tədris dayandırılacaq” xəbəri ilə bağlı açıqlama

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Məktəbdə şagirdlərə narkotik vasitə təklif edilir? - DİN-dən REAKSİYA

Məktəbdə şagirdlərə narkotik vasitə təklif edilir? - DİN-dən REAKSİYA

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Şagirdlərin kütləvi vaksinasiyası nəzərdə tutulur?

Şagirdlərin kütləvi vaksinasiyası nəzərdə tutulur?

"Valideynin hədəfi uşağının diplom alması, məktəbinsə hədəfi uşağı yola verməkdir"

"Valideynin hədəfi uşağının diplom alması, məktəbinsə hədəfi uşağı yola verməkdir"

Məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət nə yerdədir? - AÇIQLAMA

Məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət nə yerdədir? - AÇIQLAMA

Təhsil naziri: "Magistraturaya qəbul olanların sayı 36 faiz artıb"

Təhsil naziri: "Magistraturaya qəbul olanların sayı 36 faiz artıb"

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA

Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA

Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?

Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

"Koronavirus tətili"nin təhsildə yaratdığı çətinliklər: Çıxış yolu nədir? Kamran Əsədov danışır - VİDEOMÜSAHİBƏ

"Koronavirus tətili"nin təhsildə yaratdığı çətinliklər: Çıxış yolu nədir? Kamran Əsədov danışır - VİDEOMÜSAHİBƏ

Ekspert: “Bədən tərbiyəsi, musiqi, dünya bilikləri fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır”

Ekspert: “Bədən tərbiyəsi, musiqi, dünya bilikləri fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır”

Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA

Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA

20 nömrəli məktəbin yaxınlığında baş verən yanğınla bağlı AÇIQLAMA

20 nömrəli məktəbin yaxınlığında baş verən yanğınla bağlı AÇIQLAMA

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Bakı məktəblərində koronavirusla bağlı vəziyyət necədir? - AÇIQLAMA

Bakı məktəblərində koronavirusla bağlı vəziyyət necədir? - AÇIQLAMA

Məktəblərin qarşısında şagirdlərə narkotik verilir? - DİN araşdırmalara başladı

Məktəblərin qarşısında şagirdlərə narkotik verilir? - DİN araşdırmalara başladı

Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var - NAZİR

Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var - NAZİR