Xəbərlər / Direktor / Müəllim
23 dekabr 2020

Niyazi Şərifsoy: “Elə direktorlar var ki, onlardan nəinki məktəb rəhbəri, heç sinif rəhbəri də olmaz”

Niyazi Şərifsoy: “Elə direktorlar var ki, onlardan nəinki məktəb rəhbəri, heç sinif rəhbəri də olmaz”

 

Hamımıza məlumdur ki, məktəb direktoru təhsil ocağının siması, əsas sütunudur. Məktəb rəhbəri təhsil müəssisəsini həm müsbətə, həm də mənfiyə dəyişə bilər. Bu baxımdan da məktəb direktoru vəzifəsinin çox önəmli və məsuliyyətli olduğunu düşünürəm. Amma gəlin bir nəzərdən keçirək ki, biz zamanla bu vəzifəyə necə baxmışıq?

Etiraf edək ki, hələ Sovetlər dövründən bu məsuliyyətli vəzifəyə bir o qədər də əhəmiyyət verməmişik. İstisnalar olmaqla, əksər hallarda yüksək vəzifədən vurulanlar, böyük adamların qohumları, əlaltıları, nə bilim daha kimlər fərqinə varılmadan bu vəzifələrə təyin olunub. Düşünülməyib ki, kiçik bir vəzifə kimi baxılan məktəb rəhbəri bir kəndin, bir qəsəbənin, bir ərazinin ictimai-siyasi, sosial həyatına birbaşa təsir edir. Axı həmin direktor minlərlə gəncin yetişməsinə, həmin gəncləri yetişdirən müəllimlərin fəaliyyətinə birbaşa cavabdehdir.

Ölkəmizdə təxminən 4500-dən çox ümumtəhsil məktəbi var. Sizcə, bu məktəblərə rəhbərlik edənlərin neçə nəfəri öz vəzifəsinin öhdəsindən layiqincə gəlir? Onların fəaliyyəti araşdırılır, təhlil edilirmi? Fəaliyyətləri hansı meyarlar üzərində ölçülür?

Deməli, hansı məktəb rəhbəri daha çox yuxarı sinif şagirdlərinin repititor yanına getməyinə təmənnalı şərait yaradırsa, bunun hesabına da qəbul imtahanlarında yüksək nəticələr əldə edirsə, olur ən yaxşı direktor. Vəssalam, şüttamam. Daha məktəbdə təlim-tərbiyə işinin düzgün qurulması, vətəndaş yetişdirmək öhdəliyi, şagirdlərin oxu, yazı bacarıqları, onlarda mütaliə vərdişlərinin formalaşması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və çox sayda mühüm məsələlər qalır kənarda.

Tam səmimiyyətimlə deyirəm ki, bilik səviyyəsi, idarəetmə qabiliyyəti, İKT bacarıqları çox aşağı səviyyədə olan elə direktorlar var ki, əslində onlardan nəinki məktəb rəhbəri, heç sinif rəhbəri də olmaz.

Etiraf edək ki, həmişə olduğu kimi indiki dövrdə də, az da olsa vicdanlı məktəb rəhbərləri var. Bir neçə il öncə, müəyyən nailiyyətlər əldə etmiş

müəllimlərin, direktor müavinlərinin məktəb direktoru kimi hazırlanması ilə bağlı işlərə start verildi. Təhsil nazirliyinin və tabeliyindəki bir neçə qurumun təşkilatçılığı ilə bu iş xüsusi kurslar vasitəsilə həyata keçirildi. Kursu bitirənlərin əksəriyyəti "Uğur” sertifikatı alaraq məktəblərə direktor kimi göndərildi. Həmin kadrların əksər qismi etimadı doğrultdu. Əslində, bu çox yaxşı təcrübə idi. Amma nədənsə bu ənənə sonralar davam etmədi.

İndi gəlin Direktorların İşə Qəbulu (DİQ) müsabiqəsindən danışaq. Düzdür, Təhsil Nazirliyinin DİQ müsabiqəsini təşkil etməkdə məqsədi şəffaflığı, obyektivliyi təmin etmək, məktəblərimizə bacarıqlı kadrlar yerləşdirməkdir. Amma gəlin görək Təhsil Qanunvericiliyini, Əmək Məcəlləsini əzbər bilmək, RTŞ ilə razılaşdırılmış şəkildə keçirilən müsahibələr həmin şəxslərin yaxşı direktor olacağına təminat verirmi? Təyin olunan həmin direktorların 2-3 illik fəaliyyətləri necə, təhlil edilirmi? Bəs, müddətli müqavilə ilə təyin olunan direktorlar? Birillik müqavilələrlə işləyən, hər il müqavilənin müddəti uzadılan direktorlar necə, hansı nəticəyə nail olurlar?

Məncə, vəziyyətdən ən yaxşı çıxış yolu direktorluq məktəbinin yaradılmasıdır. Hər il 300-400 nəfər vicdanlı, təhsil təəssübkeşi olan, idərəçiliyi və məktəbi yaxşı bilən müəllimlərimizdən məktəbin idarə olunması işini yüksək səviyyədə bilən direktorlar hazırlaya bilərik. Amma ən vacib şərtlərdən biri də budur ki, həmin direktorların da fəaliyətinə sonradan ciddi nəzarət olunsun.

Fürsətdən istifadə edib sonda bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, məlum səbəblərdən bizdə məktəb direktorlarına qarşı biraz da aqressiv münasibət var. Məncə bu münasibəti zamanla aradan qaldırmalıyıq. Məktəb rəhbərlərinə də hərdən sual verməliyik ki, sizin probleminiz nədir? Hansı maneələrlə rastlaşırsınız? Axı məktəb direktorları rəhbər vəzifədə işlədikləri üçün çox vaxt qarşılaşdıqları problemləri deyə bilmirlər.


Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

“Bəzi rektorlar gələndə mərtəbəni bağlayırlar ki, birdən tələbəylə qarşılaşıb, çəkisi düşər” – Fazil Mustafa

“Bəzi rektorlar gələndə mərtəbəni bağlayırlar ki, birdən tələbəylə qarşılaşıb, çəkisi düşər” – Fazil Mustafa

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

300  direktora  töhmət verildi - 30-u işdən çıxarıldı

300 direktora töhmət verildi - 30-u işdən çıxarıldı

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Sinif rəhbərinin zəhməti düzgün qiymətləndirilməlidir

Sinif rəhbərinin zəhməti düzgün qiymətləndirilməlidir

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

Yeni təyin olunan direktorların bilməli olduğu vacib sənədləşmələr – Metodiki bilgilər

Yeni təyin olunan direktorların bilməli olduğu vacib sənədləşmələr – Metodiki bilgilər

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Məktəb rəhbərlərindən DİQ imtahanları ilə bağlı təkliflər: Əlavə təlimlər, cavabların göstərilməsi....

Məktəb rəhbərlərindən DİQ imtahanları ilə bağlı təkliflər: Əlavə təlimlər, cavabların göstərilməsi....

Məktəb direktoru və  digər rəhbərlər tərəfindən sinif rəhbərinə  münasibət göstərilmirsə....

Məktəb direktoru və digər rəhbərlər tərəfindən sinif rəhbərinə münasibət göstərilmirsə....

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Metodbirləşmələr necə təşkil olunur, sədr necə seçilir?-Problem və təkliflər

Metodbirləşmələr necə təşkil olunur, sədr necə seçilir?-Problem və təkliflər

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Şagirdlərin şəxsi işləri necə hazırlanır

Şagirdlərin şəxsi işləri necə hazırlanır

10 məktəb “başsız” qalıb

10 məktəb “başsız” qalıb

ESSE : Rəhbərlik edəcəyiniz məktəbdə  məktəbdaxili nəzarəti necə həyata keçirdərdiniz ?

ESSE : Rəhbərlik edəcəyiniz məktəbdə məktəbdaxili nəzarəti necə həyata keçirdərdiniz ?