Xəbərlər, Ekspert
05 mart 2020

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

 

Təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov koronovirusla bağlı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasından danışıb.


"Hesab edirəm ki, bizdə koronovirusla bağlı vəziyyət real təhlükədən daha çox panika xarakteri daşıyır. Əhali arasında təşviş yaradılmasında bəzi kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrin də rolu az deyil. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu koronavirusla bağlı yalan məlumatlar yayan sayt rəhbərinə xəbərdarlıq edib. Əlbəttə təhlükə ehtimalı varsa qabaqlayıcı tədbirlər qaçılmazdır ki, bu məsələ də istər Respublika rəhbərliyinin, istərsə də əlaqədar dövlət qurumlarının diqqət mərkəzindədir.


Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib. Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib. Belə ki, Təhsil Nazirliyi koronavirusla bağlı valideynlərə müraciət edib, orta məktəblərə müəyyən göstərişlər verilib, dezinfeksiya edilən məktəblər ölkədəki bütün məktəblərin demək olar ki, yarısını təşkil edir. Bu proses qarşıdakı günlər ərzində intensiv şəkildə davam etdiriləcək. Məktəblərin profilaktik işlərlə bağlı müvəqqəti bağlanması başa çatdıqdan sonra müddətin yenidən uzadılması əlbəttə ki, istisna olunmur. Tətil müddətinin uzadılıb-uzadılmaması barədə konkret qərarın qəbul edilməsi martın 10-dan sonra hadisələrin hansı axarda cərəyan edəcəyindən asılı olan məsələdir. Hələ ki, əsas vəzifə ölkənin təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə daha həssas yanaşılması, tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən ibarətdir. Bir də ki, havaların getdikcə istiləşməsi virusun yayılma ehtimalını minimuma endirir. Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm. O ki, qaldı tətil günlərinin necə kompensasiya olunacağı məsələsinə, yəqin ki, bununla bağlı əlavə rəsmi məlumat veriləcək”. 










Загрузка...
loading...

Həmçinin oxuyun:
Koronavirusa görə dərs ili uzadılacaq? - RƏSMİ CAVAB

Koronavirusa görə dərs ili uzadılacaq? - RƏSMİ CAVAB

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Məktəblərdəki bir həftəlik tətil necə kompensasiya olunacaq?

Məktəblərdəki bir həftəlik tətil necə kompensasiya olunacaq?

Tətil günlərinin necə kompensasiya olunacağı ilə bağlı müvafiq olaraq əlavə məlumat veriləcək

Tətil günlərinin necə kompensasiya olunacağı ilə bağlı müvafiq olaraq əlavə məlumat veriləcək

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Təhsil Nazirliyi valideynlərə müraciət edərək koronavirusla bağlı bəzi tövsiyələr verib.

Təhsil Nazirliyi valideynlərə müraciət edərək koronavirusla bağlı bəzi tövsiyələr verib.

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

"Məktəblərlə bağlı qərar pedaqoji kollektivə də aiddir" - Təhsil nazirinin müşaviri

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama

Təhsil Nazirliyinin rəsmisindən məktəblərin bağlanması tələbinə reaksiya...

Təhsil Nazirliyinin rəsmisindən məktəblərin bağlanması tələbinə reaksiya...

Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaratdı

Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaratdı

Qubad İbadoğludan koronovirus təklifləri – “Dərslər Novruza qədər dayandırılsın”

Qubad İbadoğludan koronovirus təklifləri – “Dərslər Novruza qədər dayandırılsın”

Koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər

Koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər

Məktəbli formaları - rahat və uyğun

Məktəbli formaları - rahat və uyğun

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir

Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir

Güclü külək Bakıda bu qədər məktəbə ziyan vurdu – Dam örtüyü uçan, qazanxanası zədələnən -RƏSMİ

Güclü külək Bakıda bu qədər məktəbə ziyan vurdu – Dam örtüyü uçan, qazanxanası zədələnən -RƏSMİ

Sabahdan məktəblərdə dərs başlayır - NAZİRLİK

Sabahdan məktəblərdə dərs başlayır - NAZİRLİK

Təxirə salınan dərs günləri məktəblilərin tətilindən çıxılacaq? – Rəsmi cavab

Təxirə salınan dərs günləri məktəblilərin tətilindən çıxılacaq? – Rəsmi cavab

“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”

“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Baş Prokurorluqdan intim videosu yayılan şagirdlərlə bağlı KİV-ə - Xəbərdarlıq

Baş Prokurorluqdan intim videosu yayılan şagirdlərlə bağlı KİV-ə - Xəbərdarlıq