AzTehsil.com


Xəbərlər / Müəllim / Direktor
10 noyabr 2021
3 848


Elşən Qafarov məktəb direktorlarına çağırış etdi




Məktəblinin dostunu görəndə “dovşana”, yeni kadrları görəndə “əjdahaya” dönən direktorlar......

Ötən əsrdə dünyada ,o cümlədən hələ Sovet imperiyası tərkibində olan Azərbaycanda ümumi təhsil məktəblərinin direktorları adətən daha yaradıcı və ya qabaqcıl müəllimlər arasından  təyin olunardı. Direktorların işə müsabiqə yolu ilə təyin olunması ilk dəhə keçən əsrin 50-ci illərində ABŞ-da başlandı.

 Aparılmış tədqiqatların nəticəsində məlum olmuşdur ki , heçdə yaradıcı və ya qabaqcıl müəllim həmişə uğurlu məktəb direktoru ola bilmir.Direktorların idarəetmə bacarıqları onların liderlik və psixoloji biliklərinin yoxlanılması yolu ilə həyata keçirilmiş , müsabiqədən keçən namizədlər isə müxtəlif kurslara və təlimlərə cəlb olunmaqla məktəblərə təyinatları həyata keçirilmişdir. 


Artıq 70-ci illərdə ABŞ-da pedaqoji sahədə kadr hazırlayan ali məktəblərdə təhsilin idarə edilməsi fənni ( School menecment) tədris olunmağa başlanılır.80-ci illərdə bu preses Avropa , eləcə də təhsili inkişaf etməkdə olan digər ölkələrə yayılmışdır.


Azərbaycanda  ümumitəhsil məktəblərinin rəhbər işçiləri üçün hələ sovet dövründə , eləcə də müstəqillik dövründə müxtəlif təlimlər və kurslar təşkil olunsa da , məktəb direktorlarının müsabiqə yolu ilə işə qəbulu prosesi 2014-cu ildə , Mikayıl Cabbarovun Təhsil naziri olduğu dövrdə başlandı. İlk olaraq , “Uğur Sertifikatı”, “Bu günün və sabahın direktorları”  və digər adlar altında  keçmiş Qafqaz Universiteti, Xəzər Universiteti, İqtisadiyyat Uniersiteti ( UNEC), hətda bir əlavə təhsil mərkəzi ilə birlikdə təlimlər təşkil olundu. Bu təlimlər Bakı şəhərində ( 1 dəfə Gəncə şəhərində təşkil olunmuşdu ) təşkil olunduğuna görə yalnız  Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəblərdə , o cümlədən bu şəhərlərdə yerləşən hazırda işğaldan azad olunan rayonların məktəblərində çalışan təhsilverənlərin qoşulmaq imkanı olurdu.


İlk dəfə Azərbaycan Respublikasında məktəb direktorların işə qəbulu mərkəzləşmiş qaydada Təhsil nazirinin 3 mart 2017-ci il tarixli 126 №-li əmri ilə həyata keçirilməyə başlandı.İndiyə dək 4 müsabiqə keçirilib.(  4-cu müsabiqə- ( Azərbaycan Respublikasının Təhsil nazirinin  23 sentyabr 2020-ci il F-449 №-li əmri ilə təsdiq olunub)  hələ başa çatmayıb). 


Ölkədə 4432 ümumi təhsil müəssəsi var və keçən 4 il ərzində məktəb direktorlarının ən azı 70%-i yenilənib.Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə direktor vəzifəsinə vakansiya yalnız son iki ildə çıxarılıb. ( 2019-cu ildə 3 məktəb üzrə , 2020-ci ildə 35 məktəb üzrə ). 


Nəzərə alsaq ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe olan 316 məktəb üzrə tədris və tərbiyə üzrə direktor müavinləri , o cümlədən UBTR, psixoloq, ÇHR,kitabxanaçı hətda lobarant (???) vəzifəsi üzrə vakant yerlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə təyin edilir , belə mənzərə yaranır ki , təhsili idarəetmə qrumlarının  son illərdə gördükləri əsas işlərdən biri imtahan keçirtmək olub. Biz hələ MİQ imtahanı , “daimiləşmə imtahanı “??? , “səriştəli metodist”,  “ məktəb inspektoru” və s. müxtəlif adlarla keçirilən və aylarla davam edən imtahan və müsabiqələri demirik.


Sual yaranır- bu imtahan və müsabiqələri keçirən qrumlar imtahan yolu ilə təyin etdikləri kadrların sonrakı talehi ilə maraqlanırlarmı ? 

2021-ci ildən başlayaraq ilk dəfə istər Təhsil Nazirliyi  DİQ müsabiqəsində , istərsə də Bakı şəhəri üzrə Təhsil İdarəsi direktor müavinləri müsabiqəsində uğur qazanan namizədlərə işə başlamamışdan öncə təlimlər təşkil etdilər.Alqışlayırıq. Amma bu təlimlərin qiymətləndirilməsi aparılmadığından , təlimlərdə kimin nəyi öyrəndiyi də məlum olmadı.


Bu yazımda diqqətinizi Bakı şəhəri üzrə məktəblərdə vakansiyaya çıxarılmış məktəblərə təyinat almış direktor müavinlərinin əksəriyyətinin qarşılaşdığı çətinliklərdən yalnız bir neçəsi üzərində durmaq istərdim. 

Yeni təyinat almış direktor müavinləri təhsil idarəsi tərəfindən məktəblərə təqdim olunmadı.” Gedin təyin olunduğunuz məktəbə deyin ki, biz bu gündən bu məktəbdə direktor müaviniyik” deyə tapşırıqla məktəbə göndərilən həmin müavinlərin əksəriyyəti  məktəb direktorları tərəfindən ilk gündən gözümçıxdıya salınıb. Belə direktorlar düşünürlər ki, həmin müavinlər məktəbə təhsil idarəsi tərəfindən “xəfiyyə” kimi göndərilib. ( düşüncəyə və yanaşmaya baxın !) Bir çox məktəblərdə məktəb direktorları “ictimai əsaslarla” özlərinə direktor müavini təyin idarək müsabiqə yolu ilə gələn müavinləri işdən faktiki uzaqlaşdırıblar.Direktor müavinləri üçün nəzərdə tutulmuş otaqlara buraxmırlar. Onları təhqir etməkdən və müəllimlərin yanında aşağılamaqdan belə çəkinmirlər. 


Bakı şəhəri üzrə Təhsil İdarəsi vəziyyətə nəzarət edə bilmir.Təyinat almış direktor müavinləri ilə maraqlanan yoxdur. Təhsil idarəsində Daxili Nəzarət sektoru az-çox işini qurmaq istəyən məktəbləri qarşı müxtəlif  “əməliyyatlar” keçirtməklə başı qarışıb. ( Bu barədə sonrakı yazılarımın birində ). Bəzi məktəblərdə direktor özbaşınalıqlarını gözardına vurmaqla əslində belə vəziyyətlərin artması və kəskinləşməsi üçün şərait hazırlayır.


Nə etməli ?- İlk növbədə Təhsil Nazirliyində, və ya Bakı şəhəri üzrə Təhsil İdarəsində yeni təyin olunan kadrlar üçün yarana biləcək metodiki və ya yuxarıda göstərdiyimiz bu və ya digər məsələlərlə bağlı dəstək məqsədi ilə əməkdaş ayrılmalı , telefon nömrələri verilməlidir. Təhsili idarəetmə orqanlarının əmri ilə məktəbə təyin olunmuş kadrları “qəbul etməyən “ direktorları ən sərt qaydada cəzalandırılmalı və ictimailəşməlidir. 


Sonda – Üzümü yeni təyinat alan kadrları təhqir edən , aşağılayan , onları vəzifələri üzrə əmək funksiyalarını yerinə yetirməyə mane olan direktorlara tutub demək istəyirəm ki, Məktəblinin Dostunu görəndə “dovşana” çevrilib, yeni direktor müavinləri və ya müəllimləri görəndə  “əjdahaya”  çevrilməkdənsə rəhbərlik etdikləri məktəblərdə olan kütləvi nöqsanları aradan qaldırsınlar !

Elşən Qafarov




Загрузка...
Həmçinin oxuyun:
Yeni təyin olunan direktorlar üçün təlimlərə start verilib

Yeni təyin olunan direktorlar üçün təlimlərə start verilib

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Distant təhsilalma forması və Azərbaycan təhsili

Distant təhsilalma forması və Azərbaycan təhsili

Direktorların işə qəbul müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti var? - Cavab

Direktorların işə qəbul müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti var? - Cavab

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Bu il Bakı məktəblərinə təyin olunan direktorların sayı AÇIQLANDI

Bu il Bakı məktəblərinə təyin olunan direktorların sayı AÇIQLANDI

Məktəb direktoru namizədlərinə sertifikatlar təqdim olundu

Məktəb direktoru namizədlərinə sertifikatlar təqdim olundu

“Ötən illərlə müqayisədə direktorların işə qəbulu müsabiqəsində gənc namizədlər çoxdur”- Eşqi Bağırov

“Ötən illərlə müqayisədə direktorların işə qəbulu müsabiqəsində gənc namizədlər çoxdur”- Eşqi Bağırov

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib

3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib

Direktorluq imtahanlarında ötənilki   nəticələrlə builki göstəricilər arasında inanılmaz fərq – Dəyişən rəqəmlər

Direktorluq imtahanlarında ötənilki nəticələrlə builki göstəricilər arasında inanılmaz fərq – Dəyişən rəqəmlər

Niyazi Şərifsoy: “Elə direktorlar var ki, onlardan nəinki məktəb rəhbəri, heç sinif rəhbəri də olmaz”

Niyazi Şərifsoy: “Elə direktorlar var ki, onlardan nəinki məktəb rəhbəri, heç sinif rəhbəri də olmaz”

Ekspert - Məktəbi böyük ölçüdə idarə edən baş müəllimdir.

Ekspert - Məktəbi böyük ölçüdə idarə edən baş müəllimdir.

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Ceyhun Bayramov məktəb direktorları ilə bağlı əmr imzaladı

Ceyhun Bayramov məktəb direktorları ilə bağlı əmr imzaladı

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən