AzTehsil.com


Xəbərlər
14 iyul 2018
3 034


"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"



 

"Dərs deməyən direktor və ya müavin müəllimə hansı dərs nümunəsi göstərə bilər?! Belə direktor artıq  pedaqoji işçi deyil, sıradan bir "çinovnikdir””. 

Aztehsil.com xəbər verir ki, bu sözləri təhsil eksperti Nadir İsrafilov deyib. Ekspert təhsil işçilərinin pedaqoji fəaliyyətlə məşğul ola bilməməsi ilə bağlı fikirləri qınayıb, direktorların dərs saatı haqda söhbət açıb.

"Məktəb direktoru və müavinlərinin dərs deyə bilməz” kimi yanlış informasiyaları cəmiyyət birmənalı qarşılamır. Onlar müxtəlif narazılıq yaradaraq, yerli-yersiz mübahisələrə yol açırlar. Düzdür, bir müddət sonra məsələyə aydınlıq gətirildi. Bildirildi ki, növbəti tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər. Zərurət yarandığı halda dərs  saatlarının sayı artırıla bilər. 0,5 ştat vəzifə maaşı alanlara isə 18 saata qədər dərs verilməsi mümkündür.

Burda söhbət təkcə direktor və müavinlərdən getmir. Həm də təhsil şöbələri  işçilərinin,  xüsusilə metodistlərin  orta məktəbdə dərs deyə bilməyəcəkləri barədə məlumatlar yayılır. Yəni, bu peşə sahibləri ya öz peşələrində qalmalı, ya da müəllim işləməlidirlər. Bunu isə heç cür təsəvvür etmək olmur. Metodist dərs deməyəcəksə bu ştat vahidinin saxlanılmasına nə ehtiyac var? Axı, bir vaxtlar metodistlər müəllimlərin müəllimi hesab olunurdular...”

Ekspert məmurlar pedaqoji fəaliyyətlə məşğul ola bildiyi halda, direktor və müavinlərə bu məhdudiyyətin qoyulmasını qəbul etmir:

"Məsələnin başqa tərəfi də var. Milli Məclis üzvlərinin və digər yüksək çinli məmurların bir qismi müxtəlif yerlərdə pedaqoji fəaliyyətlə məşğuldurlar.  Bəs sırf pedaqoji ixtisas sahibi olan məktəb direktoru, müavinləri, metodistlər,UBR, laborant, psixoloq, kitabxanaçı və digər təhsil sistemi işçiləri niyə dərs deyə bilməsinlər? Hələ ötən ilin avqustunda direktor və direktor müavinlərinin diaqnostik imtahanları keçirildi.  Onlardan uğurla keçən direktorlara 6, ehtiyac olarsa, 12 saata qədər dərs aparmaq ixtiyarı verildi. Hətta təhsil işçilərinin vahid ştat cədvəlinə görə də orta ümumtəhsil məktəblərində direktor və müavinlərin 12 saat dərs demək imkanı var”.

Onun sözlərinə görə, dərs deməyən direktor və ya onun müavini işçilərə pedoqoji nümunə ola bilməz:

"Direktor və müavinlər pedaqoji prosesə nəzarət etməli, bu məqsədlə müəllimlərin dərslərini dinləməli, yeri gələndə açıq dərslər təşkil edərək təhlillər aparmalı, xüsusilə də gənc müəllimlərə metodiki tövsiyələr verməlidirlər. Onlar kollektivə  örnək olmalıdırlar. Dərs deməyən direktor və ya müavin müəllimə necə nümunə göstərə bilər? Direktor və ya müavin ixtisas, daimi peşə deyil, sadəcə müvəqqəti vəzifədir. Rəhbər pedaqoji işçinin  fəaliyyəti dövründə ixtisası ilə məşğul olmaması, müvafiq bacarıqlardan məhrum olması və  ixtisasıni itirməsi deməkdir.

Bəzi direktorların ora-bura çağrılaraq formal dərs aparmalarına gəldikdə isə demək istəyirəm ki, bu, məsələnin başqa tərəfidir. Hər bir halda direktor istəsə, gündə heç olmasa bir saat dərs deməyə vaxt ayıra bilər. Reallıq isə ondan ibarətdir ki, dərs deməyən direktor artıq pedaqoji işçi deyil, sıradan bir çinovnikdir”.



Загрузка...
Həmçinin oxuyun:
4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Direktorlar vəzifələri ilə vidalaşmalıdır

Direktorlar vəzifələri ilə vidalaşmalıdır

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

“Məktəbdə mütəxəssislər yox, ancaq pedaqoji kadrlar dərs deməlidirlər”- Professorlar nədən narazıdır?

“Məktəbdə mütəxəssislər yox, ancaq pedaqoji kadrlar dərs deməlidirlər”- Professorlar nədən narazıdır?

Məktəb direktorlarının müavinlərinə işə qəbul üçün məhdudiyyətlər tətbiq ediləcək

Məktəb direktorlarının müavinlərinə işə qəbul üçün məhdudiyyətlər tətbiq ediləcək

Növbəti ildən dərslər saat 9-da başlayacaq? - Nazirlikdən reaksiya

Növbəti ildən dərslər saat 9-da başlayacaq? - Nazirlikdən reaksiya

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

TN MİQ-dənkənar işə qəbul edilən müəllimlərlə bağlı hansı qərar qəbul edəcək ?

TN MİQ-dənkənar işə qəbul edilən müəllimlərlə bağlı hansı qərar qəbul edəcək ?

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB