AzTehsil.com


Xəbərlər
11 iyun 2021
3 508


Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”



Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”

 

"Son həftələrdə 24 məktəbdə monitorinq keçirilib. Məqsəd məktəblərdə hüquqi sənədləri deyil, öyrətməni ölçmək idi. Burada əsas məqsəd uşaqların məktəblərdə nə dərəcədə öyrənməsidir”. Bunu təhsil naziri Emin Əmrullayev "Facebook”da canlı yayım zamanı deyib.

O bildirib ki, bir çox halda, müəllimlərin dərsə hazırlıqsız gəlmələri, dərs prosesinin təşkilində çətinlik çəkmələri müşahidə edilib: "Monitorinqlər müəllimin əsas ehtiyacının nə olmasını öyrənməyə imkan verəcək. Monitorinqlərin nəticəsinə əsasən müəyyən təlimlər və addımların atılmasını planlaşdırırıq”.

Nazir qeyd edib ki, 24 məktəbdə keçirilən monitorinq zamanı müəllimlərin dərsə hazırlıqsız gəlmələri müəyyən edilib. Maraqlıdır, müəllimlər niyə hazırlaşmadan dərsə daxil olurlar?
 
"...onların məsuliyyət hissinin artmasına səbəb olacaq”
 
Təhsil eksperti Nadir İsrafilov bildirdi ki, müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir: "Sovet dönəmində belə bu məsələyə ciddi yanaşılırdı. Müəllim dərsə daxil olan kimi ondan dərsin təşkili, plan haqqında məlumat soruşulurdu. Bu səbəbdən də o vaxtlar müəllimlərin dərsə hazırlıqsız gəlmələri gündəmdə deyildi. Bir müddət keçəndən sonra müəllimlərdən tələbkarlığın azaldılması ilə bağlı çağırışların səslənməsi bu sahədə boşluqların əmələ gəlməsinə səbəb oldu. Nəzərə almaq lazımdır ki, pandemiya rejiminin bir ildən artıq davam etməsi qeyd olunan sahədə mövcud olan boşluqları daha da çoxaltdı”.

Həmsöhbətimizin sözlərinə görə, müəllimin dərsə hazırlıqsız gəlməsi pedaqoqun nümunə kimi şagirdlərin gözündən düşməsinə gətirib çıxara bilər: "Bu hal böyük bir nəslin savadsız yetişməsinə səbəb ola bilər. Ona görə də müəllimlərin işə qəbulunda diaqnostik qiymətləndirməsi yoxlanılır. Təhsil nazirinin yenidən bu məsələni gündəmə gətirməsi müəllimlərin peşəkarlığına, onların məsuliyyət hissinin artmasına səbəb olacaq. Danılmaz faktdır ki, uzun illərdir bu sahəyə lazımi diqqət yetirilməyib. Media və bəzi valideynlər tərəfindən hər hansı bir məktəbdə müəllimlərin dərsindən narazılıq olması bir neçə dəfə müzakirə olunub. Ancaq bu problem rəsmi səviyyədə gündəmə gətirilməmişdi. Hesab edirəm ki, təhsildə olan problemlərin həll olunması üçün nazirin fikir bildirməsi bu sahədə yaşananların həll olunmasına səbəb olacaq”.



Загрузка...
Həmçinin oxuyun:
Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmayacaq? – Təhsil Nazirliyindən açıqlama

Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmayacaq? – Təhsil Nazirliyindən açıqlama

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdlər hələ də dərsə getmir - Qalmaqallı siniflə bağlı araşdırma

Şagirdlər hələ də dərsə getmir - Qalmaqallı siniflə bağlı araşdırma

Məktəblərdə yoxlama olacaq - Qripli uşaqlar dərsə buraxılmayacaq

Məktəblərdə yoxlama olacaq - Qripli uşaqlar dərsə buraxılmayacaq

Emin Əmrullayev: “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil”

Emin Əmrullayev: “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil”

Eyni sinifdə oxuyan uşaqlar dərsə fərqli günlərdə gedə bilərlər

Eyni sinifdə oxuyan uşaqlar dərsə fərqli günlərdə gedə bilərlər

"Guya, dərslər  sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə  nə olacaq ki?"-ekspertlərin rəyi

"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

Övladın qarşısına qoyulan hədəflər onu daha məsuliyyətli edir

Övladın qarşısına qoyulan hədəflər onu daha məsuliyyətli edir

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllimlərin işə qəbul müsabiqəsində hansı suala üstünlük veriləcək

Müəllimlərin işə qəbul müsabiqəsində hansı suala üstünlük veriləcək

Yağmurlu hava Bakı məktəblərindəki davamiyyətə təsir göstəribmi?

Yağmurlu hava Bakı məktəblərindəki davamiyyətə təsir göstəribmi?

Nazir müəllimlərin sertifikasiyasının gecikməsinə aydınlıq gətirdi

Nazir müəllimlərin sertifikasiyasının gecikməsinə aydınlıq gətirdi

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ

Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ