AzTehsil.com


Xəbərlər / Müəllim
07 oktyabr 2021
2 576


Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA



Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

 

Cəsarət Valehov: "4500 məktəb var, bütün məktəblərdə pul yığılması ilə bağlı eyni vaxtda yoxlama apara bilmərik”

5 oktyabr Beynəlxalq  Müəllimlər gününü arxada qoyduq. Bu dəfə də Müəllimlər günü valideynlərin narazılığı olmadan ötüşmədi.  Belə ki,  müəllimlərin "mənim üçün pul yığılmasın” deməsi müsbət qarşılanmayıb. Bizimlə söhbətdə "əvvəllər pul yığılmasına etiraz edilirdi, indi niyə etiraz edirsiniz” sualına  valideynlərdən biri, Lətifə Əliyeva belə cavab verib: "Əvvəllər bütün sinif üzrə hər valideyn 10 manatdan yığırdıq, sinif adından hədiyyə alıb verirdik. İndi bəzi müəllimlərə bu pul azlıq edir. Ona görə elan veriblər ki, pul yığılmasın. Kim istəsə özü alsın. Özümüz də alanda baha başa gəlir. Almamaq da olmur. Elə valideynlər var ki, müəllimə 50, 100 manatlıq hədiyyə alır, pul verir. Uşaqlarımız arasında fərq qoyulur. Bu da bizə pis təsir edir”.

Övladı bu il birinci sinfə gedən digər valideyn Sevinc Məmmədova (ad şərtidir) isə başqa səbəbə görə şikayətçidir: "Mənim şikayətim dərsdə ilk partada oturanlarla bağlıdır. Övladımın boyu balacadır, müəllimədən xahiş etdim ki, ön partada  otursun. Dediyimə məhəl qoymadı. Ən hündür uşağı ilk partada oturdub. Sonradan o biri valideynlərdən eşitmişəm ki, ilk partada oturmaq üçün 200 manat, ikinci partada oturmaq üçün 100 manat verirlər. Düzdür, bunu açıq şəkildə demirlər. Amma valideynlər bizə deyiblər. Müəllim adına layiq olun, insaflı olun bir az. Uşaqlar arasında niyə ayrı-seçkilik salırsınız?”

Səkinə  adlı digər valideyn isə deyilənlərlə razılaşmayıb: "Hər il bu vaxt belə söhbətlər açılır. Hər kəs hədiyyə alanda sevinir, nə olar ki, müəllimi də bir gün sevindirsək. Guya başqa sahənin adamlarına hədiyyə verilmir?! Niyə müəllimləri hədəfə alırsız. Mən özüm də uşaq vaxtı hədiyyə aparmışam, indi də övladımın müəlliminə aparıram”.

Göründüyü kimi, valideynlər arasında müxtəlif fikirlər səsləndirilir, narazılıqlar, şikayətlər edilir. Bəs, görəsən, deyilənlər həqiqətə uyğundurmu? Ümumiyyətlə, Müəllimlər günü ilə bağlı Təhsil Nazirliyinə şikayət daxil oldumu? Bu və digər suallarla bağlı "Yeni Müsavat”a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov cavab verib: "Müəllimlər günü ilə bağlı hər hansı neqativ xəbər bizə daxil olmayıb. Ancaq pozitiv xəbər almışıq. O ki qaldı digər şikayətlərə, məktəbdə qeyri-qanuni pul yığımları olmamalıdır. Əgər bu baş verərsə, kim bunu edirsə, bununla bağlı Təhsil Nazirliyinin ”Qaynar Xətti”nə  (146 nömrəsinə) anonim olmadan məlumat verilməlidir. Bəzən bizə sorğular gəlir ki, məktəblərdə pul yığılır. Ölkədə 4500 məktəb var, bütün məktəblərdə pul yığılması ilə bağlı eyni vaxtda yoxlama apara bilmərik. Bu mümkün deyil. Ola bilər ki, hansısa məktəbdə belə faktlar var. Amma bunu konkret olaraq deyən şəxsin özü də məlumatları təfərrüatla deməlidir  ki, bizim də xəbərimiz olsun, araşdırma apara bilək. O ki qaldı müxtəlif qruplarda hansısa müzakirələrin getməsinə, kiməsə hədiyyənin alınması, bunun bahalı, qeyri bahalı olması məsələsinə, bunu biz nizamlaya bilmərik. Bilirsiniz, məktəbə yardım etmək olar. Bu, təbii olan bir məsələdir. Bu, bütün dünyada baş verən bir prosesdir. Məktəblərə valideynlərin könüllü olaraq yardım etməsi mümkündür. Çox da yaxşı bir ənənədir. Belə olan halda, icma nümayəndələri həmin yardımları, hədiyyələri edərkən onu məqsədli şəkildə edirlər. Tutaq ki, müəyyən maliyyə vəsaitləri ilə məktəbin kitabxanasına kitablar alınır. Yaxud da idman meydançası müəyyən qədər təmir olunmalıdır. Bununla bağlı kifayət qədər misallar çəkə bilərik. Bu, başqa bir məsələdir. Amma bir məktəb rəhbərliyinin, müəllimin "mənə bu qədər vəsait gətirin” deməsi qeyri-qanunidir”.

C.Valehov "Bəzən fond pulu yığılmasına etiraz edilir, amma məktəblərdə əlavə dərs vəsaitləri üçün lazım olan ”katric”, kağızları almağa pul lazımdır. Təhsil Nazirliyi tərəfindən məktəblər bu kimi vəsaitlərlə  təmin edilirmi?” sualına da cavab verib: "Təbii ki, təchizatın müəyyən təminatları var. Ola bilər ki, hansısa məktəblərdə bu təminatlar yetərli olmasın. Mən bunun əksini desəm, fikrim tam qəbul olunmayacaq. Bu, məktəb-icma fəaliyyətində özünü göstərməlidir. Məktəblə icmanın, valideynlər şurasının, valideynlər komitəsinin hər hansı bir münasibəti varsa, yardım etmək, könüllü şəkildə bu işləri görmək istəyən insan varsa, niyə də olmasın?! Bunu xüsusi rejimə salmaq, ”mütləq verməlisiniz” demək isə doğru deyil”.

"Yeni Müsavat”



Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

Məktəb açılanda şagirdlər partada hansı qaydada əyləşəcək?

Məktəb açılanda şagirdlər partada hansı qaydada əyləşəcək?

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Cəsarət Valehov: Valideynlərinin vaksin olunması ilə bağlı...

Cəsarət Valehov: Valideynlərinin vaksin olunması ilə bağlı...

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Uşaqlara Yeni il hədiyyələri alan valideynlər diqqətli olun! -XƏBƏRDARLIQ

Uşaqlara Yeni il hədiyyələri alan valideynlər diqqətli olun! -XƏBƏRDARLIQ

Roza Məmmədova çirkin əməllərindən əl çəkmir

Roza Məmmədova çirkin əməllərindən əl çəkmir

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Emin Əmrullayev bir sıra mühüm məqamlara aydınlıq gətirib

Emin Əmrullayev bir sıra mühüm məqamlara aydınlıq gətirib

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - AÇIQLAMA

“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - AÇIQLAMA

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Şagirdlər məktəbdə maska taxacaq? - RƏSMİ AÇIQLAMA

Şagirdlər məktəbdə maska taxacaq? - RƏSMİ AÇIQLAMA

Nazirlik: Müəllimlər spirt almağa məcbur edilə bilməz

Nazirlik: Müəllimlər spirt almağa məcbur edilə bilməz

Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə RƏSMİ CAVAB

Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə RƏSMİ CAVAB

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Təhsil Nazirliyindən vacib açıqlama

Təhsil Nazirliyindən vacib açıqlama

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”