AzTehsil.com


Xəbərlər / Ekspert / Direktor
29 mart 2022
2 140


Mütəxəssis rəyi: “Məktəb elə sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir.




“Çiyinlərində böyük məsuliyyət yükü daşıyan rəhbər işçinin uğurlu olması üçün nə lazımdır?”, “Məktəb direktoru hansı keyfiyyətlərə sahib olmalıdır? – bu kimi suallara cavab axtarmaq heç vaxt gec deyil…”


Bəzi məktəblərdə direktorların fəaliyyəti ilə bağlı narazılıqlar müşahidə olunmağa davam edir.

Müəllim  və valideynlər arasında müəyyən direktorlardan pul yığımları, məktəb heyəti ilə davranış qaydaları və s. ilə bağlı şikayətlər var. Xüsusilə bayram ərəfələrində bu narazılıq və şikayətlər daha da artır və ciddi hal alır.


Ümumilikdə bu kimi məktəb direktorlarının fəaliyyətinin tənzimlənməsi, onların fəaliyyətlərinə ciddi nəzarət istiqamətində hansı addımlar atıla bilər? Bu mövzuda necə bir sistem qurmaq, yaxud tədbir görmək doğru olar?


AzEdu.az-a açıqlamasında mövzunun səbəblərini aydınlaşdıran təhsil üzrə mütəxəssis Nadir İsrafilov atılacaq addımlarla sadəcə şikayətlərin minimuma endiriləcəyini qeyd edərək, bunun mənbəyinin araşdırılmalı olduğunu bildirib:


“Məktəblərdə direktorların fəaliyyəti ilə bağlı şikayətlər bütün dövrlərdə müşahidə olunub, bundan sonra da olunmayacağı istisna deyil. Ümumilikdə bu kimi məktəb direktorlarının, fəaliyyətlərinə ciddi nəzarət istiqamətində atılacaq addımlar, fəaliyyətinin tənzimlənməsi ilə bağlı hər hansı bir sistemin qurulması isə ən yaxşı halda şikayətlərin minimuma endirilməsinə gətirib çıxara bilər.


Əvvəla, baxaq görək şikayətlər nədən qaynaqlanır? Narazılıqlardan. Narazılıq nədən yaranır? Qeyri-məmnunluqdan, inciklikdən, istədiyinə nail olmamaqdan. Bütün narazılıq xarakterli şikayətləri obyektiv yanaşma hesab etmək və çıxış yolunu şikayət pərdələməkdə və ya şikayətçinin narazılığını təmin etməkdə görmək nə dərəcədə düzgündür? Bu, artıq şikayəti ciddi araşdırıb, obyektiv qiymət verən qurumların mövqeyindən asılıdır. Nə qədər ki, narazılıqlara düzgün baxılacaq və obyektiv qiymət veriləcək, şikayətlərin sayı kəskin azalacaq. Nə qədər ki, “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyib, “özünə güvən” arxalıların sayğısız əməllərinə göz yumulacaq, şikayətlərin sayı bir o qədər artacaq”.

Mütəxəssis, direktorun keyfiyyət göstəricilərini və məktəbin idarə edilməsində diqqət edilməli olan vacib nüansları nəzərə çatdırıb:


“Bu baxımdan orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə və menecerlik bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır. Ümumiyyətlə, direktorların orta ümumtəhsil müəssisələrinin inkişafına mane olan hansı meyarların  köklü şəkildə dəyişməsinə ehtiyac var?  Hər şeydən əvvəl məktəb direktorun bölgənin xarakterik xüsusiyyətlərinə bələd olması vacib şərtdir. O, ərazidə tanınmalı, ictimaiyyət tərəfindən qəbul edilməli, kollektivdə şəriksiz lider olmalıdır.

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən məktəbin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır. Direktor konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır. Nümunəvi Nizamnamə ilə müəyyən edilən vəzifələrin həyata keçirilməsinə nəzarət edir. O, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Məktəbdə formalaşan iş mühiti təlim – tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır. Əbəs yerə deyil ki, “direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Azərbaycanda direktor “müəssisə, idarə yaxud məktəb müdiri” kimi izah edilir. Direktor məktəbin rəhbəri, təlim – tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif  bir – birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir”.



O, məktəb rəhbərinin bilməli olduğu məlumatlara, hüquqi-normativ sənədlərə diqqət çəkib:


“İşçilərin əmək funksiyasını valideyn və şagirdlərin hüquq və hüquqlarını bilmək isə xüsusilə önəmlidir. Vacib xarakterlərdən biri kimi direktor məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı ilə fərqlənməlidir. O, təhsilə aid olan hüquqi-normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nın bir bölməsi ümumtəhsil məktəbində işləyən işçilərə şamil edilib. Həmin bölmədə direktorun əmək funksiyası da kifayət qədər əks olunub. Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin genişləndirilməsi, direktorların peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində seçilib təyin edilməsi məqsədilə verilən əmrə əsasən “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilib”.


İmtahan vasitəsilə seçilən direktorların yaşayış yerlərindən uzaq məktəblərə təyin olduğunu bildirən mütəxəssis, əsas problemlərdən birinin də bu olduğunu vurğulayıb:

“Məktəb elə sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir. Gərək lazımi səriştə və təcrübəsi, işlədiyi mikro ərazidə hörməti və nüfuzu olsun, valideynlə, ictimaiyyətlə işləməyi bacarsın. Burada bir məsələ də var: imtahan yolu ilə seçilən direktorların bir problemi də onların yaşayış yerlərindən çox uzaq yerlərə, təyin edilmələridir. Məsələn, Xəzər rayonunda yaşayan biri Qaradağ rayonundakı məktəbə direktor təyin olunacaqsa, burda hansı səmərəli idarəetmədən söhbət gedə bilər? Direktor məktəbə müəllimlərdən heç olmasa ən gec halda 15-20 dəqiqə tez gəlməli və o qədər də gec getməlidir.  Tıxacları da nəzərə alsaq, şəhərin bir başından digər başına 100 km-lərlə məsafəni qət edən direktorun vəziyyətini bir anlığa təsəvvür etməyə çalışaq. Və ya yaşadığı regiondan xeyli kənarda onun sosial şəraitində yarana biləcək problemləri düşünək...


Hesab edirəm ki, seçim zamanı namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdən biri ola bilər. Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar. Direktor hər şeydən əvvəl şəxsiyyət olmalıdır. Məktəbə tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən biri məktəbə rəhbərlik etməlidir. Loru dildə desək, məktəb direktoru nə də olmasa, tabeliyindəki kollektiv üzvlərindən “bir baş” yüksək olmalıdır…”


Mütəxəssis direktorun məktəb daxilində fəaliyyət göstərən birliklərlə sıx əlaqəsinin idarəetmədə önəmini qeyd edib:


“Məktəb rəhbərliyi kollegial idarəetmə orqanı çərçivəsində pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsilalanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli Valideyn komitələri, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyərsə, səmimiyət bir o qədər çox, narazılıq və şikayətlər də bir o qədər az olar. Bütün bunlar məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını şərtləndirən səbəblərdəndir. “Çiyinlərində böyük məsuliyyət yükü daşıyan rəhbər işçinin uğurlu olması üçün nə lazımdır?”, “Məktəb direktoru hansı keyfiyyətlərə sahib olmalıdır?” – bu kimi suallara cavab axtarmaq heç vaxt gec deyil”.


Son olaraq o,-“Direktor seçiminə ciddi və həssaslıqla yanaşılmalı, irad və şikayətlərə operativ reaksiya verilməlidir”-deyə bildirib.




Загрузка...
Həmçinin oxuyun:
Sədr müavini - İmtahan varsa, müsahibə nə deməkdir?

Sədr müavini - İmtahan varsa, müsahibə nə deməkdir?

Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Valideynlərə şad xəbər...

Valideynlərə şad xəbər...

Məhəbbət Vəliyeva: Məktəb böyük müəssisədir və burada məktəbdaxili münasibətləri idarə etmək asan deyil

Məhəbbət Vəliyeva: Məktəb böyük müəssisədir və burada məktəbdaxili münasibətləri idarə etmək asan deyil

Məktəblərin ayaqyolusunda xadimələr şprislər, falqalar, iynələr tapır? - AÇIQLAMA

Məktəblərin ayaqyolusunda xadimələr şprislər, falqalar, iynələr tapır? - AÇIQLAMA

Mehriban Vəliyeva: Məktəb-valideyn tərəfdaşlığını qurmaq üçün məktəb ailə birliyi yaradılmalıdır

Mehriban Vəliyeva: Məktəb-valideyn tərəfdaşlığını qurmaq üçün məktəb ailə birliyi yaradılmalıdır

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Ekspert - Məktəbi böyük ölçüdə idarə edən baş müəllimdir.

Ekspert - Məktəbi böyük ölçüdə idarə edən baş müəllimdir.

Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”

Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Şiddət sevən müəllimlər – Fiziki cəza tərbiyə üsuludurmu? – Açıqlama

Şiddət sevən müəllimlər – Fiziki cəza tərbiyə üsuludurmu? – Açıqlama

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

Məktəbdə davranış qaydaları

Məktəbdə davranış qaydaları

Valideynlərin nəzərinə - məktəb seçərkən bunlara diqqət edin

Valideynlərin nəzərinə - məktəb seçərkən bunlara diqqət edin

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

DAVRANIŞ QAYDALARI

DAVRANIŞ QAYDALARI

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

Mədəniyyət Nazirliyi Xoreoqrafiya Akademiyasında araşdırmalara başlayıb

Mədəniyyət Nazirliyi Xoreoqrafiya Akademiyasında araşdırmalara başlayıb

Azərbaycanda dərslər bu tarixdən yenidən bağlana bilər - Yoluxma kəskin artır

Azərbaycanda dərslər bu tarixdən yenidən bağlana bilər - Yoluxma kəskin artır