Mehriban Vəliyeva: Məktəb-valideyn tərəfdaşlığını qurmaq üçün məktəb ailə birliyi yaradılmalıdır
Məktəb-valideyn tərəfdaşlığını qurmaq üçün məktəb ailə birliyi yaradılmalıdır. Məktəb ailə birliyini qurmaq üçün müəyyən halqalar – valideyn, şagird, müəllim, rəhbərlik var. Mühüm olan bir məsələ də məktəb ailə birliyinin hüquqi bazasının olmasıdır.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Təhsilə ictimai baxış” silsiləsindən “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusunda təşkil olunan müzakirələr zamanı deyib.
O bildirib ki, bu gün məktəblərdə valideyn məktəb əməkdaşlığının inkişafını fəaliyyətində əsas tutan valideyn komitələri də fəaliyyət göstərir. Təəssüf ki, onların fəaliyyəti hüquqi cəhətdən düzgün tənzimlənmir. Bu gün məktəblə valideyn arasında müəyyən məqamlarda uçurum var. Son dövrdə pandemiya şəraiti bunu daha da dərinləşdirdi. Bu, bir daha göstərdi ki, məktəb şagirdin həyatında mühüm rol oynayır. İnanıram ki, məktəb ailə birliyinin yaradılması bu istiqamətdə uğurlu olacaq.